Icma.az
close
up
RU
Menu

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

İcra başçısının nümayəndəliyi möhürü itirdi

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

“Azərbaycan sülhdə möhkəmdir”

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Avro və rubl bahalaşdı MƏZƏNNƏ

Büdcə xərclərinə nəzarət üçün yeni sistem Qeyri şəffaflıq qurumlar NARAHATDIR

Büdcə xərclərinə nəzarət üçün yeni sistem Qeyri şəffaflıq qurumlar NARAHATDIR

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Prezident İlham Əliyevin imzaladığı yeni fərmana əsasən, “Rəqəmsal dövlət maliyyəsi” sistemi yaradılır.

Bu sistemlə büdcəyə gələn bütün pullar - vergilər, gömrük, rüsumlar, dövlət şirkətlərinin mənfəət və dividendləri vahid mərkəzdə izlənəcək. Həmçinin dövlət qurumlarının maaşları, layihələri, investisiya xərcləri və satınalmaları elektron qaydada aparılacaq. Artıq dövlətin pulu necə yığılır, necə xərclənir – hamısı rəqəmsal nəzarətə götürüləcək.

Yeni sənəd dövlət büdcəsinin gəlir və xərclərinin şəffaf izlənməsi, maliyyə intizamının gücləndirilməsi və rəqəmsal nəzarət mexanizmlərinin tətbiqini nəzərdə tutur.

Maliyyə Nazirliyi yeni sistem çərçivəsində dövlət şirkətlərinin illik və ortamüddətli büdcə layihələrinin, gəlir və xərclər smetalarının icrasını müntəzəm monitorinq edəcək və nəticələri Prezidentə təqdim edəcək. Dövlət investisiya layihələrinin maliyyə ekspertizası aparılacaq, büdcədən ayrılan vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarət gücləndiriləcək.

Fərman həmçinin satınalma proseslərinin yalnız elektron müqavilələr əsasında aparılmasını tələb edir. Dövlət qurumlarının ştat vahidləri, maaş fondları və struktur xərcləri də maliyyə ekspertizasından keçiriləcək və optimallaşdırılacaq.

Yeni qaydalarla dövlət şirkətlərinin mənfəətinin bölüşdürülməsi və dividend siyasəti üzrə vahid parametrlər müəyyən ediləcək. Dövlət pullarının təyinatı üzrə istifadə edilməməsi hallarına görə məsuliyyət isə sərtləşdiriləcək.

Maliyyə Nazirliyi ilə yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti yeni sistemin texniki təhlükəsizliyini və elektron hökumət platformalarına inteqrasiyasını təmin edəcək.

Modern.az-a danışan iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, prosesin keyfiyyətli icra mexanizmi üçün 3 amil vacibdir- Peşəkar kadr, güclü infrastruktur və davamlı nəzarət:

"Peşəkar kadrların fəaliyyətinə və güclü texniki infrastrukturun mövcudluğu gərəklidir. Digər yandan isə həmin peşəkar kadr və texniki infrastrukturla yanaşı, davamlı nəzarət olunmalıdır. Bu üçü birləşib icranı keyfiyyətli edə bilər. Bu zaman elektron müqavilələr, xəzinədarlıq nəzarətinin gücləndirilməsi və o cümlədən maliyyə ekspertizası bu sistemi manipulyasiyadan qoruyacaq".

Ekspert vurğulayıb ki, yeni sistemdən narahat olanlar olacaq, amma bu, predmet mövzusu olmamalıdır:

"Təbii ki, istənilən dəyişiklik bəziləri üçün məqbul olursa, digərləri üçün narahatlıq yaradır. Sistemli dəyişiklik olduqda müəyyən təbəqələrdə daha böyük narahatlıq yaradır. Hazırki vəziyyətdə isə narahat olan təbəqə, indiyə qədər qeyri-şəffaf xərclərdən faydalanan insanlar, subyektlərdir. Ümumilikdə məqsəd dövlət maliyyəsinin effektiv idarə olunmasıdırsa, o zaman kimlərinsə narahat olması predmet mövzusu olmalı deyil. Burada əsas məqsəd  dövlət maliyyəsinin səmərəliliyini artırmaqdır. Büdcə vəsaitinin səmərəliliyinin artması sonda iqtisadiyyatımız üçün müsbət multiplikativ effekt yaradacaq. Bundan bütün ölkə müsbət mənada yararlana biləcək".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Avqust 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see231

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see205

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see156

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see153

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see146

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see145

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see137

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see136

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see136

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see134

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see132

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see131

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see129

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see128

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see128

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see127

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see127

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see126

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see123

Avro və rubl bahalaşdı MƏZƏNNƏ

13 Yanvar 2026 09:19see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri