Bu ölkədə yol polisi peşəsi ləğv edilir; robotlar nəzarət edəcək VİDEO
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Çin texnologiya sahəsində yenilikləri ilə diqqət çəkməyə davam edir. Bu dəfə ölkədə elmi-fantastik filmləri xatırladan robot yol polislərinin tətbiqinə başlanılıb.
Avtosfer.az xəbər verir ki, müasir texnologiyalarla təchiz olunan robot polis əməkdaşları artıq bəzi şəhərlərdə gündəlik həyatın bir hissəsinə çevrilib.
Bildirilir ki, süni intellekt əsasında çalışan bu robotlar yol hərəkətinin tənzimlənməsinə kömək edir, nəqliyyat axınını izləyir və müxtəlif qayda pozuntularını qeydə ala bilir. Onlar həmçinin piyadalar və sürücülərlə qarşılıqlı əlaqə qurmaq, istiqamət vermək və məlumatlandırma funksiyalarını da yerinə yetirirlər.
Mütəxəssislərin fikrincə, bu cür texnologiyaların tətbiqi yol hərəkətinin daha səmərəli idarə olunmasına, insan resurslarına düşən yükün azalmasına və nəqliyyat təhlükəsizliyinin artırılmasına xidmət edir.
Çin son illərdə süni intellekt, robototexnika və ağıllı şəhər texnologiyalarına böyük investisiyalar yatırır. Robot yol polislərinin istifadəsi də bu istiqamətdə atılan növbəti addımlardan biri kimi qiymətləndirilir.
Qeyd olunur ki, texnologiyanın uğurlu nəticə verməsi halında bu cür robotların sayı artırıla və onların fəaliyyət sahəsi daha da genişləndirilə bilər. Bu isə gələcəkdə yol hərəkətinin idarə edilməsində insanlarla robotların birgə fəaliyyətinin daha geniş yayılacağına işarə edir.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 18 İyun 2026 11:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















