Icma.az
close
up
RU
Menu

Pensiyalar yanvarda bu qədər artacaq

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

Polşa kritik infrastrukturun mühafizəsi üçün 10 000 hərbçi ayıracaq

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Nicat Kazımov oğluna toy etdi Video

Nəcibənin toyudur Fotolar

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi FOTOLAR

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

“Qoca sinyora”dan gələcək üçün böyük addım

İdeyalar müstəvisində strateji dərinlik

Bullinq bəlası “Dartma, yaxam cırıldı…” verilişləri hansı rolu oynayır?

Bullinq bəlası “Dartma, yaxam cırıldı…” verilişləri hansı rolu oynayır?

Icma.az, Kulis.az saytına istinadən bildirir.

Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.


Son günlər sosial şəbəkələrdə yayılan daha bir videogörüntü yenidən bullinq mövzusunu gündəmə gətirdi. Təxminən 17-18 yaşlarında bir qız yaşca özündən kiçik bir yeniyetməni alçaldır, saçını yolur, qarşısında diz çökdürür. Ətrafdakılar isə bu zorakılığa müdaxilə etmək əvəzinə, hadisəni videoya çəkib paylaşır. Hadisə nə qədər ağır olsa da, təəssüf ki, bu, artıq cəmiyyət üçün yenilik deyil.


Bullinq termin olaraq bizim üçün yeni ola bilər, amma mahiyyət olaraq çoxdan mövcud olan anlayışdır: Bir şəxsin digərinə qarşı fiziki, psixoloji, sosial və ya sözlərlə zorakılıq göstərməsinə deyilir. Məktəblərdə, sosial şəbəkələrdə, ictimai məkanlarda bu zorakılıq forması ilə bağlı videoçəkilişlərin yayılması , sosial şəbəkələrdə linçləmələr göstərir ki, bullinq təkcə kim(lər)insə şəxsi məsələsi deyil, artıq cəmiyyətin ümumi psixoloji mühiti və durumu ilə bağlı sosial problemdir.


Bullinqi doğuran səbəblər çoxdur. Ailə mühitində psixi və ya fiziki zorakılığa məruz qalmaq, sevgi əskikliyi yaşamaq, valideynlərin aqressiv davranışı, övladlara qarşı diqqət çatışmazlığı uşağın empatiya hissinin korşalmasına, ya da ümumiyyətlə, formalaşmamasına səbəb olur. Nəticədə, qısaca desək, zalım ailədən də mərhəmət, empatiya hissi kütləşmiş, psixoloji narahatlıqdan əziyyət çəkən “əzazillər” çıxıb gözlərinə “zəif kəsdirdikləri”nə qan uddurmağa başlayırlar. Ailənin bu mənada rolu böyükdür.

Xatırlayıram, sosial şəbəkələrdə Avropa ölkələrinin birində baş verən bir hadisənin videosu yayılmışdı. Ata həmişə məktəbə avtomobillə apardığı qızını dərsə piyada getməyə məcbur etmişdi. Çünki qız məktəbdə sosial durumu ondan aşağı olan bir uşağa bullinq edirmiş. Bununla da ata quru sözlə yox, təsirli davranışla uşağa “həyatı başı salır”.

Başqa bir video da yadıma düşür. Bir uşaq məktəbdə xərçəng xəstəliyindən müalicə olunduğu üçün saçları tökülən digər bir uşağa davamlı lağ edirmiş, onu ağladırmış. Bullinq edən uşağın atası bunu biləndə oğlunun saşlarını dibindən kəsdirir və ondan başqalarına qarşı empatiyalı, anlayışlı olmağı tələb edir. Ailə yanaşması belə nümunələrlə olanda uşağa təsir edir, çünki uşaqlar və yeniyetmələr sözlə deyil, davranışla tərbiyə edilirlər…

Ailədən sonra məktəb və pedaqoji sistemin bundakı rolu müstəsnadır. Müəllimlər zorakılıq hallarına vaxtında reaksiya vermirlər, pedaqoji yanaşmada məktəblərdə rəhbərlik adətən sanksiya tipli yanaşır, problemi həll etməkdənsə, ört-basdır etməyə çalışır”. Halbuki, məktəb maairfləndirməsi, məktəblərdə psixoloq ştatlarının həqiqətən işlək olması real faydalar verə bilər. Məktəblərimizin əksəriyyətində psixoloq kabinetləri sadəcə formal xarakter daşıyır. O psixoloji kabinetlərin qapısı daim açıq olmalı, içərisində dinləməyi bacaran həqiqi mütəxəssislər əyləşməlidir. Müəllim də sadəcə fənnini öyrətməməlidir, həyat dərsinin ilk sətirlərini də şagirdin qəlbinə yazmağı bilməlidir. Valideyn isə “dözümlü ol” deyib övladının göz yaşını laqeydliklə silməməlidir. Çünki bəzən dözümlülük deyilən şey, əslində sındırılmaqdır…
Üstəlik də sosial şəbəkələr və informasiya partlayışı dövründə yaşadığımız bir vaxtda istənilən zorakılığın ictimailəşdirilməsi artıq “məşhur olmaq”, “trend olmaq”, “baxış sayı toplamaq” vasitəsinə çevrilib.

Və cəzasızlıq - bullinqin geniş rəvac tapmasının əsas səbəblərindən biridir. Maarifçilikdən anlamayan, empatiyadan məhrum uşaqlar və yeniyetmələr zorakı davranışlarına görə demək olar ki, heç bir real cəza almırlar. Beləliklə, onlar üçün zorakılıq normal davranış modeli olur.

Əslində bullinqdə əzən və əzilən hər ikisi travma alır. Vaxtında müəyyən cəzasızlıq mühitində istədiyini edən yeniyetmə gələcəkdə aqressiv və antisosial şəxsiyyət tipi formalaşa bilir.

Zorakılığa məruz qalan uşağın travmalarını isə sadalamaqla bitməz… Bullinq qurbanlarında özünüqiymətləndirmə aşağı olur, özgüvən əskikliyi, depressiya, cəmiyyətdən təcrid olunma, hətta intihara qədər gedə biləcək psixoloji pozuntular yarana bilir.

Bu problemin həlli yalnız fərdi müdaxilələrlə mümkün deyil. İlk növbədə cəmiyyətin aydın kəsimi susmamalıdır. Məktəb psixoloqları daha da peşəkarlaşdırılmalıdır. Hər məktəbdə real çalışan, müdaxilə edə biləcək səlahiyyətli psixoloq sistemi qurulmalıdır. Şagirdlərdən əvvəl də müəllimlərin və valideynlərin maariflənməsinə əşhədü-ehtiyac var. Zorakılığın əlamətləri və nəticələri barədə müəllimlər və valideynlər üçün mütəmadi təlimlər keçirilməlidir. Bu, şüurun formalaşmasında əsas addımdır.

Azərbaycanda bullinq halları birmənalı olaraq hüquqi statusa malik deyil. Ona görə də problemin həlli kimi uşaqlar arasında baş verən zorakılıqlara qarşı ayrıca qanunvericilik aktları hazırlanmalı və tətbiq olunmalıdır. Məktəblə hüquq-mühafizə orqanları qarşılıqlı işləməlidir. Eyni zamanda maarifçiliklə, "sözlə anlamayan, zorakılığı davamlı həyata keçirənlərlə yanaşı, bu cür məzmunları bilərəkdən yayıb “məşhur olmaq” istəyənlər də inzibati məsuliyyətə cəlb edilməlidir.

Məktəblərdə vacib insani duyğulardan biri olan empatiya əsaslı təhsil verilməsi də xüsusilə müsbət nəticələr verə bilər. Finlandiya və Norveç kimi ölkələrdə tətbiq edilən "empatiyanın öyrədilməsi" sistemi Azərbaycanda da milli mentallığa uyğun şəkildə adaptasiya edilib işlək vəziyyətə gətirilməlidir.

Unutmayaq ki, bullinq sadəcə fərdi aqressiya deyil, həm də cəmiyyətin kollektiv etinasızlığı, susqunluğu nəticəsində daha da rəvac tapır. Əgər bir yeniyetmə digərinə qarşı zorakılıq edirsə, bu, tək onun problemi deyil. Bu, ailənin, məktəbin və bütövlükdə cəmiyyətin üzərinə düşən bir məsuliyyətdir.

Biz hamımız ya “zalım”ıq, ya “qurban”, ya da səssiz müşahidəçiyik. Hər üç rol empatiyanın sehrli gücü ilə dəyişilə bilər. Bullinqə şahid olanda susmaq ona gizli "ortaq olmaq"dır. "Yox" deməyi, "tərəf" olmağı, müdafiə etməyi bacaraq. Hər kəs bir insana çevrilmək üçün mühitə möhtacdır. Əgər o mühiti zəhərləyiriksə, sonra necə sağlam fərdlər gözləyək?

Sosial şəbəkələrdə də mənəvi cavabdehliyimiz var. Kiminsə fotosunun altında yazılan alçaldıcı şərhlər, "məzəli" görünən, əslində isə damğalayan videolar – hər biri birinin gününü, bəlkə də bütün həyatını dəyişə bilər. Bullinq bir bəladır, bəli. Amma hər bəla kimi, onun da çarələri var. Əgər görmək, eşitmək və dəyişmək istəyiriksə…


P.S. Sonda bir məqamı da qeyd eləmək yerinə düşər ki, bullinq təkcə böhranlı yeniyetməlik dövrünü yaşayan, hələ şəxsiyyəti tam formalaşmamış gənclər arasında deyil, “yaşlı - başlı adamlar” hesab olunan şəxslər tərəfindən də elə birbaşa bəzi efirlərimizdə də həyata keçirilir. Xoşqədəmlər, elgizlər, lalələr, zaurlar və zaurkimilər televiziyalarda verilişlərinə dəvət etdikləri insanlara şəxsi həyatları, subyektiv düşüncələri, hətta xarici görkəmlərinə görə ( bəzən də “sürpriz” şəkildə) reytinq və reklam naminə mütəmadi olaraq bullinq edirlər… Bullinqlə bağlı atılacaq addımlardan biri də efirlərimizi məhz “dartma, yaxam cırıldı…” tipli verilişlərdən təmizləməkdir.

Tolstoyun bu əsəri hərraca çıxarıldı Fantastika sevərlərə şad xəbər: “Highlander” filminə daha bir ulduz qoşuldu Remark ağlaya-ağlaya kimə məktub yazırdı?
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:61
embedMənbə:https://kulis.az
archiveBu xəbər 04 İyul 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see361

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see300

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see235

Polşa kritik infrastrukturun mühafizəsi üçün 10 000 hərbçi ayıracaq

19 Noyabr 2025 18:24see204

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

21 Noyabr 2025 16:22see183

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

21 Noyabr 2025 00:48see178

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

20 Noyabr 2025 11:36see172

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see156

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

21 Noyabr 2025 09:52see150

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see147

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see145

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see145

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see142

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see139

Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi FOTOLAR

20 Noyabr 2025 11:24see139

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see138

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see137

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see136

“Qoca sinyora”dan gələcək üçün böyük addım

19 Noyabr 2025 21:37see134

İdeyalar müstəvisində strateji dərinlik

21 Noyabr 2025 00:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri