Bu il “Zaqatala AGRO İndustry” MMC nin emal məntəqəsində 465,2 ton quru tütün istehsal edilib
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Zaqatala, 25 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Yaponiyanın “Tet İnternational Development” şirkətinin törəmə müəssisəsi olan “Zaqatala AGRO Industry” MMC-nin rayonda fəaliyyət göstərən tütünqurutma məntəqəsində fermerlərdən yaş tütünün qəbulu başa çatıb. Mövsüm ərzində emal məntəqəsinə istehsalçılardan 2823,4 ton yaş tütün kütləsi daxil olub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə “Zaqatala AGRO Industry” MMC-dən məlumat verilib.
Bildirilib ki, şirkət tərəfindən bu il Zaqatala, Qax və Şəki rayonlarında 214 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib. Tütün istehsalı ilə əlaqədar həmin rayonlarda 23 fermerlə müqavilə bağlanılıb. Fermerlərlə bağlanılan müqavilələr üzrə tütün əkilən sahə 154 hektar təşkil edib. Eyni zamanda, şirkətin özü tərəfindən də bu il şimal-qərb bölgəsində 60 hektar sahədə tütün əkilib.
Qax rayonundan fermer Mehman Əhmədov mövsüm ərzində qəbul məntəqəsinə 340,9 ton, Rahib Əliyev 168 ton, Elvin Balayev 150,3 ton, Zaqatala rayonundan Rahib Kələşov 115,7 ton, Mustafa Qallayev 70,4 ton, Şəki rayonundan Mehdi Nizaməddinov 226 ton, Ağaşirin Cumayev 151,9 ton yaş tütün təhvil veriblər. Şirkətin özü tərəfindən əkilən tütün sahələrindən isə mövsüm ərzində 814 ton yaş tütün yığılıb.
Yaş tütünün hər kiloqramına görə fermerlərə I növ üzrə 35 qəpik, II növ üzrə 27 qəpik, III növ üzrə isə 20 qəpik ödənilib.
Cəmiyyətdən verilən məlumata görə, builki mövsümdə emal məntəqəsində 465,2 ton quru tütün istehsal edilib. Qurudulmuş tütünün tezliklə Avropa ölkələrinə ixracına başlanılması nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:16
Bu xəbər 25 Dekabr 2025 15:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















