Bu ölkələrdə sosial şəbəkələrlə bağlı yaş məhdudiyyəti gözlənilir
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fransa, İspaniya və Yunanıstan sosial şəbəkə istifadəçiləri üçün məcburi yaş məhdudiyyəti tətbiq etməyi planlaşdırır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı əldə etdiyi sənədlərə istinadən “Bloomberg” agentliyi yayıb.
Məlumata görə, bu ölkələrin rəqəmsal texnologiyalardan məsul nazirləri Avropa İttifaqı ölkələrindən olan həmkarları ilə görüşdə öz səylərini koordinasiya etməyi müzakirə edəcəklər. Sözügedən görüşün isə iyunun 6-da keçiriləcəyi planlaşdırılır.
Məhdudiyyətlərin yeniyetmələrə şamil ediləcəyi və bu tədbirlər çərçivəsində cihazlarda yaşın yoxlanılması üçün sistemlərin yaradılacağı gözlənilir.
Xatırladaq ki, Avstraliya 2024-cü ilin noyabrında 16 yaşdan aşağı şəxslərə sosial şəbəkələrdən istifadə etməyi və yeni hesablar yaratmağı qadağan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 16 May 2025 10:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















