Icma.az
close
up
RU
Bu zirvənin əzəmətini yalnız uzaqdan baxanlar anlayar... Dünya liderlərinin Atatürk haqqında fikirləri

Bu zirvənin əzəmətini yalnız uzaqdan baxanlar anlayar... Dünya liderlərinin Atatürk haqqında fikirləri

Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.

10 Noyabr Türkiyə Cümhuriyyətinin qurucusu və birinci Prezidenti Mustafa Kamal Atatürkün anım günüdür.

Kulis.az bu münasibətlə onun haqqında məşhur şəxsiyyətlərin fikirlərini və dünya mətbuatında yazılanları təqdim edir.

XX əsrin ən görkəmli şəxsiyyətlərindən biri – Mustafa Kamal Atatürk, yalnız bir xalqın xilaskarı deyil, həm də bütün bəşəriyyətin inkişafına yön vermiş bir dahi kimi xatırlanır.

Onun yaratdığı müasir Türkiyə Cümhuriyyəti, azadlıq, maarifçilik və müasirləşmə ideallarının bünövrəsini qoyaraq, Şərq və Qərb dünyası arasında körpü rolunu oynayır.
Atatürkün adı bu gün də dünyanın hər yerində dərin hörmət və ehtiramla çəkilir.

ABŞ prezidenti Con F. Kennedi, 10 noyabr 1963-cü ildə Atatürkü belə yad etmişdi:

“Atatürk bu əsrin ən böyük şəxsiyyətlərindən biridir. Onun tarixi uğurları, türk xalqına ilham verən liderliyi və modern dünyanın qabaqcıl baxışları bütün bəşəriyyət üçün örnəkdir.”

Digər bir ABŞ prezidenti Franklin D. Ruzvelt 1938-ci ildə demişdi:

“Məni kədərləndirən odur ki, bu insanla tanış olmaq arzum artıq həyata keçə bilməyəcək”.

Amerika mətbuatı Atatürkü “müharibədən sonrakı dövrün ən bacarıqlı liderlərindən biri” kimi təsvir etmiş, General Duqlas Makartur isə onun haqqında belə yazmışdı:

“Atatürk, türk xalqına özünə inam və güvən hissini aşılayaraq, millətin böyüklüyünü sübut etmişdir”.

Almaniya mətbuatı onu “şəxsi şöhrət axtarmayan, gələcək nəsillər üçün möhkəm təməllər quran qəhrəman” kimi xarakterizə etmişdi. Berlin xəbər agentliyi yazırdı:

“Atatürk azadlığı sevən bütün xalqlar üçün simvol olaraq qalacaq güclü şəxsiyyətdir”.

Fransada isə Atatürk haqqında təriflər daha da dərin idi. Paris qəzetləri yazırdı:

“Köhnə Osmanlı imperiyasının külündən milli bir Türk dövləti yaratmaq bu əsrin ən heyrətamiz nailiyyətidir”.
Fransız yazıçı Klod Farrer onu belə təsvir etmişdi: “Atatürk uca bir dağa bənzəyir. Ətəyində yaşayanlar onun böyüklüyünü görə bilməzlər. Bu zirvənin əzəmətini yalnız uzaqdan baxanlar anlayar”.

Fransa prezidenti Albert Lebrön isə bəyan etmişdi: “Ağıllı və dinc yollarla həyata keçirdiyi islahatlar xalqların tarixində silinməz izlər buraxacaq”.

Uinston Çörçill Atatürkün vəfatını “yalnız Türkiyə üçün deyil, Avropa üçün də böyük itki” adlandırmışdı.

Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev Atatürkü belə xarakterizə etmişdi: “Şəxsən, mən hesab edirəm ki, Mustafa Kamal Atatürkün türk millətinə verdiyi xidmətlər sonsuzdur.

Və onların hər biri o qədər əhəmiyyətlidir ki, birini digərindən üstün tutmaq mümkün deyildir. Amma onların içində iki elə bir xidmət var ki, qiyməti yoxdur; birincisi Türkiyə dövlətini yaratması, ikincisi Türk Ordusunu qurması”.
Times qəzeti belə yazırdı: “O, Türkiyəni xilas etdi və xalqını yenidən dirçəltdi. Onun uğurları Yaxın Şərqin tarixini dəyişdirdi”.

"Observer" jurnalı qeyd edirdi: “Bizim dövrümüzdə heç bir ad Atatürk qədər böyük ehtiram doğurmamışdır”.

Britaniya mətbuatı onu “müasir Avropanın formalaşmasına təsir edən tək bir lider” kimi təqdim edirdi.

Çin yazıçısı Ma Şao-Çenq yazırdı: “Mustafa Kamal yeni Türkiyənin ürəyidir. O, köhnəlmiş və zəif bir cəmiyyətdən tamamilə yeni, güclü bir millət yaratmış, bənzərsiz şəxsiyyəti ilə hər kəsin hörmətini qazanmış, enerjisi və iradəsi ilə insanları özünə inandırmışdır”.

Londonun "The Fortnightly" nəşrində vurğulanmışdı: Atatürk müharibədən sonrakı dövrün ən görkəmli dövlət xadimlərindən biri idi. O, özlüyündə ayrıca bir kateqoriya yaratmışdı və demək olar ki, hər cəhətdən bənzərsiz idi”.

Atatürk Şərq xalqları üçün də azadlığın və müstəqilliyin simvolu olmuşdu.

Əfqanıstan kralı Əmanullah Xan demişdi: “O, təkcə Türkiyə üçün deyil, bütün Şərq xalqları üçün ən böyük öndər idi.”

Pakistan prezidenti Eyüb Xan isə Atatürkü belə təsvir etmişdi: “O, yalnız bu əsrin deyil, bütün çağların ən böyük insanlarından biridir. Biz onun işığından ilham alaraq azadlığımıza qovuşduq”.

Hindistan parlamentinin sədri Suçeta Kripalani əlavə etmişdi: “Siz onun rəhbərliyi altında azadlığınıza qovuşdunuz, biz də o yolla getdik.”

İran mətbuatı yazırdı: “Atatürk kimi insanlar bir nəsil üçün deyil, yüzilliklər üçün doğulurlar. O, insanlığın ən böyük övladlarından biridir”.

İtalyan diplomat Karlo Sforza yazırdı: “Atatürk, xalqının tam etimadı ilə dövlətin başında dayanaraq misilsiz bir xarakter nümunəsi göstərdi”.

Yapon mətbuatı isə Atatürkü belə təqdim etmişdi: “O, əsgər kimi böyük idi, amma dövlət adamı kimi daha da böyükdür”.

***

Atatürkün adı və ideyaları yalnız Türkiyənin deyil, bütün dünyanın tarixinə həkk olunub. O, xalqları əsarətdən xilas olmağa, düşüncəni azad etməyə, millətləri irəli aparmağa çağıran bir lider idi.

Mustafa Kamal Atatürk, dünyanın hər tərəfindən səslənən minlərlə tərifin ortaq məxrəcidir: dahi lider, sərkərdə, xalq adamı və insanlığın simvolu.


O, təkcə bir dövlətin banisi deyil, azadlıq, elm və iradə ilə bəşəriyyətin istiqamətini dəyişən şəxsiyyətdir.
Bu gün Atatürkün idealları hələ də parlayır və xalqlara yol göstərir — çünki o, yüzilləri aşan bir ad, dövrləri birləşdirən ali bir düşüncədir.

“Euphoria”nın qalmaqallı ulduzu: "Ceyms Bond obrazını canlandırmaq istəyirəm..." Cəlil Məmmədquluzadənin Tbilisidəki barelyefində “Azərbaycan” sözü bərpa olundu "Beş hecaçılar"dan biri - Onun hansı şeiri Zəki Mürenin ifasında məşhurlaşmışdı?
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://kulis.az
archiveBu xəbər 10 Noyabr 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri