Icma.az
close
up
RU
Bu vaxtdan bütün dərslər robotlar vasitəsilə idarə olunacaq AÇIQLAMA

Bu vaxtdan bütün dərslər robotlar vasitəsilə idarə olunacaq AÇIQLAMA

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

"Süni intellekt artıq demək olar ki, həyatımıza tamamilə daxil olub və bu sahənin təqdim etdiyi imkanlardan təhsil sektorunda da maksimum şəkildə istifadə olunmalıdır. Dünyanın bir çox ölkələri artıq süni intellekti tədris proqramlarına daxil edib və müxtəlif təhsil pillələrində süni intellektin tədrisi həyata keçirilir. Xüsusilə, Şərq ölkələrindən Çin, Yaponiya və Cənubi Koreya kimi dövlətlər birbaşa ibtidai təhsil səviyyəsindən süni intellektin tədrisinə başlayıblar. Çin bu sahədə daha irəlidədir və demək olar ki, qabaqcıl ölkədir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi süni intellektin tədris proqramına daxil edilməsinin vacibliyindən danışarkən bildirdi.

O, hesab edir ki, ölkəmizdə də süni intellektin tədrisinə ən azından ibtidai təhsil pilləsinin 3-4-cü siniflərindən başlanmalıdır.

"Bu, təhsil prosesində süni intellektin imkanlarından faydalanaraq şagirdlərin həm təhsil, həm də akademik göstəricilərinə müsbət təsir göstərəcəkdir. Müasir dövrdə informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir vaxtda süni intellektin öyrənilməsi gələcək təhsil sistemini tamamilə fərqli şəkildə inkişaf etdirəcək. Yəqin ki, 15-20 ildən sonra bütün dərslərin və tədris proseslərinin süni intellektlər və süni intellekt əsaslı robotlar vasitəsilə idarə olunmasını görəcəyik. Buna görə də tam orta təhsil müəssisələrində süni intellektin bir fənn olaraq və ya müstəqil tədris proqramı kimi tətbiqi artıq vacib və əhəmiyyətlidir", - deyə mütəxəssis yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Dekabr 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri