Icma.az
close
up
RU
Bu şəxslərə mənzil veriləcək

Bu şəxslərə mənzil veriləcək

Icma.az, Pravda.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə bu il daha 1000 mənzil verilməsi nəzərdə tutulub".

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov agentliyin beş illiyinə dair keçirilən mətbuat konfransında deyib.

O xatırladıb ki, dövlət başçısının göstərişi ilə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı nazirlik tərəfindən icra olunan sosial dəstək paketi çərçivəsində mənzil və fərdi evlə təminat proqramı 5 dəfə genişlənib:

"Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 6.8 min, ümumən ötən dövrdə 16 minədək mənzil təqdim edilib. Eyni zamanda Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə son 5 ildə 435 mənzil təqdim edilib. Paralel olaraq gözdən əlilliyi olan şəxslərin də sosial təminatı mütəmadi gücləndirilir, onların mənzillə təminatı həyata keçirilir. Gözdən əlilliyi olan şəxslərə Bakı şəhəri və Abşeron rayonundakı yeni yaşayış komplekslərindən 539 mənzil təqdim edilib və proses davam etdirilir. Dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum şəxslərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində də işlər davam etdirilir. Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli Sərəncamı ilə bu kateqoriyadan olan vətəndaşların yeni yaşayış komplekslərindən mənzillə təminatı tədbirləri həyata keçirilir. Sərəncamın icrası çərçivəsində son 5 ildə bu kateqoriyadan olan şəxslərə 283 mənzil təqdim edilib. Ümumilikdə isə ötən dövrdə 650-yə yaxın bu kateqoriyadan olan şəxs mənzillərlə təmin edilib və proses davam etdirilir".

Oxu.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:29
embedMənbə:https://pravda.az
archiveBu xəbər 30 İyun 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti Rusiyada azərbaycanlıların başına gələnlərə reaksiya verdi

29 İyun 2025 22:40see142

Sergey Markov Yekaterinburq hadisələri ilə bağlı: Biz dəqiq araşdırma və rəsmi izahat gözləyirik

29 İyun 2025 01:43see132

Hüseyn Böyükfırat vaxtsız gedən övladından yazdı FOTO

28 İyun 2025 23:43see129

Hizbullah ın bölmə komandanı zərərsizləşdirib

28 İyun 2025 23:23see120

Polis polkovnik leytenantı vəfat etdi

28 İyun 2025 22:16see119

Qızı mənə zəng vurdu dedi ki, nənə ata anamın boğazını kəsdi Kürdəmirdəki dəhşətli qətlin təfərrüatı

29 İyun 2025 20:17see118

Spirtli içki ailə faciəsinə səbəb oldu: Ərini bıçaqlayaraq öldürdü VİDEO

28 İyun 2025 21:08see117

İsrail ordusu Hizbullah üzvünü məhv etmək üçün Livana zərbələr endirib

28 İyun 2025 23:36see117

“Sığortaya salınsın, insanlar ölür”

29 İyun 2025 00:06see116

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

29 İyun 2025 00:01see116

Qarabağ formalarını Şuşadan təqdim etdi Şəkillər

29 İyun 2025 20:43see115

Çin Yaponiyadan dəniz məhsulları qadağasını ləğv edib

30 İyun 2025 10:21see115

Diaspor Komitəsindən açıqlama

29 İyun 2025 22:44see115

Dünyanın ən zəngin 50 qadınının siyahısı açıqlandı

30 İyun 2025 05:31see115

Simonyan Paşinyanı təhqir etdi

30 İyun 2025 02:12see115

Həsrət Məmmədyarov: İldən ilə nəticəmiz daha da yaxşılaşacaq”

30 İyun 2025 00:29see115

Zamanın üçüncü ölçüsü kəşf edildi...

29 İyun 2025 20:25see114

Yevlaxda ər arvad qəzaya düşüb, ölən var

29 İyun 2025 09:10see112

ABŞ da silahlı qarşıdurma nəticəsində iki yanğınsöndürən həlak olub

30 İyun 2025 05:07see111

Mask Trampın təşəbbüsünü sərt tənqid etdi: ABŞ ni borc köləliyinə aparır

30 İyun 2025 03:34see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri