Icma.az
close
up
RU
Bu kredit təşkilatları çökür Borca girməyin!

Bu kredit təşkilatları çökür Borca girməyin!

News24 saytına istinadən Icma.az xəbər verir.

“Zərər təkcə Bank olmayan kredit təşkilatlarında (BOKT) deyil, bir sıra banklarda da var. Əslində, bu kimi halların olması gözlənilən idi. Dünyada baş verən geosiyasi proseslər ölkəmizlə birbaşa əlaqəli olmasa da, Azərbaycan iqtisadiyyatından da yan keçmir. İqtisadiyyatın müəyyən sahələrində durğunluq yaranır və passiv gəliri olmayan vətəndaşlara kreditin götürülməsi məsləhət görülmür”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında iqtisadçı-ekspert Günay Hüseynova bildirib. O, qeyd edib ki, BOKT və banklardakı hazırkı zərər geri qaytarılmayan kredit və ya ödənilən kreditlərin gecikdirilməsi ilə bağlıdır:

“Hazırkı BOKT və banklardakı zərər geri qaytarılmayan kredit və ya ödənilən kreditlərin gecikdirilməsi ilə bağlıdır. Çünki passiv gəlir əksər vətəndaşlarda yoxdur, kənd təsərrüfatı iqlim  və geosiyasi səbəbdən ixracatın azalmasından dolayı zəifləyib. 

Pul kütləsinin dövr etmə sürətində azalma var onun üçün də bu kimi hallar artıb. 1 iyun tarixindən etibarən də  kredit faizləri yüksəldi və bu ötən illə muqayisədə 3,50% dən çox artım deməkdir. Bank olmayan kredit təşkilatlarının sıradan çıxmasına qaldıqda isə qısa perspektiv üçün görsənmir”. 

Ekspert vurğulayıb ki, bankların faizləri yüksəltməsi BOKT-lara müraciətləri daha da artırır:

“Yuxarıda qeyd etdiyim kimi banklar kredit faizini yüksəldib. Vətəndaşların üz tutacağı BOKT və ya lombarddır. Müəyyən şəxslər var ki, bank ona kredit vermir. Rəsmi gəliri yoxdur və ya adı gecikməyə düşüb. Onun üçün də bu şəxslər BOKT-a müraciət edir. Borc ödənmədikdə də faiz yığılır məhkəməyə müraciət edilir. Bütün xərclər qarşı tərəfə ödənməklə, əmlakı satışa çıxarılır və ya ölkədən çıxışa qadağa qoyulur. Bu kimi hallar olsa da, hazırda BOKT-lara yüksək tələbat var. Sonda vətəndaşlara tövsiyə edirəm ki, sağlamlıq problemləri xaric kredit və borclardan maksimum dərəcədə kənar olsunlar. İqtisadi durğunluq ölkəmizlə əlaqəli deyil geosiyasi xarakter daşıyır, statistik rəqəmlərə əsasən xaricdən göndərilən pul köçürmələrində də azalma var”.

Qeyd edək ki, açıqlanan son hesabatlara əsasən, aşağıdakı BOKT-lar ötən ili zərərlə başa vurub:

- Finoko

- Para BOKT

- BOKT İDK

- Birkart BOKT

- Nova Credit 

- AzFinans

- Azəri Star Mikromaliyyə 

- AzİnvestKredit

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://news24.az
archiveBu xəbər 08 İyul 2025 21:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri