Icma.az
close
up
RU
Bu ölkədə Falminqo inqilabı baş verir

Bu ölkədə Falminqo inqilabı baş verir

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Albaniyada son iki həftədir davam edən kütləvi etiraz aksiyaları ölkənin siyasi gündəmini dəyişib.

Modern.az xəbər verir bu barədə "Bloomberg" nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, paytaxt Tiranda minlərlə insan əvvəlcə Sazan adası və Zverneç yarımadasında elit kurortların tikintisinə qarşı etiraz etsə də, aksiyalar sonradan hakimiyyətin dəyişdirilməsi tələbləri ilə müşayiət olunan geniş ictimai hərəkat xarakteri alıb.

Etirazçılar hesab edirlər ki, hökumət iri investisiya layihələri naminə ölkənin təbii sərvətlərini və ekoloji tarazlığını təhlükə altına atır.

Məlumata görə, narazılığa səbəb olan layihələrdən biri ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin 5 milyard dollar dəyərində investisiya layihəsidir. Layihə Sazan adası və Zverneç yarımadasında turizm obyektlərinin inşasını nəzərdə tutur.

Aksiyaların əsas xüsusiyyətlərindən biri onların hər hansı siyasi partiya və ya lider tərəfindən idarə edilməməsidir. Etirazlar əsasən sosial şəbəkələr vasitəsilə koordinasiya olunur.

Hər gün axşam saatlarında tələbələr, ekoloqlar, müxtəlif sahələr üzrə mütəxəssislər və adi vətəndaşlar Tirandakı Skanderbeq meydanına toplaşaraq Baş nazir Edi Ramanın ofisinə doğru yürüş edirlər.

Etirazçıların əsas tələbləri bunlardır:

-Sazan adası və Zverneç yarımadasında tikinti layihələrinin dayandırılması;

-Strateji investorlar üçün nəzərdə tutulan güzəştlərin ləğv edilməsi;

-Xüsusi mühafizə olunan təbiət ərazilərinin qorunmasının gücləndirilməsi.

Baş verən hadisələr Avropa İttifaqının da diqqətini cəlb edib. Avropa Komissiyası Albaniyanı ekoloji normaların pozulmasının ölkənin Aİ-yə üzvlük prosesinə mənfi təsir göstərə biləcəyi barədə xəbərdar edib.

Buna baxmayaraq, Albaniya hökuməti layihələrdən imtina etmək niyyətində olmadığını bildirib. Rəsmi Tirana həmin investisiyaların turizmin və ölkə iqtisadiyyatının inkişafı üçün mühüm əhəmiyyət daşıdığını vurğulayır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 İyun 2026 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see333

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see324

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see323

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see321

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see317

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see312

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see309

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see307

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see298

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see255

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see254

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see249

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see248

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see228

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see220

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see217

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see212

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see202

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see198

Aqrar sektor xammal bolluğuna və ərzaq təhlükəsizliyinə xidmət edir

31 Oktyabr 2026 15:19see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri