Icma.az
close
up
RU
“Bundan sonra əti DEPUTATLAR, vəzifəli şəxslər yeyəcək”

“Bundan sonra əti DEPUTATLAR, vəzifəli şəxslər yeyəcək”

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

Son günlər Azərbaycanda dabaq xəstəliyi və ətin təhlükəsizliyi ilə bağlı yayılan məlumatlar cəmiyyətdə narahatlıq yaradıb.

Hurriyyet.az xəbər verir ki, mövzu ilə bağlı Tribunainfo.az-a açıqlama verən sosioloq Elçin Bayramlı bildirib ki, son vaxtlar bu kimi məlumatlar yayılır, faktlar ortaya qoyulur. Mən də müxtəlif regionlarda yaşayan, tanış heyvandarlardan araşdırdım.

E. Bayramlının sözlərinə görə, həqiqətən də bu xəstəlik var və həmişə də olub. Müəyyən bir həcmdə təbii bir haldır. Amma son dövrlərdə onun sayı artıb. Xüsusi olaraq bunun artırılmasına çalışılır. Çünki əksər ölkələrdə heyvanlarda müxtəlif xəstəliklər formalaşır. Dabaq, qarayara və s. bu kimi təhlükəli xəstəliklər, viruslar var ki, bunlar hətta qaynama temperaturunda da ölmürlər. Və insanlarda çox ciddi problemlər yaradırlar.

Dünyada gedən bu proseslərə toxunan sosioloq deyib:

“Ümumiyyətlə, əvvəldən məlum idi ki, dünyada iri və xırdabuynuzlu heyvanlara qarşı bir kompaniya başladılacaq. Çünki süni ət texnologiyası artıq hazırdır. Bunun maya dəyərini də 15 dollara qədər aşağı salıblar. Getdikcə də qiyməti ucuzlaşaraq, süni əti bazara otuzdurmaq, insanları proqramlaşdırılmış, süni hüceyrələrdən formalaşmış süni ətlə qidalandırmaq üçün təbii ət bazardan çıxmalıdır. GMO soyadan istifadə olunan süni ət, hüceyrənin labarator şəraitdə hormonal dərmanlarla, çoxaldılıb şişirdilən vasitələrlə təşkil olunur. Deyim ki, bunun dadı maksimum effektivlikdə olacaq. Dünya əhalisinin 90 faizi kütdür, qabaqlarına nə qoysan yeyəcək. Necə ki, digər saxta qidaları yeyirlər, eləcə də ət məsələsində heç bir problem olmayacaq. Dünyada yüzlərlə təbii içkilər ola-ola, kütləvi şəkildə hamı Koka-Kola içir. Uşaqdan böyüyə hamı içirsə, deməli, kütbeyindirlər. Belə bir şəraitdə bunları etmək çox asandır. Sadəcə, qiymətini ucuz qoyursan, əsas daddır, dadı yaxşıdırsa, insanlar ağına-bozuna baxmadan istənilən zəhəri, hər şeyi yeyirlər. Bir çox ölkələrdə, son illərdə kütləvi heyvan qırğınları baş verib. Naməlum xəstəliklərdən, virus və bakteriyalardan dolayı yüzminlərlə heyvanlar qırılıb ölür. Hətta dünya ölkələrində böyük sürülərin məhv olması videoları var”.

Baş verən hadisələrin Azərbaycana da sirayət etdiyini vurğulayan Elçin Bayramlı qeyd edib:

“Bizə də xaricdən heyvanlar gətirilir. Çox sayda süni yemlər gətirilir. Onların tərkibində nə olduğunu biz bilmirik. Bu məsələ ölkənin özünün daxilində təşkil olunan bir iş deyil. Xəstəliyin gəlmə mənbəyi xarici ölkələrdəndir. Dünya artıq qloballaşıb. Ticarət və iqtisadiyyat artıb. Heyvanlar və yemlər də müəyyən mərkəzlər tərəfindən təmin olunur. İstənilən ölkəyə bunları göndərərək, orada bu xəstəlikləri yaymaq mümkündür”.

Sosioloq illər öncə açıqladığı proqnozdan bəhs edib:

“Neçə il öncə mən demişdim ki, yaxın illərdə təbii ətin qiyməti heç bir iqtisadi əsası olmadan bahalaşmaya məruz qalacaq. Müxtəlif formalarda heyvanlar arasında xəstəliklər yayılacaq. İnsanlar qorxudulacaq. Bu həm də ət monopoliyasını formalaşdırır. İnsanlar sadə qəssablardan ət almağa çəkinəcəklər. Guya ki, hansısa mərkəzlərdə xüsusi yoxlamalardan keçən kəsim mərkəzlərindən və market şəbəkələrindən olan ətlər alınmalıdır. Burada, əslində alıcı bilmir ki, heyvanın mənşəyi nədir. Bu bizim cəmiyyətin psixologiyasına xarakterik deyil. Biz həmişə göz qabağında olan, sağlam şəkildə kəsilən heyvanların ətini almağa üstünlük vermişik. Amma müəyyən məhdudiyyət və məcburiyyətlər olanda, insanlar məcbur olacaq ki, ət almaqdan çəkinsinlər. Hətta qadağa da qoyula bilər. Tək bizdə yox, bütün ölkələrdə bunu edəcəklər.

Daha təhlükəli virusun yayılacağını vurğulayan ekspert danışıb:

“Yaxın müddətdə mən gözləyirəm ki, bu baş verə bilər. Və heyvanlar arasında qlobal səviyyədə çox təhlükəli bir virusun yayılması təşkil olunacaq. Bu, əsasən iribuynuzlu heyvanlar arasında baş verəcək. Müəyyən ehtimalla xırdabuynuzlu heyvanlara da öz təsirini göstərəcək. Dünya ərazisində olan bütün mal-qara təbii heyvanlar məhv olunacaq. Çünki qlobalistlər deyirlər ki, guya inəklər metan qazı buraxır və atmosferdə problem yaradır, havanı zəhərləyirlər. Halbuki bu tamamilə uydurmadır. Qlobalistlərin nəhəng kimya zavodları inəklərin buraxdığından bir milyon dəfə artıq metan qazı, karbon dioksid və s. buraxır. Süni şəkildə heyvanları günahkar göstərirlər. Artıq, qardaş ölkə Türkiyədə belə, süni ətin istifadəsinə və istehsalına başlanılıb”.

Süni ət barədə məlumat verən sosioloq əlavə edib:

“İlk vaxtlar bu müxtəlif ət məhsulları formasında olur. Kolbasalar, sosiskalar, farş formalarında olacaq. Kafe və restoranlara veriləcək. İnsanlar o ətin mənşəyindən xəbərsiz olacaq. Daha sonra müəyyən məhdudiyyət və qadağalar, heyvanların kütləvi qırılması ilə dünya səviyyəsində təbii ətin istifadəsini demək olar ki, minimuma endirəcəklər. Hətta süni ətin kiloqramı 5 dollar səviyyəsində endiriləcək”.

“Hətta bazarda təbii ət olsa belə, qiyməti o qədər qalxacaq ki, 50-100 manat və sadə insanlar bunu ala bilməyəcək. İmkanlı, vəzifəli şəxslər, deputatlar istəyir, kilosu 200 manat olsun, onlar alıb yeyəcək. Sadə insanlar məcburən süni ətə keçməli olacaq. Heyvanlara edəcəkləri soyqırımı heç də gizlətmirlər, məqalələrdə, canlı efirlərdə bəyan edirlər. Bunun arxasında milyardlar durur. Trilyonlarla Bu işə pul ayrılır. Bəşəriyyəti təbii fitrətindən çıxarıb zombiləşdirmək məqsədi, terroru daşıyır”.

Çıxış yoluna toxunan E. Bayramlı sonda təklif irəli sürüb:

“Bizim ölkədə mümkün qədər özünüqoruma mexanizmi olmalıdır. Dövlət bu məsələlərə ciddi yanaşmalıdır. Özümüzün taxıl, yem, ot və s. kimi imkanlarımız böyükdür. Xaricdən yemlər, naməlum tərkibli maddələr almamalıyıq. Hansı ki, onlar heyvanları tezkökəldən zərərli dərmanlardır. Heyvanların da xarici ölkələrdən gətirilməsini azaltmalı, və özümüzdə çoxaltmalıyıq. Özümüzü qorumaq üçün coğrafi imkanlarımız var. Qarabağ zonası çox nəhəng potensiala malikdir. Azərbaycan tamamilə öz təlabatını ödəyə bilər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 23 Oktyabr 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see237

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see223

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see216

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see210

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see200

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see196

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see174

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see165

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see144

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see141

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see139

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see135

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see135

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri