Tovuzda baş verən qəzadan sonra yaralı sürücünün müalicəsi tamamlandı
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı-Qazax magistral yolunun Tovuz rayonu ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti məlum olub.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, yanvarın 13-də, saat 18:30-da Tovuz rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə 1975-ci il təvəllüdlü (kişi) şəxs Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Ona sağ çiyinin, sağ kürək nahiyəsinin əzilmiş və sıyrılmış yarası diaqnozu təyin edilib. Pasiyentə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilir.
Xatırladaq ki, Bakı-Qazax magistral yolunun Tovuz rayonu ərazisindən keçən hissəsində "Mercedes-Benz" markalı yük avtomobil ilə "KamAZ" markalı yük maşını toqquşub.
Əzizə İsmayılova
Baxış sayı:48
Bu xəbər 14 Yanvar 2026 10:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















