Icma.az
close
up
RU
Bu şəxslərin POS terminal vasitəsilə nağdsız dövriyyəsi üzrə vergi yükü azaldılır

Bu şəxslərin POS terminal vasitəsilə nağdsız dövriyyəsi üzrə vergi yükü azaldılır

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Məlum olduğu kimi, vergi qanunvericiliyinə əsasən, 1 yanvar 2024-cü ildən tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin hesabat dövrü ərzində əhaliyə göstərilən tibbi xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizi 3 il müddətinə onların ƏDV tutulan ümumi dövriyyəsindən çıxılır.

Dövlət Vergi Xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, bu optimallaşmanın davamı olaraq, 2026-cı il yanvarın 1-dən ƏDV qeydiyyatında olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ƏDV hesablanarkən onların POS-terminal vasitəsilə nağdsız qaydada ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizinin 3 il müddətinə ƏDV tutulan ümumi dövriyyəsindən çıxılması nəzərdə tutulur. Bundan başqa, 8 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olaraq iaşə xidməti göstərən şəxslər tərəfindən POS-terminal vasitəsilə nağdsız dövriyyə üzrə sadələşdirilmiş verginin dərəcəsinin 6 faizə endirilməsi təklif edilir.

Qeyd olunur ki, ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxsin ay ərzində göstərdiyi xidmətlərin dəyəri 50 min manat məbləğində olub və bu məbləğin 10 min manatı nağd şəkildə, 40 min manatı isə POS-terminal vasitəsilə nağdsız qaydada ödənilib. Digər şəxslərə ödədiyi və əvəzləşdirdiyi ƏDV-nin məbləği isə 3 min manat olub. Bu halda büdcəyə ödənilməli ƏDV-nin məbləği 6 min manat hesablanacaqdısa, dəyişiklikdən sonra həmin məbləğ 2.400 manat təşkil edəcək.

İctimai iaşə fəaliyyəti ilə məşğul olan sadələşdirilmiş vergi ödəyicisinin ay ərzində göstərdiyi xidmətlərin dəyəri 50 min manat məbləğində olub və bu məbləğin 10 min manatı nağd şəkildə, 40 min manatı isə POS-terminal vasitəsilə nağdsız qaydada ödənilib. Bu halda büdcəyə ödənilməli sadələşdirilmiş verginin məbləği 4 min manat hesablanacaqdısa, dəyişiklikdən sonra həmin məbləğ 3.200 manat təşkil edəcək.

"Göründüyü kimi, nağdsız ödənişlərin xüsusi çəkisi  artdıqca, dəyişiklik sahibkarlar üçün vergi yükünün azalmasına, daha çox qazanc əldə etməsinə imkan yaradacaq", - DVX bildirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:67
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 02 Dekabr 2025 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri