Icma.az
close
up
RU
Bu yolla övladlarını evləndirməyə çalışanlar qanunu pozmuş sayılacaq XƏBƏRDARLIQ

Bu yolla övladlarını evləndirməyə çalışanlar qanunu pozmuş sayılacaq XƏBƏRDARLIQ

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Ölkəmizdə bu ildən qohum evlilikləri rəsmən qadağan olunub. Lakin bəzi ailələr bu qaydanı yan keçməyin yollarını axtarır. Məsələn, övladını yaxın qohumla evləndirmək istəyən valideynlər “övladlıqdan imtina etdikdə bunun mümkün olub-olmayacağını” düşünürlər.

Amma belə halda bu nikah yenə də qayda pozuntusu sayılmırmı? Qanun bu barədə nə deyir?

Avtosfer.az xəbər verir ki, mövzunu “Yeni Sabah”a şərh edən hüquqşünas Ramil Vəliyev bir sıra məqamlara toxunub:

“2025-ci ildən etibarən Azərbaycanda birinci dərəcəli qohumlar arasında nikah qadağan olunub. Bu qərar genetik risklərin, irsi xəstəliklərin qarşısını almaq, həmçinin cəmiyyətin sağlam inkişafını təmin etmək məqsədi daşıyır. Yeni ailə qanunvericiliyi artıq yalnız formal deyil, həm də faktiki qohumluq bağlarını nəzərə alır. “Övladlıqdan imtina” ilə məhdudiyyəti yan keçmək mümkündürmü? Bəzi ailələrdə belə bir fikir var: övladlığa götürülən uşaqdan və ya doğma övladdan rəsmi sənədlə imtina edildikdə, sonradan onunla nikaha daxil olmaq hüquqi baxımdan mümkün ola bilər”.

Müsahibimiz vurğulayıb ki, lakin qanunvericilikdə qohumluq faktı yalnız hüquqi sənədlə deyil, qan bağı ilə müəyyən olunur:

“Yəni valideynin övladlıqdan imtina etməsi həmin şəxslərin bioloji qohumluğunu aradan qaldırmır. Hüquqi qeyd ləğv olunsa da, qan qohumluğu qalır və bu səbəbdən belə nikah yenə də qadağandır. Ailə Məcəlləsi qohum evliliklərini açıq şəkildə qadağan edir və bu zaman qohumluğun həm hüquqi, həm də bioloji əsasları nəzərə alınır. Məhkəmə təcrübəsi və beynəlxalq hüquq da göstərir ki, övladlıqdan imtina vasitəsilə bu qadağanı yan keçmək mümkün deyil. Bundan əlavə, belə bir addım cəmiyyətin mənəvi dəyərlərinə ziddir və etik baxımdan da qəbul edilmir. Övladlıqdan imtina yolu ilə qohum evliliyinə şərait yaratmaq hüquqi cəhətdən mümkün deyil və belə cəhdlər qanunun pozulması sayılacaq. Dövlət bu sahədə nəzarəti gücləndirir və qanunun tətbiqinə xüsusi diqqət yetirilir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 18 Sentyabr 2025 19:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri