Icma.az
close
up
RU
Bu sürücülərə cinayət işi açılmamalıdır Hüquqşünas özünü ölümə atan piyadalardan DANIŞDI

Bu sürücülərə cinayət işi açılmamalıdır Hüquqşünas özünü ölümə atan piyadalardan DANIŞDI

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, bu gün Bakının Heydər Əliyev prospektində avtomobil yolu qanunsuz keçən piyadalardan birini vuraraq, öldürüb. Bu hadisə bir daha piyadaların nə qədər məsuliyyətli olmasını ortaya qoydu. Xüsusən, Heydər Əliyev prospekti kimi 10 zolaqlı, həm də piyada keçidləri olan yollarda piyadaların sanki özlərinə qəsd etməsi birmənalı qarşılanmır.

Mövzu ilə bağlı hüquqşünas, “Norma” hüquq mərkəzinin rəhbəri Şamil Paşayev Lent.az-a bildirib ki, bu kimi halların qarşısı almaq üçün piyadalar da məsuliyyətə cəlb olunmalıdır. Yəni, yolu qanunsuz yerdən keçən piyadaya görə sürücü günahkar sayılmamalıdır:

“Piyada ölümlərinin qarşısını almaq üçün ilkin addım “avtonəqliyyat ekspertizalarında” sovetdən qalma kitablardan əl çəkməliyik. Piyada keçid olmayan yerdə yolu keçəndə sürücünün məsuliyyəti praktik də olmalıdır.

O cümlədən sürücü tərəfindən avtobanlarda, yüksək sürətli şəhərlərarası, respublika əhəmiyyətli yollarda, sürücünün ehtiyatsızlıqdan törədilən cinayət hadisəsində cinayət məsuliyyəti istisna olunmalıdır. 60km/saatdan az olan şəhərdaxili yollarda sürücü sürət həddin keçməyibsə, onun məsuliyyəti olmamalıdır.

Yol-nəqliyyat hadisəsi ekspertizası, əsasən sürücünün riskdən qaçma imkanını riyazi hesablama ilə yoxlamasını həyata keçirərkən yeni metodologiyadan istifadə etməlidir.

Piyada keçidi olmayan yerdə şəxs yolu keçirsə, yuxarıda qeyd etdiyim hallar nəzərə alınmaqla sürücünün cinayət törətməsi istisna edilməlidir”.

Şamil Paşayev qeyd edib ki, dünyanın inkişaf etmiş ölkələrində və qonşularımızda piyadanı qorumaq üçün avtoban, şəhərlərarası yol və prospektlərdə yolu nizamsız keçməsinə görə ona məsuliyyət qoyulur:

“Bu mədəniyyət məktəbdə, bağçada öyrədilməlidir. Bundan başqa, nəzərə almaq lazımdır ki, bəzən piyadalara görə 2, 3, və daha çox avtomobilə zərər dəyir. Sığorta ödənişi isə maksimum 5 min manatdır. Bu da onlara dəyən zərərləri ödəməyə bəs etmir. Biz “sürücü günahkardır” düşüncəsindən çəkinməsək piyadaların ölməsi, xəsarət alması davam edəcək. Avropada, Yaponiyada, Cənubi Koreyada piyadalar 500 metr, hətta 1 km yol qət edərək keçid vasitəsilə yolu keçirlər. Şəhər daxilində isə, xüsusən sürətin maksimum 60 olduğu yerlərdə piyada keçidləri və işıqforlar çox olmalıdır. Amma təəssüf ki, Azərbaycanda piyadalar 100 metr gedib keçidlə yolu keçmək istəmirlər, kəsə yola üstünlük verib yolu qanunsuz keçirlər. Nəticədə həm özlərinə, həm də digər vətəndaşlara zərər vurur”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://lent.az
archiveBu xəbər 20 İyun 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see484

Psixoloqlar aşağı zəkanın əlaməti sayılan 4 vərdişi açıqladı

09 Noyabr 2025 07:07see212

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see193

Zaman beyində işləyir…

09 Noyabr 2025 23:32see162

Ərəb ölkələri ABŞ ın bu planını rədd etdilər

09 Noyabr 2025 06:53see151

Şamaxı nın forvardı: Azərbaycan Premyer Liqası oynadığım ən çətin liqalardan biridir

09 Noyabr 2025 16:22see146

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see140

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see133

Vətən müharibəsi mövzulu filmlər açıqlandı Siyahı

09 Noyabr 2025 01:02see133

“Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” DEPUTAT

09 Noyabr 2025 05:35see132

Ermənistanı revanşizmə həvəsləndirən Makrondur RƏY

09 Noyabr 2025 05:54see131

3I/ATLAS “Kosmik gəmisi” Günəşə yaxınlaşarkən qəribə reaktivlər yayıb...

09 Noyabr 2025 21:06see128

Tramp Putin görüşü yalnız bu halda keçiriləcək Siyarto

09 Noyabr 2025 21:10see128

Rusiyada bu avtomobillərin qiyməti qalxacaq...

09 Noyabr 2025 23:47see127

Zabitlərimiz paraddan öncə BELƏ sevindi VİDEO

09 Noyabr 2025 00:48see127

Gün ərzində tərəvəz yeyin, axşama təsirini görəcəksiniz

09 Noyabr 2025 21:00see126

“Monqol əti”nin “halal” standartına uyğunluğu yoxlanılır? RƏSMİ AÇIQLAMA

09 Noyabr 2025 09:01see126

1 tonluq sirr: Bir balqabaq necə 1000 kiloqrama qədər böyüyür?

10 Noyabr 2025 05:31see126

Maşını Röya alacaq Video

09 Noyabr 2025 21:10see123

Üç dövlət, üç qardaş tək ürək

09 Noyabr 2025 02:18see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri