Icma.az
close
up
RU
Bu qız “CNN Azərbaycan”ın başına keçəcək!” REPORTAJ

Bu qız “CNN Azərbaycan”ın başına keçəcək!” REPORTAJ

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyədə jurnalistika təcrübəm həyatımda dönüş nöqtəsi oldu


Türkiyədə jurnalistika sahəsində qazandığım təcrübə mənim üçün yalnız peşəkar bir addım deyil, həm də həyatımda unudulmaz bir dönüş nöqtəsi oldu. Bu yola Türk Ocaqlarının mərhum millət vəkili Qənirə Paşayeva adına verdiyi mükafatla başladım. Tədbirdə iştirak edən Qənirə xanımın bacısı Kəmalə Paşayeva mənə Türkiyədə jurnalistika praktikasını vəd etmişdi. Beləliklə də, İstanbul macəram başladı.

İstanbul böyük, möhtəşəm və daim hərəkətdə olan bir şəhərdir. Şəhərin yaşıllıqla örtülmüş küçələri, səliqəli asfalt yolları və arxitekturası insanı valeh edir. Əlbəttə, belə nəhəng şəhərlərdə olduğu kimi burada da bəzi küçələrdə insanların yerə atdığı qida paketləri və avtomobil sıxlığı diqqətdən yayınmır. Lakin şəhərin ümumi görüntüsü onun yüksək inkişaf səviyyəsini əks etdirir. Şəhərdə təhlükəsizlik yüksək səviyyədə qorunur. Hər hansı bir yerə icazəsiz daxil olmaq mümkün deyil. Hətta bu, insanları bəzən yorurdu.



İstanbulda cəmiyyətin rahatlığı da diqqətçəkən idi. Bəzən təəccüblü, bəzən düşündürücü yanaşmalarla qarşılaşdım. İnsanların rahatlığı və qadınların ictimai həyatda aktivliyi diqqətimdən yayınmadı. 

Hətta bir dəfə avtomobilin arxa oturacağında oturmaq istəyəndə məndən önə gəlməyimi istədilər. Səbəbini soruşanda məlum oldu ki, bu hal onlarda qəribə qarşılanır. Məscidlərdən söhbət düşəndə isə bildirdim ki, İstanbulda olduğu qədər Azərbaycanda məscid yoxdur. Həmin şəxs mənə söylədi ki, "Azərbaycanda cami az, sən hala arka koltuğa geçiyorsun, İstanbulda cami çox, amma insanlar və özəlliklə kadınlar çok rahat"...Bu söz məni düşündürdü...

Türkiyənin yeməkləri isə Azərbaycan mətbəxinə çox oxşayırdı və bu da adaptasiya müddətini asanlaşdırdı.

Ən gözəli isə heyvanlara göstərilən qayğı idi. Yollarda hər tərəfdə pişiklərə rast gəlmək olurdu. Lakin itlərin aqressiv olması düzü bir az qorxu yaradırdı...


Praktikam CNN Türk-də baş tutdu. Kanal D-nin binasında yerləşən bu televiziya kanalı, "Dəmirmedia" qrupuna daxildir və son dərəcə peşəkar mühitə sahibdir. Televiziya binasına daxil olmaq ciddi təhlükəsizlik prosedurları ilə müşayiət olunur: şəxsiyyət yoxlaması, çanta nəzarəti, ziyarətçi kartı...


CNN Türk 3-cü mərtəbədə yerləşir. Burada çalışan komandanın işinə olduqca peşəkar yanaşdığını müşahidə etmək çətin deyil. Hər səhər keçirilən redaksiya iclasları həm fiziki, həm də onlayn şəkildə davam edir. Binada eyni zamanda “Hürriyət”, “Milliyet” kimi tanınmış qəzetlər də fəaliyyət göstərir. Maraqlısı budur ki, qəzetlərdə çalışanlar və həmçinin CNN Türkün sayt müxbirləri pandemiyadan sonra hələ də evdən işləməyə davam edir. Eləcə də qəzetlərin hamısı rəngli nəşr edilir. Hətta Azərbaycanda qəzetlərin ağ-qara dərc olunduğunu deyəndə, hər kəs təəccübləndi...

CNN Türk-də xəbər prosesi tam bir komanda işidir. Müxbirlər montajla, montajçılar isə müxbirliklə məşğul olmur. Hər kəs öz işini maksimum dəqiqliklə yerinə yetirir. Çəkilişdən sonra müxbir öz müsahibə və mövzusuna uyğun spikerin oxuyacağı mətnləri hazırlayır, səs mühəndisləri "sineji" vasitəsilə səsləri təmizləyir, montajçılar “Adobe Premiere” proqramı ilə isə xəbəri efirə hazır vəziyyətə gətirirlər.


Binanın birinci mərtəbəsində yeməkxana yerləşir və əməkdaşlara gündəlik təzə yeməklər təqdim olunur. Eləcə də yemək üçün əlavə ödəniş də edilir. Həmçinin işçilər gəlmək və getmək üçün servislə təmin olunurlar.

CNN Türk-də efirə gedən xəbərlər canlı yayımlanır. Bu da yüksək koordinasiya və hazırlıq tələb edir. Rejissor otağında canlı yayımlar diqqətlə izlənilir və idarə olunur. Mən də bir sıra vacib hadisələrin xəbərə çevrilməsinin şahidi oldum: 16 yaşlı gəncin polisə hücumu, Gürsel Tekinin İstanbul əyalət binasına daxil olması, Ərdoğanın çıxışı və İsrailin Dohaya hücumu kimi hadisələrin xəbər prosesi məni peşəkarlığın zirvəsinə bir addım daha yaxınlaşdırdı.

Ən gözəl nüans isə hər bir sözü türkcə söyləməkləri idi. Məsələn, biz ingiliscədən küçə sorğusuna vox-pop deyiriksə, onlar öz dillərində olduğu kimi "sokak röportajı" deyirdilər.


CNN Türk-də tanış olduğum simalardan biri, tanınmış müxbir Fulya Öztürk idi. Azərbaycan sevgisi ilə seçilən Fulya xanımla müsahibə almaq şansı qazandım. O, məni öz adımla deyil, “Sibel” deyə səsləyirdi. Onunla söhbətimiz mənə böyük motivasiya verdi.

Fulya xanımdan öncə Qarabağ müharibəsini işıqlandırmağa gələn Ahmet Akpolat adlı fotoqrafla da tanış oldum. O, Gəncə terrorunu necə görüntülədiyini, dron görüntülərini dünya kanallarına necə təqdim etdiklərini mənə danışdı. Onun hekayəsi jurnalistikanın cəsarət və operativlik tələb edən bir sahə olduğunu bir daha göstərdi.


Digər unudulmaz tanışlığım Orhan Hoca ilə oldu. O, meteorologiya üzrə mütəxəssisdir və bir müddət NASA-da da çalışıb. Əslində, ondan nömrəsini aldım və Bakıya qayıdanda bir müsahibə etməyi düşündüm. Amma şansı əldən verə bilməzdim, öz-özümə canlı müsahibənin yerini heç nə vermir dedim. Orhan Hocanın yanında əyləşib ona suallar verməyə başladım. 


Müsahibənin ortasında Ahmet Akpolat gəlib "Hocam sizi de mi köşeye sıkışdırıb, röpörtaj yapıyor?" söylədi. Orhan hoca o zaman bildi ki, mən ondan əslində müsahibə alıram. Təbii ki, sonda bunu ona deyib, razılığını alacaqdım. Amma bu zaman o məni "araşdırmaçı ruhlu" və "peşəkar jurnalist" adlandırdı. Daha sonra “Bu qız CNN Azərbaycan açılsa, başına keçəcək biri” deyərək mənə inamını ifadə etdi. Bu sözlər mənim üçün böyük bir motivasiya və qürur oldu.

Bu təcrübə mənə yalnız televiziya mühitini deyil, həm də peşəkarlığın, koordinasiyanın, komanda işinin nə demək olduğunu öyrətdi. Əldə etdiyim bilik və bacarıqlar, tanış olduğum insanlarla söhbətlər mənim üçün yeni bir dönəmin başlanğıcı oldu. Sonda CNN Türk rəhbərliyinin verdiyi referans isə motivasiya qaynağıma çevrildi.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://sherg.az
archiveBu xəbər 18 Sentyabr 2025 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see284

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see279

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see270

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see257

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see250

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see245

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see232

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see220

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see213

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see205

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see205

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see204

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see203

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see200

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see193

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see187

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see186

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see164

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see163

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri