Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

“Bu potensialın reallaşdırılması həm milli, həm də regional miqyasda əhəmiyyətli töhfələr verəcək” KOMİTƏ SƏDRİ

“Bu potensialın reallaşdırılması həm milli, həm də regional miqyasda əhəmiyyətli töhfələr verəcək” KOMİTƏ SƏDRİ

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

“Bu təşəbbüs, qlobal enerji keçidinin sürətləndiyi bir dövrdə həm regionumuz, həm də qlobal səviyyədə dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün əhəmiyyətli bir addımdır”.

“AzPolitika” xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzinin (TEM) Nizamnaməsinin təsdiq edilməsi haqqında” Qanunun layihəsinin təqdim olunması zamanı deyib.

Millət vəkili çıxışında qeyd edib ki, Azərbaycan Respublikası olaraq, biz təmiz enerji həllərinin təşviqini, dayanıqlı enerji layihələrinin həyata keçirilməsini və iqlim dəyişikliyi ilə mübarizəni strateji prioritetlərimizdən biri kimi görürük. “Təmiz Enerji Mərkəzinin yaradılması bu istiqamətdə mühüm platforma rolunu oynayacaq”, - o əlavə edib.

Komitə sədri xatırladıb ki, ECO Təmiz Enerji Mərkəzi, İƏT və BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) birgə təşəbbüsü ilə yaradılıb. Onun sözlərinə görə, bu Mərkəz, UNIDO-nun Regional Dayanıqlı Enerji Mərkəzlərinin Qlobal Şəbəkəsinin (GN-SEC) bir hissəsi kimi fəaliyyət göstərəcək. “GN-SEC qlobal səviyyədə enerji keçidini dəstəkləyən və müxtəlif regionlarda uğurlu nümunələr təqdim edən platformalardan biridir”, - deputat qeyd edib.

S.Qurbanov bildirib ki, Mərkəzin əsas məqsədləri arasında müasir, sərfəli və dayanıqlı enerji xidmətlərinə çıxışın artırılması, bərpa olunan enerji həllərinin təşviqi və üzv dövlətlər arasında enerji sahəsində əməkdaşlığın gücləndirilməsi yer alır.

Komitə sədri vurğulayıb ki, Azərbaycanın Təmiz Enerji Mərkəzinə ev sahibliyi etmək hüququ qazanması ölkəmizin dayanıqlı enerji sahəsindəki potensialını və beynəlxalq səviyyədə nüfuzunu təsdiqləyir: “2021-ci ilin iyun ayında İƏT Energetika Nazirlərinin iclasında TEM-ə ev sahibliyi edəcək ölkənin seçilməsi prosesi başlanıb. Azərbaycanla yanaşı Türkiyə və İran da namizədliklərini irəli sürb, UNIDO tərəfindən aparılan qiymətləndirmə çərçivəsində Azərbaycan, 76 xal toplayaraq digər namizədləri geridə qoyub. Bu nəticə, Azərbaycanın dayanıqlı enerji infrastrukturuna, potensialına və strateji mövqeyinə olan yüksək etimadı əks etdirir. Nəticədə, 2021-ci ilin noyabr ayında Aşqabadda keçirilən İƏT Xarici İşlər Nazirləri Şurasının iclasında Azərbaycanın ev sahibliyi rəsmi olaraq təsdiqlənib və Bakı şəhəri TEM-in qərargahı kimi müəyyən edilib”.

Azərbaycan zəngin enerji resursları ilə tanınan ölkə olduğunu xatırladan millət vəkili vurğulayıb ki, ölkəmiz, neft və qaz sahəsində uzunmüddətli təcrübəyə malik olmaqla yanaşı, bərpa olunan enerji mənbələri baxımından da böyük potensiala sahibdir: “Xüsusilə günəş və külək enerjisindən istifadə sahəsində Azərbaycan regionun lider ölkəsi ola bilər. Xəzər dənizi sahilləri külək enerjisinin inkişafı üçün ideal şərait yaradır, günəş enerjisinin tətbiqi üçün isə ölkəmizdə əlverişli coğrafi və iqlim şəraiti mövcuddur. Təmiz Enerji Mərkəzi vasitəsilə bu potensialın reallaşdırılması həm milli, həm də regional miqyasda əhəmiyyətli töhfələr verəcək”.

Sadiq Qurbanov çıxışında Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrinin "yaşıl enerji zonası" elan edilməsini yada salıb. Onbun sözlərinə görə, bu ərazilərdə artıq günəş və külək enerjisi layihələrinin həyata keçirilməsinə başlanıb. Deputat hesab edir ki, ECO Təmiz Enerji Mərkəzi bu təşəbbüslərin genişləndirilməsində və beynəlxalq tərəfdaşların cəlb edilməsində mühüm rol oynaya bilər.

“Bu bölgələrdə təmiz enerji həllərinin tətbiqi yalnız enerji təhlükəsizliyinə deyil, həm də ərazilərin sosial-iqtisadi inkişafına töhfə verəcək. Bu təşəbbüslər Azərbaycanın bərpa olunan enerji sahəsində nümunəvi bir model yaratmaq istəyini göstərir”, - millət vəkili əlavə edib.

Komitə sədri məlumat verib ki, ECO Təmiz Enerji Mərkəzinin Nizamnaməsi, onun fəaliyyət istiqamətlərini və idarəetmə mexanizmlərini müəyyən edir: “Mərkəzin idarəetməsi Rəhbərlər Şurası, İcraçı Şura, Katiblik və Texniki Komitə vasitəsilə həyata keçirilir. Tematik Hublar (Mərkəzlər) vasitəsilə Mərkəz bərpa olunan enerji, maliyyə, tədqiqat və iqlim dəyişikliyi kimi sahələrdə ixtisaslaşır. Mərkəzin müstəqil büdcəsi üzv dövlətlərin töhfələri, beynəlxalq donorların ianələri və layihələrdən əldə olunan gəlirlər hesabına formalaşır. Nizamnamə, Mərkəzin fəaliyyətinin çevik və səmərəli şəkildə idarə olunmasını təmin edir”.

S.Qurbanovun sözlərinə görə, ECO Təmiz Enerji Mərkəzi Azərbaycanın Paris İqlim Sazişi çərçivəsində götürdüyü öhdəliklərin icrasında mühüm rol oynayacaq. Millət vəkili ümid edir ki, bu Mərkəz vasitəsilə Azərbaycan, dayanıqlı inkişaf məqsədlərinə nail olmaq yolunda daha böyük irəliləyiş əldə edəcək və qlobal səviyyədə lider mövqeyini möhkəmləndirəcək.

Komitə sədri çıxışının sonunda qeyd edib ki, ECO Təmiz Enerji Mərkəzinin yaradılması, yalnız İƏT regionu üçün deyil, həm də qlobal enerji siyasəti üçün vacib bir təşəbbüsdür. “Azərbaycan olaraq biz, bu Mərkəzin təsis edilməsi və uğurla fəaliyyət göstərməsi üçün bütün səylərimizi göstərməyə hazırıq. İnanıram ki, bu təşəbbüs dayanıqlı enerji keçidinə, iqlim dəyişikliyi ilə mübarizəyə və regionumuzun inkişafına mühüm töhfə verəcəkdir. Deputat həmkarlarımı qanun layihəsini dəstəkləməyə dəvət edirəm”, - millət vəkili yekunlaşdırıb.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 Fevral 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri