Icma.az
close
up
RU
Bu layihə Azərbaycan tərəfindən həyata keçirilmiş digər beynəlxalq layihələr kimi çox uğurlu olacaq

Bu layihə Azərbaycan tərəfindən həyata keçirilmiş digər beynəlxalq layihələr kimi çox uğurlu olacaq

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakıda Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət şuralarının iclasları çərçivəsində “Azərbaycan Respublikasının Energetika Nazirliyi, Qazaxıstan Respublikasının Energetika Nazirliyi, Özbəkistan Respublikasının Energetika Nazirliyi ilə Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı arasında Anlaşma Memorandumu”nun imzalanması mərasimi olub. Azərbaycan, Qazaxıstan, Özbəkistanın energetika nazirləri tərəfindən imzalanmış sənədə AİB və AİİB-nin təmsilçiləri də qoşulub.

Bu memorandum Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında “Xəzər Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırmasının (TİƏ) birinci mərhələsini dəstəkləmək məqsədilə əməkdaşlığı nəzərdə tutur.

Xatırladaq ki, “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” dövlət başçıları tərəfindən 2024-cü ilin 13 noyabrında COP29 çərçivəsində imzalanıb.

Bununla bağlı millət vəkili Naqif Həmzəyev Demokrat.az-a açıqlama verib.

O qeyd edib ki, zamanında Azərbaycan TANAP,TAP layihələrini həyata keçirdikdə buna qarşı çıxanlar var idi:

“Bu, layihənin uğursuz olacağını söyləyənlər var idi, ancaq gördüyünüz kimi zaman hər şeyi həll etdi. Bütün bunlar Prezident İlham Əliyevin nə qədər uzaq görən olduğunu və prosesləri öncədən gördüyünü sübut etmiş oldu. Həqiqətən də hazırda Azərbaycan öz enerji resurslarını Avropa bazarlarına çıxardır və Avropanın enerji təhlükəsizliyində çox aktiv rol oynamaqdadır. Buna paralel olaraq Azərbaycan artıq özünün yaşıl enerji gündəliyində formalaşdırdı. Artıq Azərbaycanın yaşıl enerjisinin istifadə edilməsi ilə qədər lazımı yatırımlar var. Beynəlxalq şirkətlər Azərbaycanda məhz külək enerjisinin istehsalına başlayıbdır, eyni zamanda günəş enerjisinin istehsalı ilə bağlı layihlər həyata keçirilməkdədir. Bu hələ işin hamısı demək deyil, çünki Azərbaycanın məhz yaşıl enerji ilə bağlı çox böyük potensialı var”.

Deputat diqqətə çatdırıb ki, Azərbaycan Qara dənizin dibi ilə keçməklə Avropaya yaşıl enerjini nəql edə bilmək üçün yeni dəhliz formalaşdırmaqdadır:

“Orta Asiya dövlətlərində də bilirsiniz ki, yaşıl enerji ilə bağlı çox böyük potensial var. Bu baxımdan da həm Qazaxıstanın, eyni zamanda Özbəkistanın məhz Xəzər dənizi vasitəsi ilə yaşıl enerjini Azərbaycana çatdıra bilmələri üçün lazım işlər görülməkdədir. Düşünürəm ki, məhz yaşıl enerjinin Xəzər dənizi vasitəsi ilə Azərbaycana çatdırılması nəticə etibarilə də Azərbaycandan bu enerjinin Avropaya nəqlini şərtləndirəcəkdir. Çünki Azərbaycan eyni zamanda məhz Orta dəhliz üzrə yalnız nəqliyyat yük daşımalarının deyil, məhz enerji daşımalarına da həyata keçirməklə bu dəhlizi daha da inkişaf etdirmək istəyir. Bu baxımdan da türkdilli dövlətlərin üzvü olan Özbəkistan və Qazaxıstana Azərbaycan yeni bir imkan yaradır ki, birbaşa Azərbaycan və Gürcüstandan keçməklə yaşıl enerjini Avropaya nəql edə bilsinlər. Bu baxımdan da mən düşünürəm ki, bu çox uğurlu və perspektivli bir layihədir. Növbəti illərdə bu gün əldə edilmiş bu razılaşmaların çox böyük önəmini daha yaxından, daha dərindən dərk etmiş olacağıq. Məhz yaşıl enerji vasitəsilə öz iqtisadiyyatımızı daha da gücləndirəcəyik. Əldə edilmiş bu razılığı və bu razılıqların davamı olaraq xarici investorların bura cəlb edilməsini də alqışlayıram. Bu layihə digər Azərbaycan tərəfindən həyata keçirilmiş beynəlxalq layihələr kimi çox uğurlu olacaqdır. Orta Asiyada yaşayan türk qardaşlarımız da bu layihədən faydalanacaqlar”.

İqtisadçı Pərviz Heydərov bildirib ki, bu barədə Azərbaycanla sözü gedən ölkələr arasında ikitərəfli danışıqlar olub:

“Həmçinin dövlət başçıları səviyyəsində də müzakirələr aparılıbdır. Azərbaycan özü yaşıl enerji sahəsində son illər ərzində çox böyük naliyyətlərə imza atıbdır.  Yəni, ötən müddət ərzində qeyri-neft və qaz sektoru sahələri üzrə ən çox investisiya yaşıl enerji sferasına qoyulmuşdur. Və bu istiqamətdə də artıq müvafiq nəticələr əldə olunub. Yaşıl enerji sahəsində son vaxtlar Azərbaycan çox böyük irəliləyiş əldə edib. Qarşıya qoyduğumuz başlıca hədəf olunan ibarətdir ki, 2030-cu ildən sonra yaşıl enerjinin payına ən yüksək, maksimal bir səviyyə çatdıraq. Bu, bütün dünya, inkişaf etmiş ölkələr üzrə bir trenddir. Bir çox ölkələr bu sahədə çox böyük naliyyətlər əldə ediblər.  Azərbaycanın neft və qaz ölkəsi olaraq bu sahəyə xüsusi diqqət ayırması, böyük investisiyalar yönətməsi xüsusi əhəmiyyət kəsb edir. Əsas hədəflərimizdən biri ondan ibarətdir ki, bu sahədə elə bir maksimal nəticəyə nail olaq ki, hətta yaxın müddətdə ölkəmiz kənara yaşıl enerji ixracçısı kimi də tanınsın”. 

İqtisadçı vurğulayıb ki, bu istiqamət üzrə Azərbaycan qürur və inamla addımlayır:

“Bu sahədə Qara dənizin dibi ilə keçməklə Avropaya xüsusi xətt çəkilir. Bu Azərbaycanın bir çox istiqamətlərdə inkişafı deməkdir. Belə ki bu yolla tranzit ölkə kimi çıxış edəcəyik.  Bu Azərbaycanın əhəmiyyətini iki qat artırır. Həm Avropaya yaşıl enerji ixrac edə biləcəyik, həm də Orta Asiyadan sözü gedən enerji bölgünü Avropaya ötülməsində tranzit ölkə kimi çıxış edəcəyik.  Bu Azərbaycana iki qat artıq valyuta gəlirlərinin əldə edilməsinə şərait yaradacaq. Yaşıl enerjini artırmaqla təbii qazın istifadəsini azalda biləcəyik. Həmin həcmi də gələcəkdə Avropaya ötürə biləcəyik. Avropa ölkələri qarşısında böyük öhdəlik götürmüşük.  2027-ci ilə qədər Avropa ölkələrinə mavi yanacaq qaz ixracatını 2 dəfə artırmalıyıq. Hazırda Azərbaycan 10-dan çox ölkəyə təbii qaz ixrac edir. Yaşıl enerjinin həm də bu mənada inkişafı, genişləndirilməsi vacibdir ki,  biz bunun da daxildə təbii qaza olan ehtiyacımızın müəyyən hissəsini ixtisar etməklə onu Avropa bazarlarına çıxara bilək. Bu məsələdə bütün ölkələr üçün böyük iqtisadi dividendlər var, amma Azərbaycan üçün hər tərəfdə xüsusən 3 istiqamətdə dividend əldə olunması perspektivi mövcuddur. Yaşıl enerji ixrac edəcək kənara, tranzit ölkə kimi Orta Asiyadan yaşıl enerjinin Avropaya ötürülməsinə şərait yaradacaq, yaşıl enerji istehsalını artırmaqla daxildə olan təbii qazın bir qismini Avropa bazarlarına çıxarmaqla oradan da valyuta əldə edəcək”.

Leyla Turan
Demokrat.az

Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqamətində hazırlanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Aprel 2025 21:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see157

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see138

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see129

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri