Icma.az
close
up
RU
Bugünə qədər də Sputnik Azərbaycan ın bir sıra təxribatçı əməlləri olub

Bugünə qədər də Sputnik Azərbaycan ın bir sıra təxribatçı əməlləri olub

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son illərdə Rusiya Federasiyası kütləvi informasiya vasitələrindən xarici siyasət təsir aləti kimi daha fəal istifadə edir. İnformasiya fəaliyyəti pərdəsi altında ictimai rəyin formalaşdırılmasına və suveren dövlətlərdə siyasi vəziyyətin destabilizasiyasına yönəlmiş genişmiqyaslı kampaniyalar həyata keçirilir. Bu barədə Mətbuat Şurasının bəyanatında bildirilib. 

Qeyd edilib ki, bu cür hərəkətlər başqa ölkələrin daxili işlərinə müdaxilə olaraq, yerli ictimai qurumların fəaliyyətini sarsıdır və hakimiyyətə olan etimad səviyyəsini azaldır: "Bu təcrübə xüsusilə Rusiyanın “Sputnik” agentliyi və onun əməkdaşlarının fəaliyyətində aydın şəkildə özünü göstərir. Rusiya Jurnalistlər İttifaqının "Sputnik Azərbaycan" agentliyinin əməkdaşlarının həbsi ilə bağlı beynəlxalq təşkilatlara, jurnalist və insan hüquqları assosiasiyalarına ünvanlanmış açıq məktubuna cavab olaraq, beynəlxalq ictimaiyyətə hadisələrin obyektiv mənzərəsini təqdim etməyi zəruri hesab edirik. Hər şeydən əvvəl, məktubda faktlar kobud şəkildə təhrif edilib, bu da beynəlxalq ictimai rəyi manipulyasiya etmək cəhdinin aydın sübutudur. "Sputnik Azərbaycan"ın rəhbəri İqor Kartavıx və baş redaktor Yevgeni Belousovun saxlanılması, açıq məktubda iddia edilənlərin əksinə olaraq, onların jurnalistika sahəsində peşə vəzifələrini yerinə yetirmələri ilə heç bir əlaqəsi yoxdur". Vurğulanıb ki, göstərilən şəxslər Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti (FSB) ilə əməkdaşlıq edirdilər və jurnalistika fəaliyyətinə aid olmayan tapşırıqları yerinə yetirmək məqsədilə Azərbaycanda olublar. Bu baxımdan, onların saxlanılması qüvvədə olan qanunvericiliyə tam uyğun olaraq və hüquqi çərçivədə həyata keçirilmiş qanuni tədbirdir.


Mətbuat Şurası İdarə Heyətinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli "Şərq"ə açıqlamasında deyib ki, iyunun 30-da hüquq-mühafizə orqanları "Sputnik"in Azərbaycan redaksiyasının rəhbərini saxladıqdan sonra Rusiya tərəfindən bir neçə qurum bununla bağlı müdaxilələrə cəhd göstərdilər. Ekspert vurğulayıb ki, əvvəlcə müəyyən danışıqlar aparıldı, sonra təhdidlərə keçərək bu şəxslərin azadlığını tələb etdilər: 

"Təbii ki, Azərbaycan təhdidlər qarşısında geri çəkilməyəcək. Çünki əldə real faktlar, sübutlar olmasaydı, sözügedən şəxslərin saxlanması həyata keçirilməzdi. Qeyd edim ki, "Sputnik" redaksiyası ilk dəfə media pozuntuları etmir. Bugünə qədər də "Sputnik- Azərbaycan"ın bir sıra təxribatçı əməlləri olub. Məsələn, 2022-ci ildə redaksiyaya rəhbər kimi Vitali Denisov adlı şəxsi təyin etmişdilər. Həmin şəxs Azərbaycana gələnədək Moldovada və Cənubi Osetiyada "Sputnik" redaksiyalarına rəhbərlik etmişdi. Denisov o bölgələrdə çalışarkən də Rusiya FTX-sı ilə əməkdaşlıq etmiş, casusluqda, separatçılığı dəstəkləməkdə ittiham olunmuşdu. Həmin şəxsi uzaqlaşdırmaq əvəzinə "Sputnik"in Azərbaycan redaksiyasına rəhbər göndəriblər. Azərbaycan hələ 2022-ci ildə buna ciddi etirazını bildirmişdi. Bakı etirazlardan sonra V.Denisovun əvəzlənməsinə nail olmuşdu. Amma məsələ ondadır ki, yeni təyin olunanlar da eyni əməlləri davam etdirirlər. İndi onlar saxlanılıbsa, deməli, ciddi anti-Azərbaycan əməllər törədiblər. Hazırda bunlar araşdırılır. Rusiya tərəfi çox güman ki, həmin faktların üstü açılmasın deyə əndişələnir, Bakıya təzyiq göstərməyə çalışır. Məhkəmənin gedişində onların digər qanunsuz əməlləri də ortaya çıxacaq. Rusiyanı narahat edən məqam budur". 

M.Ələsgərli əlavə edib ki, Rusiya tərəfi öz günahını etiraf etmək əvəzinə növbəti təxribatçı əməllər törədir: "Moskva həbslərə görə Bakını ittiham edir ki, guya "jurnalistlər həbs olunur, söz azadlığı pozulur" və s. Bu uydurma iddianı sadəcə Rusiyada yaymaqla kifayətlənmir, beynəlxalq təşkilatlara, jurnalist qurumlarına da daşıyırlar. Məsələni məqsədli şəkildə jurnalistika kontekstində həll etməyə çalışırlar. Bu da ictimai rəyi çaşdırmağa yönəlik addımlardır. Biz də Mətbuat Şurası olaraq bu faktların aşkarlanmasında, həqiqətlərin ortaya çıxmasında israr etdik və bir addım atdıq. Rusiya jurnalistika prinsiplərinə hörmət edən ölkə deyil. Son 30 il ərzində Rusiya ərazisində 50-dən çox jurnalist peşə fəaliyyətini yerinə yetirərkən qətlə yetirilib. Cinayəti törədənlər də cəzasız qalıblar. Bunlar bütün dünyanın gözü qarşısında baş verib. Rusiya Jurnalistlər Birliyi bununla bağlı hər hansı addım atmayıb. Yüzlərlə jurnalist həbsə atılıb, təhdid edilib. Minlərlə jurnalistə fiziki xəsarətlər yetirilib. Amma onların hüquqlarının müdafiəsi üçün RJİ tərəfindən zəruri addımlar atılmayıb. İndi nə baş verdi ki, bu qədər açıq fakta göz yuman təşkilat birdən-birə Azərbaycanda "jurnalist hüquqlarının pozulmasından" danışmağa başladı?! Bu, paradoksal haldır". 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 İyul 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see429

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see286

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see273

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see261

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see255

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see247

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see245

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see230

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see225

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see218

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see217

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see217

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see216

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see215

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see214

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see197

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see191

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri