Bu maaşa onu almaq olur ki?” məktəb bazarlığının bahalığından şikayətləndi ÖZƏL
Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Məktəbli geyimləri, ləvazimatları çox bahadır. Burada hamını nəzərə almaq lazımdır. Biri ala bilir, biri ala bilmir. Ümumi maaşa görə qiymətləri qoymaq lazımdır. Bizim ölkədə o maaşı alan varmı ki, o geyimləri, məktəb bazarlığını ala bilsin?! Söhbət təkcə bizdən getmir. Mən ümumi, orta təbəqənin adamlarını götürürəm. Həddindən artıq kasıb təbəqə də var. Bir evdə 4 uşaq var. Onların hamısına geyim, məktəbli çantası alınmalıdır. Vallah elə ailələr tanıyıram ki, bunu ala bilmirlər. Allah hər kəsə kömək olsun. Bundan əlavə də bu qədər dərs olar? Mənim nəvəm Renat da həmişə məktəbli çantasının ağırlığından şikayət edir. Bizim vaxtımızda 5 dərs olurdu, 8 dərsin nə önəmi var? İndiki uşaqların apardığı qədər dəftər-kitab aparmırdıq məktəbə. Kimi dindirirsən, hansı valideyndən soruşursan məktəbli çantalarının ağırlığından şikayət edirlər. Bu şikayətləri biz tez-tez eşidirik. Nazirlik bunu nəzərə alsa yaxşı olar”.
Bunu Moderator.az-a açıqlamasında tanınmış aşıq Zülfiyyə İbadova deyib. O daha sonra əlavə edib:
“Əksər şagirdlər hazırlığa gedir. Düşünürəm ki, valideynlər məktəb təhsilindən razı qalsaydılar uşaqlarını hazırlığa qoymazdılar. Müəllimlər yaxşı məvacib alsalar uşaqların üstündə də möhkəm durardılar. Hazırlığa gərək qalmazdı. Müəllimlərin maaşı çox azdır. Tanıdığım müəllimlər var ki, maaşları ümumiyyətlə azdır. Əksinə, ən çox maaşı müəllimlər almalıdır. Ona görə ki, hər bir peşə sahibini də yetişdirən müəllimdir. Biz müəllimdən öyrənirik. Çox istəyirəm ki, heç bir müəllim maddi tərəfdən əziyyət çəkməsin” deyə aşıq bildirib.
Aşıq Zülfiyyə məktəblərdə şagirdlərin telefondan istifadəsinin ləğv olunmasına da münasibət bildirib:
“İndi elə bir dövrdə yaşayırıq ki, hamı hər dəqiqə uşağından məlumat almaq istəyir. Məncə şagirdlər telefondan istifadə etməlidir. Hər kəs zəmanəyə görə addım atmalıdır. Bu zəmanə onu tələb edir. Telefonu qadağan etməklə guya nə olacaq ki? Telefondan istifadə etmək tərbiyəsizlik deyil ki. Bəzi neqativ halları elə o telefonu olan şagirdlər ortalığa çıxarır da. Bunun nəyi pisdir ki? Yaxud da uşaq bir də gördün ki, yıxıldı, qolunu zədələdi. Zəng edib valideyninə deməlidir ya yox?” deyə aşıq bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 16 Sentyabr 2025 09:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















