Bu ölkələrdən birində görüşə bilərlər
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
“Rusiya ölkə Prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Tramp arasında sammitin keçirilməsi üçün mümkün məkan olaraq Səudiyyə Ərəbistanı və BƏƏ-ni nəzərdən keçirir”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiyada iki mənbəyə istinadən “Reuters” agentliyi yayıb.
Agentlik yazır ki, son həftələrdə rusiyalı yüksəkvəzifəli məmurlar həm Səudiyyə Ərəbistanı, həm də BƏƏ-yə səfərlər ediblər. Bununla belə, mənbələrdən birinin sözlərinə görə, Moskva əvvəlkitək görüşün bu platformalarda keçirilməsi ideyasını dəstəkləmir. Çünki hər iki ölkə ABŞ ilə təhlükəsizlik sahəsində sıx əlaqələrə sahibdirlər.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp fevralın 2-də Vaşinqton yaxınlığında Endryus aviabazasında çıxış edərkən Rusiya və Ukrayna nümayəndələri ilə görüş və təmaslarının olacağını elan edib. O bildirib ki, planlaşdırılan görüşlərin müzakirəsi kifayət qədər uğurla gedir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 03 Fevral 2025 15:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















