Bu rusiyalıya 118 il həbs cəzası verildi
Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Yunanıstanda məhkəmə Rusiya vətəndaşı Vladimir Kotelnikovu qanunsuz miqrasiyanın təşkilində təqsirli bilib və onu 118 il həbs, eləcə də 500 min avro cərimələyib.
Axar.az xəbər verir ki, bunu Rusiyanın xaricdəki rusiyalılara dəstək üzrə birləşmiş koordinasiya mərkəzinin vitse-prezidenti İvan Melnikov deyib.
O bildirib ki, 37 yaşlı Çelyabinsk sakini Kotelnikov işləmək üçün Yunanıstana köçüb və Aralıq dənizi regionunda turistləri daşıyan yaxtada dənizçi kimi işə düzəlib:
“Kotelnikovun işəgötürəni turist adı altında qanunsuz miqrantları gəmiyə mindirərək onu yoldan çıxarıb, həmçinin onu hədələyib sənədlərini əlindən alıb. Kotelnikov 2024-cü il iyunun 11-də Rodos adası yaxınlığında həbs edilib”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 25 İyul 2025 12:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















