“Bu səbəbdən ot örtüyünün möhkəmlənməsi yaz aylarına təsadüf edəcək” Gəncə üçün bəd xəbərin detalları
Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.
İki mövsümdü Gəncədən didərgin düşən “Kəpəz” üçün artıq yeni stadion da tikilib.
3-cü MDB Oyunları başa çatandan sonra meydançanın ot örtüyünün salınacağı, “Kəpəz”in mövsümün ikinci yarısından etibarən doğma azarkeşlər önündə oynayacağı gözlənilirdi. Amma... “Football-plus.az” məsələni aydınlaşdırmaq üçün Gənclər və İdman Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qabil Mehdiyevlə əlaqə saxlayıb:
“Üçüncü MDB Oyunlarının bağlanış mərasimindən sonra səhnələr və yerə döşənmiş ornamentlər söküləcək, ot örtüyünün alt qatlarının və torpaq istiliyinin bərpası, həmçinin əkilmə prosesi həyata keçiriləcək. Ot örtüyünün yüksək keyfiyyətdə, ideal səviyyədə olması üçün əkilmə ən uyğun mövsümdə olmalıdı. Meydançada hibrid ot örtüyü sistemi tətbiq edilməsi nəzərdə tutulur. Toxumların cücərməsi müəyyən vaxt tələb edir. Qış aylarında hava şəraiti isti olmadığından ot zəif inkişaf edir. Bu səbəbdən ot örtüyünün möhkəmlənməsi yaz aylarına təsadüf edəcək. Ot örtüyünün qurulması prosesi tamamlanandan sonra, təxminən aprel-may aylarında ot tam bitib möhkəmlənəcək, bu dövrdən etibarən meydança ideal səviyyəyə çatacaq və oyunların keçirilməsi mümkün olacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 09 Oktyabr 2025 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















