Icma.az
close
up
RU
Bullinqə məruz qalan şagirdin valideyni araşdırmanın nəticəsindən narazıdır: “DİN və Baş Prokurorluğa müraciət olunub”

Bullinqə məruz qalan şagirdin valideyni araşdırmanın nəticəsindən narazıdır: “DİN və Baş Prokurorluğa müraciət olunub”

Pravda.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sumqayıt şəhəri 11 saylı məktəbdə bullinqə məruz qalan VI sinif şagirdinin valideyni araşdırmanın nəticəsindən narazıdır.

Bu barədə Pravda.az-a valideyn özü məlumat verib.

Onun sözlərinə görə, övladının Sumqayıt şəhəri 11 nömrəli orta məktəbdə “bullinq”ə məruz qalması ilə bağlı Daxili İşlər Nazirliyinə müraciətindən və problemin mediada işıqlandırılmasından sonra aidiyyəti qurumlar tərəfindən reaksiyalar verilib: “Araşdırılma üçün Sumqayıt Polis İdarəsinin 4-cü polis bölməsinə dəvət edildik və izahat yazdıq. Daha sonra bizim iştirakımızla kamera görüntülərinə baxıldı. Ancaq polisin araşdırması nəticəsində hüquqazidd əmələ yol vermiş şəxslərin cəzalandırılması barədə qərar qəbul edilməyib və bizə ümumi qaydada məhkəməyə müraciət etmək tövsiyə olunub”.

Valideyn bildirib ki, övladını Elm və Təhsil Nazirliyi və Abşeron-Xızı Regional Təhsil İdarəsi başqa məktəbə keçirib: “Polisin apardığı araşdırmanın nəticəsi Abşeron-Xızı Regional Təhsil İdarəsinə də göndərilib ki, qərar verilsin. Amma hələ də qərarı gözləyirik. Amma hesab edirik ki, araşdırma tam, hərtərəfli və obyektiv aparılmayıb və nəticə ilə razılaşmadığımız üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin rəhbərliyinə, Azərbaycan Respublikasının Baş Prokuroruna və Sumqayıt şəhər Prokurorluğuna müraciət etdik”.

Qeyd: Şagird bu ilin yanvar ayının ortalarından bullinqə məruz qalıb. Valideyn fevral ayında mətbuata açıqlamasında deyib ki, övladı bir neçə dəfə döyülüb və psixoloji şiddət görüb: “Siniflərində müəyyən qruplaşma var. İlk dəfə bir şagird övladımın əlini tutub, digəri döyüb, qalan uşaqlar da gülüblər. Bu psixoloji və fiziki şiddət bir aydan çox davam edib. Yanvarın 16-da söhbətdən xəbərim olub. Yanvarın 17-də direktorun qəbuluna getdim. Direktor məni dinləmədən katibəyə yönəltdi. Daha sonra təlim-tərbiyə işləri üzrə direktor müavini Lalə xanım məni məktəbə çağırdı, psixoloq da gəldi, hadisə danışıldı. Uşaqlara suallar verildi. Həmin o qruplaşan uşaqlar dedilər ki, guya günah mənim övladımdadır. Sinifdəki şagirdlər övladımı döyən uşağın söydüyünü desələr də, direktor reaksiya vermədi, dedi, eybi yox, uşaqdırlar. Sonradan müəllimlər də mənə qarşı çıxdılar ki, övladın dərslərində zəifdir. Mən də izah edə bilmirəm ki, dərslərində zəifdir, lakin tərbiyəsi yerindədir. Döyən uşaq da dərslərində zəifdir. Təlim-tərbiyə işləri üzrə direktor müavini və direktor həmin fiziki şiddət göstərən uşağın tərəfini tutdular. Halbuki obyektiv yanaşmalı idilər. O uşaq oğlumun nömrəsinə söyüşlər yazıb, səsləri var. Bunu direktora göndərəndən sonra yenidən bizi çağırdılar. Övladımı döyən uşağın valideyni bu dəfə mənimlə çox kobud tonda danışdı, qışqırdı. Direktor ümumi danışdı, aranı sakitləşdirdi. Sonradan uşaqları barışdırdılar. Oğlum axşam dedi ki, biz barışmışıq, sinif mehribandır, özüm də bilmirəm, nə olub ki, belə dəyişdilər. Mən düşündüm ki, məsələ həll olunub. Amma həmin günün axşamı valideyn mənə təhdid dolu mesajlar göndərdi. Dünən həmin uşağın anası və dayısı məktəbə gəliblər, hansısa müəllimin dərsində müəllimin və uşaqların yanında övladıma hücum çəkiblər, psixoloji şiddət göstəriblər. Məsələ o həddə çatıb ki, dayısı bacısını tutub kənara çəkib, psixoloji şiddət o həddə çatıb ki, övladım ağlayıb. Direktor yenə o valideyni dəvət etdi, lakin xeyri yoxdur. Fiziki şiddət dayansa da, dünənə kimi övladıma psixoloji şiddət davam edib. Direktor istəyir ki, danışıq yolu ilə həll olunsun, lakin valideyn problem yaradır. Əvvəl şagirdlər övladıma qarşı bullinq edirdilər, indi valideyn də edir. Bu məsələdə də direktor məni sakitləşdirməyə çalışır. Maraqlısı burasındadır ki, həmin direktor heç bir tədbir görmək istəmir. Övladım döyüləndə kamera görüntülərini istədim. Direktor dedi ki, xərc çəkmişəm, işləyir. Lakin texniki işçi gələndən sonra məlum oldu ki, həmin otaqda kameralar işləmir. Ümumiyyətlə, bir neçə sinfin kameraları işləmir. Ona görə görüntüləri əldə edə bilmədim. Fikrimcə, kameralar işləyir, gizlədirlər".

Sumqayıt şəhəri 11 saylı məktəbin direktoru Şəhla Bağırova isə bildirib ki,  təhsil ocağında zorakı durum yoxdur: "Uşaq hərəkətləridir. Hər şey qaydasındadır. Sadəcə, valideynlər arasında konflikt var. Mən yenə də böyükləri dəvət etmişəm. Deyirəm, gəlin övladlarımızı bir yerə yığaq, tort alaq, söhbətləşək, barışaq, olan pislikləri unudaq. Uşaq döyülüb deyə bilmərik. Altıncı sinif şagirdləridir, uşaq təbiətinə xas davranışlardır, təbiidir. Dalaşa da bilərlər, hər bir şey ola bilər. Bəlkə də, biri o birini itələyib, digəri ona cavab qaytarıb. Yoxsa deyim ki, həqarət olub, inandırıcı olmaz. Özü də rus bölməsinin uşaqlarıdır. Rus bölməsində də özünəməxsus ailələrin uşaqları oxuyurlar. Ola bilsin ki, şıltaqdırlar, ərköyündürlər, qürurludurlar. Mənim marağım budur ki, onlar mehriban, dost olsunlar. Döyüldüyü deyilən uşaq da qayçı gətirib, digərinin saçını kəsib. Ola bilsin ki, onu bu hərəkətə təhrik edib. Bu dəqiqə aralarında heç bir narazılıq yoxdur. Mənə elə gəlir ki, problem valideynlərdədir. Dünən digər uşağın valideyni və dayısı məktəbə gəliblər. Valideyn içəri girmək üçün çox güman, deyib ki, uşağının yanına gedir. Valideynə tam qadağa qoya bilmirik. Skolioz xəstəsi olan uşaqlar var, valideynləri çantalarını daşımağa kömək olurlar. Bir neçə sinfin kamerası işləmir: "Məktəbimizdə fond yoxdur. Heç bir vəsait ayrılmayıb, rəsmi müraciət də etməmişəm. Bu söhbətdən sonra şəxsi hesabıma kameraların yaddaş blokunu dəyişmişəm".

Nadir

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://pravda.az
archiveBu xəbər 12 Mart 2025 08:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevilyadan Berlində: Avropanın ən musiqili şəhərləri (SİYAHI)

09 İyun 2025 14:24see165

Rostov vilayətində miqrantlar rus təqaüdçüyə hücum edib..?

09 İyun 2025 19:07see124

Yadplanetlilərə meydan oxuyan media əhlimiz…

10 İyun 2025 00:13see122

Ağstafada qardaş qardaşın qanını tökdü

09 İyun 2025 05:26see118

Qyokereşdən 35 milyon maaşa imtina

10 İyun 2025 00:37see118

Bakı şəhəri üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

09 İyun 2025 15:24see118

Gəncədə ictimai nəqliyyatda çalışmaq istəyən sürücülərin qiymətləndirilməsi aparılır FOTOLAR

09 İyun 2025 14:20see117

Sərvəti 1 milyardı ötdü

09 İyun 2025 17:12see115

Rusiya aprel ayında Türkiyədən balıq idxalını artırıb...

09 İyun 2025 21:46see114

Küçədə it gəzdirmək qadağan edilir cinayət sayılacaq

09 İyun 2025 22:30see113

Salyanda qızı qaçıranlar onun atasının başını yardılar

09 İyun 2025 14:58see113

Ekspertlər təhsil sistemindəki boşluqları tənqid etdilər: O kadrlara baxanda utandım

09 İyun 2025 18:14see113

Salyanda ot sahəsi və maşın yanıb

09 İyun 2025 19:13see113

Adolf Hitler və məşuqəsi Eva Braunun qəribə münasibətlərinin hekayəsi

09 İyun 2025 20:17see112

Çində ana xətti ilə qurulmuş cəmiyyət aşkarlandı 250 il davam edib

09 İyun 2025 23:15see112

Artıq bu hərəkət cinayət sayılacaq İranda ŞOK qadağa

09 İyun 2025 21:51see112

Ukrayna 700 yaşayış məntəqəsinin adını dəyişdirəcək

10 İyun 2025 07:32see112

Ekspert: Maskla münaqişə ABŞ ın orbit qruplaşmasını yerləşdirməsini çətinləşdirə bilər

10 İyun 2025 07:41see111

Skandinaviya erməni diasporu Nikol Paşinyana qarşı

09 İyun 2025 21:00see111

Putinin köməkçisi: Moskva nəhəng Qarabağ ın yaranmasını istəmir

09 İyun 2025 22:01see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri