Icma.az
close
up
RU
Bu sükutu, bu uzaqlaşmanı aradan qaldırmaq vacib idi Politoloqlar İlham Əliyevlə Putinin telefon danışığı haqda

Bu sükutu, bu uzaqlaşmanı aradan qaldırmaq vacib idi Politoloqlar İlham Əliyevlə Putinin telefon danışığı haqda

Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.

Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında baş tutan telefon danışığını vacib adlandırıb. O, bugünkü brifinqdə dövlət başçıları arasında telefon danışığının gerçəkliyini təsdiqləyərək bildirib ki, Prezident Əliyev Vladimir Putini ad günü münasibətilə təbrik edib. 

Politoloq Tofiq Abbasov AZXEBER.COM-a bildirib ki, iki ölkə arasında soyuq münasibətlər uzun müddətdir ki, davam edir:

"Təyyarə qəzasından sonra münasibətlərdə bir qədər soyuqluq yaranıb. Eyni zamanda, etimad mühiti də müəyyən qədər zəifləyib, ancaq bununla barışmaq, razılaşmaq qətiyyən olmaz. Çünki söhbət iki tərəfdaş dövlətdən və qonşu xalqdan gedir. Münasibətlərin gərginləşməsi nə Rusiya, nə də Azərbaycan üçün müsbət nəticə vəd etmir. Ona görə də bu sükutu, bu uzaqlaşmanı aradan qaldırmaq vacib idi". 


Politoloq deyib ki, Prezident İlham Əliyevin atdığı addım çox ağıllı və praqmatik qərardır: 

"İlham Əliyevin sözügedən addımı tədirəlayiqdir. Bu, təkcə şəxsi münasibətlərə aid bir məsələ deyil, həm də millətlərarası, dövlətlərarası və xalqlararası əlaqələrə yeni bir aydınlıq gətirən addımdır. Belə situasiyada sadəcə "Bravo, İlham Əliyev!” demək lazımdır. İki ölkə arasında mühüm münasibətlər mövcuddur. Nəqliyyat, enerji, yükdaşımalar, Xəzər regionundakı birgə layihələr — bunların hamısı strateji əhəmiyyət daşıyır və şübhə altına alınmamalıdır”.

Ekspert qeyd edib ki, Rusiyada yaşayan azərbaycanlıların sayı çoxdur və bəzi proseslər onların da maraqlarına toxunur:

"Təyyarə qəzasından sonra Rusiya miqrasiya xidmətlərinin və hüquq-mühafizə orqanlarının bəzi nümayəndələri azərbaycanlılara qarşı qərəzli yanaşmalar sərgilədi, onlara problemlər yaratdı. Halbuki qəza ilə bağlı məsuliyyət bizdə deyildi. Səhv, günah Rusiya tərəfində idi. Onlar həm üzr istəməli, həm istintaq aparmalı, həm də günahkarları müəyyən edib cəzalandırmalı idilər. Həmçinin zərərçəkənlərə kompensasiya ödənilməli idi. Təəssüf ki, bunların heç biri baş vermədi və ya baş verdiyi halda, Azərbaycan tərəfinə bu barədə rəsmi məlumat verilmədi. Bu, düzgün yanaşma deyil və belə bir münasibət qeyri-sağlam məntiqdən xəbər verir”.

T.Abbasov əlavə edib ki, Azərbaycan Prezidentinin atdığı bu addım rəsmi Bakının böyük barışığın tərəfdarı olduğunu göstərir:

"Bu yaxınlarda Həştərxanda Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə rusiyalı həmkarı Aleksey Overçuk arasında görüş keçirildi, sənədlər imzalandı və görüşdə nikbin ruh hiss olunurdu. Bu nikbinliyi qorumaq və möhkəmləndirmək lazımdır”-, deyə politoloq vurğulayıb. 

Politoloq Zaur Məmmədov isə AZXEBER.COM-a bildirib ki, Azərbaycan çoxvektorlu xarici siyasət yürüdür:

"Azərbaycan çoxvektorlu xarici siyasət yürüdür. Ölkənin xarici siyasətində regional əməkdaşlıq və qonşu dövlətlərlə münasibətlər xüsusi əhəmiyyət daşıyır. Azərbaycan heç vaxt region ölkələrinə qarşı kənar qüvvələrin məkirli siyasətində iştirak etməyib. Lakin bəzən qonşu dövlətlər tərəfindən Azərbaycana qarşı birtərəfli yanaşmalar nümayiş olunur ki, bu da müəyyən ziddiyyətlərə səbəb olur”.


Ekspert deyib ki, Azərbaycan bərabər tərəfdaşlıq və qarşılıqlı anlayış prinsipinə sadiqdir:

"Azərbaycan qarşılıqlı hörmət və bərabərhüquqlu münasibətlərin tərəfdarıdır. Prezident İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan telefon danışığı da bu baxımdan çox önəmlidir. Böyük ehtimalla, söhbət zamanı bir sıra vacib məqamlara toxunulub. Ehtimal edirəm ki, yaxın günlərdə bu danışıqların müsbət nəticələri özünü göstərəcək”.

Şahanə Ziyad

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 07 Oktyabr 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see646

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see230

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see188

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see182

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see173

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see170

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see159

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see157

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see157

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see139

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see135

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri