Bu küçədəki avtobus dayanacağı hər gün avtomobillər tərəfindən zəbt olunur FOTO
Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Paytaxtın Binəqədi rayonu Süleyman Sani Axundov küçəsində dayanma-durma qaydasını pozan sürücü görüntülənib.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına fotoşəkil göndərib. Belə ki, 01-CR-207 dövlət nömrə nişanlı “Chevrolet” markalı avtomobilin sürücüsü avtobus dayanacağını parkinq zonasına çevirib. Şikayətçinin sözlərinə görə, sözügedən dayanacaqda hər gün eyni vəziyyət mövcuddur. Nəticədə avtobus sürücüləri məcbur qalaraq sərnişinləri dayanacaqdan kənarda mindirib-düşürürlər. Fotoşəkildə digər avtomobillərin də sırayla dayanacaqda park edildiyi əks olunub.
Qeyd edək ki, qanunvericiliyə əsasən sürücülər avtomobillərini avtobus dayanacağından 15 metr kənarda saxlaya bilərlər.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 10 Yanvar 2025 18:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















