Bundesliqa: “Borussiya Dortmund” autsayderlərdən “Holştayn Kiel”ə məğlub olub AZƏRTAC
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Berlin, 15 yanvar, AZƏRTAC
Futbol üzrə Almaniya çempionatının – Bundesliqanın 17-ci turuna “Holştayn Kiel” - “Borussiya Dortmund” görüşü ilə start verilib.
AZƏRTAC xəbər verir ki, cari mövsümdə qeyri-sabit çıxışı ilə azarkeşlərini məyus edən dortmundlular çempionatda 17-ci sırada qərarlaşan ev sahiblərinə gözlənilmədən məğlub olub - 2:4. Ötən mövsüm doğma meydanda “Bayer Leverkuzen”ə uduzan (2:3) Nuri Şahinin yetirmələri bu mövsümdə altıncı məğlubiyyətlərini yaşayıblar. “Holştayn Kiel” çempionatda üçüncü qələbəsini qazanaraq 11 xalla 17-ci sırada qərarlaşıb. Turun digər görüşlərinin nəticələri bu komandanın hazırkı mövqeyinə təsir etməyəcək.
Gün ərzində daha üç qarşılaşma keçirilib. Ötən tur səfərdə “Hohffenhaym”a minimal hesabla qalib gələn “Volfsburq” komandası “Borussiya Münxenqladbax”ı darmadağın edib - 5:1. “Ayntraxt Frankurt” evdə “Frayburq”u böyük hesabla məğlubiyyətə uğradıb – 4:1. “Bayer Leverkuzen” isə “Maynz 05”ə minimal hesabla qalib gələrək ardıcıl yeddinci qələbəsini qazanıb - 1:0.
Tura yanvarın 15-də keçiriləcək 5 görüşlə yekun vurulacaq:
“Boxum 1848” - “St Pauli”;
“Ştutqart” - “Leyptsiq”;
“Bavariya” - “Hoffenhaym”;
“Verder Bremen” - “Haydenhaym”;
“Union Berlin” – “Auqsburq”.
Bundesliqada ilk sırada 39 xalla “Bavariya” qərarlaşıb. Onun ən yaxın izləyicisi “Bayer Leverkuzen”in aktivində 38 xal var.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 15 Yanvar 2025 01:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















