Icma.az
close
up
RU
Bu ölkədə prezidentliyə 35 namizəd var

Bu ölkədə prezidentliyə 35 namizəd var

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Peruda 12 aprel tarixində növbədənkənar prezident seçkiləri keçiriləcək. Ölkə lideri postu uğrunda rekord sayda - 35 namizəd mübarizə aparacaq. 

Qaynarinfo xəbər verir ki, səsvermə seçicilərin siyasi sistemdən dərin narazılığı fonunda baş tutacaq. Belə ki, son on ildə ölkədə səkkiz prezident dəyişib. Seçki yarışının favoriti Perunun sabiq prezidenti Alberto Fuximorinin qızı Keyko Fuximoridir, lakin onun cəmi 13% dəstəyə malik olması fonunda qələbəsi barədə danışmaq çətindir.

Prezidentlərin tez-tez dəyişməsi Peru üçün adi hal sayılır. 2018-ci ildən etibarən respublikada səkkiz prezident impiçment, istefa və ya cinayət təqibi nəticəsində vəzifəsini itirib. Bu proseslər çox vaxt korrupsiya qalmaqalları ilə bağlı olub. Liderlərdən biri — Manuel Merino — ölkəyə cəmi beş gün (10–15 noyabr 2020-ci il) rəhbərlik edib.

Perunun son seçilmiş prezidenti solçu siyasətçi Pedro Kastilyo olub. O, 2021-ci ilin iyulunda vəzifəyə gəlib.

Kastilyonun əsas seçki vədi korrupsiyanın qarşısını almağa xidmət edəcək yeni konstitusiyanın qəbulu idi. Lakin prezidentliyi dövründə ölkənin birpalatalı parlamenti - Konqres - onun özünü korrupsiyada ittiham edib. 2022-ci ilin dekabrında hakimiyyəti qorumağa çalışan Kastilyo parlamenti buraxdığını elan etsə də, deputatlar onun vəzifədən uzaqlaşdırılmasına səs veriblər. 2025-ci ilin noyabrında isə o, qiyam cəhdinə görə 11 il həbs cəzasına məhkum edilib.

Bundan sonra ölkədə daha qeyri-sabit siyasi dövr başlayıb. Prezident səlahiyyətləri o vaxtkı vitse-prezident Dina Boluarteyə keçib. O, Kastilyonu dəstəkləyən etirazları sərt şəkildə yatırıb və daha sonra özü də korrupsiyada ittiham olunub. Məsələn, onun evində prezident maaşı 11 min dollar olduğu halda "Rolex" saat kolleksiyası aşkarlanıb.

2025-ci ilin oktyabrında Konqres onu "mənəvi yararsızlıq” səbəbilə vəzifədən kənarlaşdırıb. Prezident postunu müvəqqəti olaraq parlament sədri Xose Xeri tutsa da, dörd ay sonra o da uzaqlaşdırılıb. 2026-cı ilin fevralında isə yeni parlament sədri Xose Mariya Balkasar müvəqqəti prezident təyin olunub və o, əsas diqqəti hakimiyyətin yeni liderə ötürülməsinə yönəldib.

Aprelin 12-də keçiriləcək seçkilərdə rekord sayda - 35 namizəd iştirak edir. Namizədlərin sayı 36 da ola bilərdi, lakin onlardan biri ötən ay avtomobil qəzasında həyatını itirib.

Namizədlərdən yalnız bir neçəsinin reytinqi 5%-dən yuxarıdır və rəqiblər arasındakı fərq minimaldır. Analitiklər bunu seçicilərin siyasi sistemdən məyusluğu və korrupsiya, həmçinin artan cinayətkarlıq — qətl və qarət hallarının — həll olunmaması ilə izah edirlər.

"Ipsos" sorğusuna görə, aprelin əvvəlində ən yüksək göstərici - 13% - Xalq Gücü Partiyasının lideri Keyko Fuximoriyə məxsusdur. Keyko Fuximori 2024-cü ildə vəfat etmiş keçmiş prezident Alberto Fuximorinin (1990–2000) qızıdır. O, hakimiyyətdən sui-istifadə, repressiyalar və rüşvətə görə məhkum olunmuşdu. Keyko Fuximori artıq üç dəfə prezidentliyə namizəd olub və hər dəfə ikinci tura keçib. O, xüsusilə paytaxt Limada populyardır və partiyasının sağ radikal bloka rəhbərlik etməsi səbəbilə Konqresdə ciddi təsirə malikdir. Onun proqramı "Qanun və nizam” şüarı üzərində qurulub və cinayətkarlığa qarşı sərt mübarizə, xarici investisiyaların cəlbi və ABŞ ilə tərəfdaşlığın gücləndirilməsini nəzərdə tutur.

Populyarlıq baxımından növbəti namizəd sağ mərkəzçi Hamı Üçün Ölkə Partiyasından komik aktyor Karlos Alvaresdir (9%). O, artan cinayətkarlığa qarşı mübarizə üçün ordunun səfərbər edilməsini, bəzi cinayətlərə görə ölüm cəzasının tətbiqini təklif edir. Xarici siyasətdə isə ABŞ və Çinlə bərabərhüquqlu münasibətlərin qurulmasını müdafiə edir. O, seçicilərin diqqətini əsasən siyasi elitaya yönələn tənqidlərlə cəlb edib.

Digər sağçı namizəd Limanın keçmiş meri Rafael Lopes Aliagadır. O, Xalqın Yenilənməsi Partiyasını təmsil edir və 8% dəstəyə malikdir. Otel və dəmir yolu biznesində sərvət toplamış ultramühafizəkar iş adamı tez-tez ABŞ prezidenti Donald Tramp ilə müqayisə olunur. Aliaga abortlara kəskin qarşı çıxması ilə tanınır.

Daha üç namizəd təxminən 5% seçici dəstəyinə ümid edə bilər. Digər namizədlərin əksəriyyəti isə sorğularda 2%-dən az nəticə göstərərək autsayder kimi qiymətləndirilir.

Belə parçalanma və qütbləşmə ikinci turun (7 iyuna planlaşdırılıb) qaçılmaz olduğunu göstərir. Birinci turun yekununda qalib gələcək iki namizəddən hansının seçilməsindən asılı olmayaraq, onun cəmiyyətin nisbətən kiçik hissəsinin dəstəyi ilə hakimiyyətə gələcəyi gözlənilir.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 Aprel 2026 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see280

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see278

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see260

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see240

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see240

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see230

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see230

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see218

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see215

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see200

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see197

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see196

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see193

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see192

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see188

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see184

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see180

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see176

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see175

Forma problemi “Xankəndi”yə baha başa gəldi

13 Oktyabr 2026 11:50see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri