Icma.az
close
up
RU
“Bu qış daha “isti” keçəcək” Bəşəriyyət Üçüncü Dünya müharibəsinin astanasında KONKRET

“Bu qış daha “isti” keçəcək” Bəşəriyyət Üçüncü Dünya müharibəsinin astanasında KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Rusiya Prezidenti Vladimir Putinlə Almaniya Kansleri Olaf Şolts arasında iki illik fasilədən sonra telefon danışığı oldu. Söhbət zamanı Almaniya Kansleri Rusiyanı ədalətli və uzunmüddətli sülhə nail olmaq üçün Ukrayna ilə danışıqlara çağırıb. Şolts, həmçinin Almaniyanın Kiyevi lazım olduğu müddətcə dəstəkləməkdə sarsılmaz qətiyyət göstərəcəyini açıqlayıb. O, Putini münaqişəyə son qoymağa, Rusiya qoşunlarını Ukraynanın nəzarət altında saxlanılan ərazilərindən çıxarmağa çağırıb.

Bundan başqa, CNN-nin məlumatına görə, ABŞ-nin yeni seçilən prezidenti Donald Trampa görə bəzi Qərb ölkələri Rusiya ilə bağlı siyasətini yenidən nəzərdən keçirməyə başlayıblar. İddia olunur ki, Birləşmiş Ştatların Ukraynaya yardımı dayandıracağı halda Avropa Rusiya ilə üz-üzə qalacaq. Bundan çəkinən Qərb liderləri münasibətlərin gərginləşməməsinin tərəfdarıdır.

Trampın səlahiyyət müddətinin başlamasına 2 aydan az vaxtın qalması və Baydenin Rusiya ərazisinə ATACMS taktiki ballistik raketləri ilə zərbələr endirməyə icazə verməsinin fonunda hadisələrin bundan sonra necə cərəyan etməsi maraq doğurur.

Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi ekspert Elşad Paşasoy bildirdi ki, Şoltsın Putinə zəng etməsi müsbət mənada müəyyən ümidlər yaratmışdı:

“Hesab olunurdu ki, telefon danışığı zamanı dəhşətli müharibənin səngiməsi istiqamətdinə müəyyən razılıq əldə olunacaq. Vaxtaşırı Almaniyanın Rusiyaya loyal münasibət sərgiləməsi, enerji aslılığı və ondan irəli gələn məsələlər ümidləri daha da artırırdı. Zəng zamanı Putinin Şoltsa danışıqlara hazır olduğunu bildirməsi də ümidverici idi. Amma ABŞ Prezidenti Cozef Baydenin ATACMS taktiki ballistik raketləri barədə qərarı, Ukraynanın əlini daha da gücləndirdi və müharibənin növbəti dəhşətli fazaya keçməsinə səbəb oldu. Şoltsa Putinin arasında baş tutmuş telefon danışığının gərgin məcrada keçməsi və nəticəsizliyi ilə bağlı fikirlər olsa da, müharibənin daha da alovlanmasına səbəb ABŞ rəhbərliyinin qərarıdır. Bundan əvvəl Ukrayna lideri Volodimr Zelenski ümidsiz idi, az qala məğlubiyyəti etiraf etəcəyi təəssüratı yaradırdı. Amma raketlərin istifadəsindən sonra fərqli situasiyanın yarana biləcəyinə dair ehtimallar var. Pentaqonun 275 milyon dollar dəyərindəki son yardım pateki də rəsmi Kiyevin mübarizə əzmini artırmağa hesablanıb”.

Ekspert vurğulayıb ki, ABŞ-nin son qərarları Rusiya üçün bəhanə olacaq:

“Rusiya başda Kiyev olmaqla Ukrayna ərazilərinə, xüsusən də mülki əhalinin məşkunlaşdığı məntəqələrə iri çaplı zərbələr endirə bilər. Yeri gəlmişkən, ABŞ-nin Kiyevdəki səfirliyinə verdiyi təlimat da müharibənin bundan sonrakı ssenarisi barədə ehtimallar formalaşdırır. Səfirlik əməkdaşlarına sığınacaqlarda fəaliyyət göstərməsi qışın daha da “isti” keçəcəyinə işarədir. Gözlənilən idi ki, qarşıdakı aylarda Qərb rəsmi Moskvanı qıcıqlandıracaq addımlardan çəkinəcək. Lakin indi Rusiya daha qəzəblidir. Onların nüvə təhdidlərini açıq şəkildə səsləndirməsi sıradan deyil. Daha əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev də qeyd edirdi ki, Qərbdə düşünürlərsə ki, biz nüvə silahından istifadə etməyəcəyik, o zaman yanılırlar. Yeni nüvə doktrinasının təsdiq olunması da, Rusiyanın nə qədər ciddi olmasından xəbər verir. Şübhəsiz ki, belə olan halda Çexiya, Polşa, Böyük Britaniya və Fransa kimi ölkələr təhdidlə qarşı-qarşıya qala bilər. Bu mənada Polşanın son günlər təhlükəsizlik tədbirlərini gücləndirməsi də bu qəbildəndir”.

Müsahibim vurğulayıb ki, Rusiyanın təhlükəli oyunçu olduğu bir çox ölkəyə məlumdur:

“Artıq döyüşlərə Şimali Koreyadan hərbçilər cəlb olunur. Artıq canlı qüvvələrin iştirakı fonunda NATO birbaşa döyüşlərə qatılmış olacaq. Bu da nüvə silahından istifadə ehtimalını daha da artıra bilər. Tramp Adminstrasiyasından gözləntilər böyük idi. Ancaq o da ABŞ-nin mövqeyini yürüdəcək. Bir çoxları hesab edirdi ki, döyüş hərb meydanından danışıqlar masasına keçəcək. Lakin Tramp səlahiyyətlərinə başlamadan Üçüncü Dünya müharibəsinə şahidlik edə bilərik. Ümid edirəm ki, ağıl, düşüncə qalib gələcək və tərəflər bəşəriyyətin fəlakətlərinə yönəlik addımlar atmayacaq”.

Məlik Məlikov,
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://konkret.az
archiveBu xəbər 22 Noyabr 2024 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri