Icma.az
close
up
RU
Bu peşədə çalışanlara iş vaxtı süd verilə bilər MÜHÜM AÇIQLAMA

Bu peşədə çalışanlara iş vaxtı süd verilə bilər MÜHÜM AÇIQLAMA

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bir zamanlar televiziya və radiolarda, rentgen otaqlarında və digər radiasiya mənbəyi olan yerlərdə işləyənlərə gündəlik süd verilirdi. Amma son zamanlar bu məsələ gündəmdən çıxıb.
Baxmayaraq ki, çoxlarımızın günü kompüter qabağında, şüalanma riski olan digər aparatların qarşısında keçir.
Belə insanlara süd verilməlidirmi?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan tibb üzrə fəlsəfə doktoru Abbas Bağırov deyir ki, ionlaşdırıcı şüalar radiaktiv mənbələrdən xaric olaraq radioaktiv şüalanma yaradır:
 

“Bu proses qeyri-stabil atom-nüvə enerjisinin müvafiq (alfa, beta və  qamma şüaları) şəklində ətrafa səpilməsi şəklində baş verir və  ionlaşmış hissəciklər- qamma şüası yayılaraq materiyanı şüalanmaya məruz qoyur.


Canli orqanizm radiasiyadan ağır radiasiya zəhərlənmələrinə, yaxud xərçəng xəstəliyinə məruz qalaraq ciddi zərər görür. Uzun müddət radioaktiv mənbə ilə təmasda qalmaq şüa xəstəliyinin əmələ gəlməsinə səbəb olur. Yüklü hissəciklər seli molekul və atomların neytral yükünü - tarazlığını pozur. Neytral hissəciklərin elektron itkisi-yük balansının pozulması nəticəsində digər atom-molekullara birləşir, təbii strukturlar dağılır. Bunun nəticəsində isə toxuma mübadiləsinin nizamı pozulur”.
Müsahibimiz qeyd edib ki, dəqiq elmi araqşdırmalarla təsdiq olunmasa da, radiasiya zamanı süddən istifadə olunması şüalanmanın azalmasına zəmin yaradır:
 

“Südün doğuş anından ilahi ruzi kimi verilən möcüzəli və sirli qida olması elmi araşdırmalar nəticəsində sübut olunub. Südün zəngin bioloji tərkibi var, əvəzolunmaz qida vasitəsidir.


Tərkibində  fermentlər, hormonlar, yağlar, zülallar karbohidratlar, habelə immunmodulyatorlar, laktoza (süd şəkəri), yağda və suda həll olunan bütün vitaminlər olmaqla100-dən çox qida komponenentləri var.
Makro və mikroelementlərdən Mg, Ca( kazeinat və sərbəst şəkildə), Na , K, Cu, Se, Zn, Fe, Cl, Ca, P, karotinlər, piqment maddələri dispers mühit içərisində elə paylanmışdır ki, orqanizm tərəfindən rahatlıqla tam mənimsənilir. Kazein südə rəng verməklə bərabər, müxtəlif fraksiyalar şəklində qida komponenti kimi paylanıb. Laktoferrin dəmir tərkibli birləşmə olub, bakterisid təsirə malikdir. Lakto-albumin südün qiymətli zülallarındandır, ən yüksək təsirli antioksidant olduğundan radiasiya zamanı əmələ gəlmiş sərbət radikallların neytrallaşmasında müstəsna rol oynayan immunomodulyatordur.
Südün tərkibində demək olar ki, bütün aminturşulara rast gəlinir.
Süddə doymuş və doymamış yağ turşuları, polidoymuş əvəzolunmaz linol, linolen, doymuş irimolekullu miristin, palmitin, stearin, araxidon  və bunlarla bərabər kiçik molekullu yağ turşuları, triasilqliseridlər, lesitin, kefalin kimi fosfolipidlər mövcuddur ki, bu komponentlər həm südün qida keyfiyyətini çoxaldır, həm də zədələnmiş bütün hüceyrə və toxumaların tez bərpa polunmasını təmin edir. Südün optimal pH-ı orqanizmin pozulmuş bufer sistemlərini tez zamanda bərpa etməklə hüceyrə aboptozunu və ölümünü önləyir”.
Abbas Bağırov onu da əlavə edib ki, radiasiya zamanı zədələnmiş hüceyrələrdə əmələ gələn sərbəst radikallları neytrallaşdırmaq və hüceyrə strukrurlarını bərpa emək üçün südün tərkibindəki komponentlərin mühüm rol oynaya biləcəyi ehtimal edilsə də, hətta radiasiya zamanı süd istifadəsi yüngülləşdirici təsirə malik olsa belə, südün radiasiyanı orqanizmdən çıxarma mexanizmləri haqda isbat olunmuş konkret nəzəriyyələr haqda fikir söyləmək çətindir.
Surxay Atakişiyev, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://bizim.media
archiveBu xəbər 30 Avqust 2025 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri