Bu küçədəki nişanlama çaqınlıq yaradır? AYNA açıqlama verdi
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı şəhərinin Xətai rayonu ərazisinin Nəcəfqulu Rəfiyev küçəsində xətlənmə çaşqınlıq yaradıb.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı sürücülər sosial şəbəkədə paylaşım edib.
Belə ki, sürücülərdən biri yeni xətlənmənin onları çaşdırdığını, hərəkətin davamlılığının pozulduğunu bildirib.
Məsələyə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) münasibət bildirib:
“Nəcəfqulu Rəfiyev küçəsi və Xocalı prospektinin kəsişməsində əvvəllər 2 zolaq mövcud idi. Hər iki istiqamət üzrə zolaqların enini standartlara uyğunlaşdırmaqla sayı 2-dən 3-ə çatdırılıb və avtomobillərin intensivliyinə uyğun zolaqların istiqamətləri müəyyən edilib. Bu həll sözügedən küçədə sıxlığı azaltmağa kömək edib.
Videoda da göründüyü kimi, ərazidə “zolaqlar üzrə hərəkət” yol nişanı quraşdırılıb”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 30 May 2026 16:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















