Icma.az
close
up
RU
“Bu, ölkəmizin regional və qlobal proseslərdə fəal rol oynayacağını bir daha sübut edir”

“Bu, ölkəmizin regional və qlobal proseslərdə fəal rol oynayacağını bir daha sübut edir”

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Avropa Siyasi Birliyi"nin 6-cı Zirvə toplantısında iştirakı ölkəmizin beynəlxalq arenada artan nüfuzunun və fəal diplomatik xəttinin bariz göstəricisidir. Bu tədbirdə iştirak Azərbaycanın Avropa İttifaqı və Avropa ölkələri ilə əlaqələrinin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Avropa siyasi platformalarında fəal iştirak Azərbaycanın enerji, nəqliyyat və təhlükəsizlik sahələrində etibarlı tərəfdaş kimi qəbul edilməsinə şərait yaradır”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

T.İsmayılov vurğulayıb ki, Prezidentin çıxışları və görüşləri ölkəmizin regional və qlobal təşəbbüslərdə aktiv rolunu bir daha təsdiqlədi: “Azərbaycan həm enerji təhlükəsizliyi, həm də nəqliyyat dəhlizlərinin inkişafında əsas oyunçulardan biri kimi çıxış edir. Bu, Avropa ölkələrinin enerji asılılığının diversifikasiyası baxımından xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, Azərbaycanın Şərq ölkələri ilə əlaqələrinin artan tempdə inkişafı balanslaşdırılmış və çoxtərəfli xarici siyasətin uğurlu nəticəsidir. Bakı həm Avropa, həm də Şərq ölkələri üçün dialoq və əməkdaşlıq platforması rolunu oynayır. Orta dəhliz və Zəngəzur dəhlizi kimi layihələr Azərbaycanın geosiyasi əhəmiyyətini daha da artırır. Prezidentin Avropa liderləri ilə apardığı ikitərəfli görüşlər qarşılıqlı maraq doğuran sahələr üzrə yeni əməkdaşlıq imkanları açır. Azərbaycanın multilateral diplomatiyası regionda sabitlik və inkişaf üçün mühüm zəmin yaradır. Ölkəmiz etibarlı tərəfdaş imicini gücləndirərək beynəlxalq layihələrdə əsas iştirakçıya çevrilir. Avropa İttifaqı ilə imzalanan sənədlər və yeni təşəbbüslər iqtisadi və siyasi əlaqələrin dərinləşməsinə xidmət edir. Azərbaycanın uğurlu enerji strategiyası Avropa bazarlarında sabitliyin təminatçısı kimi çıxış etməsinə imkan verir”.

Onun sözlərinə görə, eyni zamanda, ölkəmiz Şərq bazarlarına çıxış imkanlarını genişləndirir və öz ixrac potensialını artırır: “Avropa və Asiya arasında körpü rolunu oynayan Azərbaycan, regionda yeni əməkdaşlıq formatlarının təşəbbüskarıdır. Prezidentin zirvə toplantısında iştirakı ölkəmizin beynəlxalq proseslərə təsir imkanlarını artırır. Bu status ölkəmizə həm Avropa, həm də Şərq ölkələri ilə bərabərhüquqlu tərəfdaşlıq qurmağa şərait yaradır. Diplomatik manevr imkanları Azərbaycanın strateji maraqlarının qorunmasına xidmət edir. Prezidentin liderliyi altında Azərbaycan balanslaşdırılmış və praqmatik xarici siyasət yürüdür. Bu, ölkəmizin beynəlxalq arenada etibarlı və proqnozlaşdırılan tərəfdaş kimi qəbul edilməsinə səbəb olur. Azərbaycanın təşəbbüsləri regional sabitlik və inkişaf üçün vacibdir. “Avropa Siyasi Birliyi” Zirvəsində iştirak Azərbaycanın beynəlxalq mövqeyinin daha da güclənməsinə təkan verdi. Bu, ölkəmizin gələcəkdə də regional və qlobal proseslərdə fəal rol oynayacağını bir daha sübut edir”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 17 May 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see156

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see147

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see145

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see136

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri