Icma.az
close
up
RU
Bu ölkədə 1 avroya ev satılır

Bu ölkədə 1 avroya ev satılır

Metbuat saytından alınan məlumata görə, Icma.az bildirir.

Son illər dünya mediasında tez-tez rast gəlinən “1 avroya ev” elanları artıq regionların dirçəldilməsi üçün sosial layihəyə çevrilib.

Xüsusilə İtaliyanın bir sıra şəhərlərində simvolik qiymətə ev almaq mümkündür.

Metbuat.az xəbər verir ki, İtaliyada ilk dəfə 2008-ci illərdə tətbiq olunan bu təşəbbüs hazırda ölkənin onlarla kənd və şəhərində davam etdirilir. Əsas məqsəd əhalisi köçüb getmiş, evləri baxımsız qalmış kəndləri canlandırmaqdır.

Siciliya və Sardiniya adalarında yerləşən Mussomeli, Sambuca di Sicilia, Bivona, Gangi və Troina kimi qəsəbələrdə evlər rəsmi olaraq 1 avroya satışa çıxarılıb. Oxşar layihələr Toskana, Abruzzo və Piedmont bölgələrində də mövcuddur. Lakin bu ucuzluğun arxasında ciddi öhdəliklər dayanır: ev alındıqdan sonra alıcıdan 2–3 il ərzində təmir işlərini tamamlamaq tələb olunur. Çox vaxt 5–20 min avro arasında əlavə xərclər ortaya çıxır. Yəni “1 avro ev” əslində təmir öhdəliyi ilə birlikdə real investisiyaya çevrilir.

İtaliyanın uğurlu nümunəsi başqa Avropa ölkələrində də maraq doğurub. İspaniya və Fransanın bəzi kəndlərində də oxşar təşəbbüslər var, amma hələ İtaliya qədər geniş yayılmayıb. Xorvatiyada bəzi kəndlərdə dövlət ucuz torpaq və evlər təklif edərək gənc ailələri bölgəyə cəlb etməyə çalışır.

Avropadan kənarda isə maraqlı yanaşmalar mövcuddur. Məsələn, Cənubi Koreyada Seul şəhərində boş qalmış binaların bəzi ofis sahələri sosial bizneslər üçün “1 avroya kirayə” verilir. Məqsəd şəhərin iqtisadi həyatını canlandırmaqdır.

“1 avroluq evlər” xəbəri hər kəsin diqqətini çəkir, amma bu, sadəcə ucuz daşınmaz əmlak deyil. Bu layihələr, əslində, unudulmuş kəndləri dirçəltmək, mədəni irsi qorumaq və yeni sakinləri bölgəyə cəlb etmək üçün sosial-iqtisadi strategiyadır. Əsl qiymət isə evin alınmasından sonra başlayır: təmir, sənəd prosedurları və əlavə xərclər çox vaxt on minlərlə avroya qədər yüksəlir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 27 Avqust 2025 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see891

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see561

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see324

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see304

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see292

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see289

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see287

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see280

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see241

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see215

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see197

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see189

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see189

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see187

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see187

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see186

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see183

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see182

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see178

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri