“Enerji atəşkəsi: Kreml üçün taktiki manevr, yoxsa zəifliyin etirafı?“ “The Telegraph“
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Moskvanın zəifliyi fonunda artan risklər..."
Rusiya prezidenti Vladimir Putinin təklif etdiyi qısamüddətli enerji atəşkəsi güc nümayişindən çox, ordunun tükənməsi fonunda atılmış məcburi addım təsiri bağışlayır.
Moderator.az xəbər verir ki, bu barədə "thetelegraph.com" nəşri yazıb.
Britaniya ordusunun sabiq zabiti və hərbi analitik Hemiş de Breton-Qordon hesab edir ki, bu təşəbbüs özünə güvənən sərkərdənin deyil, çökmə həddinə yaxınlaşan sistemin manevridir. Analitik vurğulayır ki, Rusiya ordusu dərin kadr böhranı yaşayır. Şimali Koreyadan minlərlə hərbçinin cəlb edilməsi, Afrikada muzdluların axtarışı, həbsxanaların boşaldılması və hətta ağır yaralı məhbusların - protezsiz, qoltuqağacı ilə yenidən cəbhəyə göndərilməsi bu böhranın miqyasını açıq göstərir.
Onun sözlərinə görə, son iki ildə Rusiya Ukrayna ərazisinin cəmi təxminən 1 faizini ələ keçirib, lakin bunun müqabilində yarım milyondan çox ölü və yaralı verib və itkilər gündə min nəfərə yaxın qalır. "Bu, ən qəddar formada aparılan tükəndirmə müharibəsidir. Yaralı əsgərlər "güllə tutan" xammala çevrilib - ümid edirlər ki, Ukraynanın sursatı tükənəcək. Bu isə yalnız Qərb buna imkan verərsə baş verə bilər", - de Breton-Qordon yazır.
Təhdid dili və daxili laqeydlik
Eyni zamanda Moskvanın ritorikası daha da sərtləşir. Dövlət Dumasının sədri Vyaçeslav Volodin Ukraynanı soyuq hava şəraitində "qisas silahı" ilə vurmaqla hədələyib və daha "güclü silahların" tətbiqinə çağırıb. Bu açıqlamalar Ukraynada temperaturun mənfi 30 dərəcəyədək enə biləcəyi ilə bağlı proqnozlar fonunda səslənib.
Analitiklər bu ziddiyyəti diqqətə çatdırırlar: bir tərəfdən enerji obyektlərinə zərbələrdən müvəqqəti imtina görüntüsü yaradılır, digər tərəfdən isə açıq təhdidlər davam edir. De Breton-Qordonun fikrincə, bu, Kremlin öz vətəndaşlarına münasibətini də açıq göstərir: inflyasiya və faiz artımları əhalini sıxarkən, resurslar daxili rifah üçün deyil, müharibənin uzadılması üçün xərclənir. "Kreml üçün ordu sadəcə "top yemidir”, - o, qeyd edir.
"Centlmen razılaşması" və açıq qalan suallar
"The New York Times" isə yazır ki, Rusiya və Ukrayna nümayəndələri arasında enerji atəşkəsi yazılı sənəd olmadan, qeyri-rəsmi "centlmen razılaşması" formasında müzakirə edilib. Ukraynalı rəsmiyə görə, razılaşmaya baxmayaraq, Odessaya və Xarkov vilayətində sərnişin qatarına zərbələr endirilib, nəticədə ölənlər olub. Daha sonra rusiyalı danışıqlarçılar bunu bəzi bölmələrin atəşkəs barədə məlumatlandırılmaması ilə izah edərək, özəl şəkildə üzr istəyiblər.
"RAND Corporation"-dan Samuel Çarap hesab edir ki, enerji atəşkəsi tərəflər arasında etimad quruculuğu üçün bir sınaq ola bilər, lakin "bu, zərbələrin birdəfəlik dayanacağı demək deyil". Nəticə etibarilə, enerji atəşkəsi Kreml üçün sülhə aparan yol yox, daha çox tükənən resurslar fonunda vaxt qazanmaq cəhdi kimi görünür. Analitiklərin fikrincə, məhz bu zəiflik Qərbin Ukraynaya dəstəyini bir qədər də artıracağı təqdirdə, Kiyev üçün real üstünlüyə çevrilə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 31 Yanvar 2026 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















