Icma.az
close
up
RU
Budapeştdə elmi dərs: “Qeyri səlis məntiq və dil nitq” kitabı təqdim olunub

Budapeştdə elmi dərs: “Qeyri səlis məntiq və dil nitq” kitabı təqdim olunub

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Budapeşt, 14 aprel, AZƏRTAC

Budapeştdəki Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində növbəti maarifləndirici elmi dərs keçirilib. Azərbaycan Dillər Universitetinin (ADU) Macarıstanın ELTE Universitetində fəaliyyət göstərən mərkəzində təşkil olunan dərsdə macar dilini öyrənən tələbələrə dilimizin nəzəri əsasları və müasir elmi yanaşmalar tədris edilib.

AZƏRTAC xəbər verir ki, mərkəzin direktoru Fərqanə Bayramlının rəhbərliyi ilə keçirilən dərsdə ADU-nun rektoru, Xalq yazıçısı akademik Kamal Abdulla və professor Rafiq Əliyevin “Qeyri-səlis məntiq və dil-nitq” kitabı əsas götürülüb. Tələbələrə kitabın əsas ideyaları təqdim olunaraq, qeyri-səlis məntiqin dil və nitq prosesində rolu, dilçilik elminə gətirdiyi yenilikçi yanaşmalar və bu sahədə aparılan elmi tədqiqatların əhəmiyyəti geniş şəkildə izah edilib.

Qeyd olunub ki, akademik Kamal Abdulla yalnız görkəmli alim və yazıçı deyil, eyni zamanda, Azərbaycan dilinin inkişafı və beynəlxalq səviyyədə təbliği istiqamətində mühüm xidmətləri olan ziyalıdır. Onun elmi və ədəbi fəaliyyəti Azərbaycan dilinin zənginliyinin və çoxqatlı strukturunun araşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. “Qeyri-səlis məntiq və dil nitqi” əsəri isə dil və məntiq arasındakı mürəkkəb münasibətləri yeni elmi baxış bucağından təqdim edən fundamental tədqiqat kimi qiymətləndirilir.

Tədbir çərçivəsində Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi məsələsinə də xüsusi diqqət ayrılıb. Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan dilinin saflığının qorunması, onun dövlət dili kimi inkişafı və beynəlxalq müstəvidə nüfuzunun artırılması daim prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. Bu siyasətin əsas məqsədi dilin milli kimliyin daşıyıcısı kimi mövqeyini gücləndirmək və gələcək nəsillərə düzgün, zəngin formada ötürülməsini təmin etməkdir. Belə təşəbbüslər, xüsusilə xaricdə fəaliyyət göstərən mədəniyyət və dil mərkəzlərində keçirilən dərslər, Azərbaycan dilinin beynəlxalq auditoriyaya çatdırılmasında mühüm rol oynayır. Budapeştdə keçirilən bu dərs də tələbələr arasında Azərbaycan dilinə və elmi fikrinə marağın artırılmasına töhfə verən uğurlu təşəbbüslərdən biri kimi dəyərləndirilir.

Sonda qeyd olunub ki, bu kimi elmi və maarifləndirici tədbirlərin davamlı təşkili Azərbaycan dilinin və mədəniyyətinin qlobal səviyyədə tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Aprel 2026 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see342

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see321

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see287

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see280

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see276

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see271

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see260

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see257

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see251

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see251

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see222

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see220

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see213

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see205

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see202

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see201

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see199

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see198

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see186

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri