“Tərtər işi” zamanı ölən polkovnik leytenantın övladları 600 min manat təzminat tələb edirlər DETALLAR
Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Tərtər hadisələri zamanı dünyasını dəyişən 11 nəfərdən biri də polkovnik-leytenant Saleh Qafarovdur.
Belə ki, hazırda onun övladları hər biri 300 min manat olmaqla, ümumilikdə 600 min manat təzminat tələb edirlər.
Lakin Gununsesi.info xəbər verir ki, buna baxmayaraq, Nəsimi rayon Məhkəməsi onların hərəsinə 10 min olmaqla, 20 min manat kompensasiya təyin edib.
Bundan əlavə, vəkil xərclərinə görə də əlavə 1000 manat ödənilməsinə qərar verilib.
Mərhumun ailəsi tərəfindən bildirilir ki, onların atasını heç bir əsas olmadan “vətən xaini” adlandırıblar.
Saleh Qafarov həmin zaman xidmətdə yox, məzuniyyətdə imiş. Onu Qəbələdə evdə ailəsi ilə birlikdə olarkən gəlib aparıblar.
Saleh Qafarova verilən işgəncələr də məlum olub.
Qeyd edilir ki, əvvəlcə, onun əllərini, gözlərini bağlayıb işgəncə veriblər, şillə-təpiklə, plastik boru və başqa əşyalarla döyüblər. Başını su dolu çəlləklərin içinə salıb, boğulma həddinə çatana qədər saxlayıblar, əllərində və ayaqlarında dırnaqlarını çıxarıblar, bədəninə dəfələrlə elektrik cərəyanı veriblər, qida, su və digər təbii ehtiyaclarını ödəməyə imkan verməyiblər.
Bütün bunlara təbii olaraq dözmək istəməyən S.Qafarov günlərlə işgəncə altında saxlandıqdan sonra ikinci mərtəbədə otaqda nəzarətsiz qalarkən özünü pəncərədən atıb.
Polkovnik hospitala aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Övladları vurğulayır ki, heç bir təqsiri olmayan ataları işgəncə görüb, həyatını itirməklə yanaşı, ölümündən sonra da üzərində 1 il ərzində dövlətə xəyanət ittihamı qalıb. Onun haqqında Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə başlanmış cinayət işinə düz bir il sonra – 2018-ci il mayın 4-də bəraətverici əsaslarla xitam verilib.
Mərhum polkovnikin övladları iddia ərizəsində cavabdeh kimi Maliyyə Nazirliyini göstəriblər. Bu qurumun nümayəndəsi isə Qafarovların iddiasına etiraz edib:
“İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçılara qarşı onun hüquq və azadlıqlarını pozan heç bir qanunsuz hərəkətə yol verilməyib. Buna görə də iddia Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz”.
Nəsimi rayon Məhkəməsi 600 min manatlıq kompensasiya tələbindən cəmi 20 min manatlıq hissəni təmin etməsini həm də onunla əsaslandırıb ki, bundan öncə Saleh Qafarovun həyat yoldaşına da təzminat kəsilib. Natəvan Qafarova ərinin başına gələnlərə görə 1.5 milyon manat kompensasiya tələb etsə də, 2024-cü ilin noyabrında məhkəmə ona 50 min manat kompensasiya ödənilməsinə qərar verib.
Qeyd edək ki, 2021-ci ilin dekabrında “Tərtər işi” üzrə yenidən istintaq başlanandan sonra toplam 452 nəfər zərərçəkmiş qismində tanınıb. Onların arasında həmin olaylar zamanı işgəncələrə məruz qalanların özləri ilə yanaşı, həyatını itirən şəxslərin hüquqi varisi qismində tanınan ailə üzvləri də var.Tərtər işgəncələrinə görə cinayət məsuliyyətinə cəlb olunanlardan bütövlükdə üç qrup üzrə 13 nəfər hakim önünə çıxarılıb. Onlara 4 il 10 aydan 13 ilədək həbs cəzası kəsilib. Ancaq onlar özlərini təqsirli bilmir və yuxarı instansiya məhkəmələrinə şikayət veriblər.
Hökmdən narazı qalan zərərçəkən tərəf də verilən cəzanı çox yüngül sayır. Onların fikrincə, düzgün araşdırma aparılmadığından Tərtər olaylarının gerçək təşkilatçıları məsuliyyətdən kənarda saxlanılıblar.
Maqsud
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 14 Yanvar 2026 10:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















