Bundestaqın komitə sədrinin Tbilisiyə səfərinə etiraz “Vida mərasimi keçirəcək”
Teleqraf.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Almaniya parlamentinin Xarici əlaqələr komitəsinin sədri Mixael Rot Gürcüstana səfər edib.
Teleqraf.com xəbər verir ki, o, “X” paylaşımında Tbilisini əsl Avropa paytaxtı adlandırıb.
Gürcüstandakı hakimiyyəti “avtoritar rejim” və etirazlar zamanı saxlanılanları “siyasi məhbus” adlandıran M.Rot Rustaveli prospektindəki aksiyaya qoşulacağını elan edib.
Bundestaq nümayəndəsinin Tbilisiyə səfərinə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili münasibət bildirib. O, “İmedi” telekanalının efirində yayımlanan “İmedi Live” proqramında deyib ki, M.Rot Almaniyada keçiriləcək növbəti parlament seçkilərində namizədliyini irəli sürmək fikrində deyil:
“O, aktiv siyasətlə vidalaşır və Rustaveli prospektində toplaşan insanlarla bir növ vida mərasimi keçirəcək”.
Baxış sayı:72
Bu xəbər 13 Yanvar 2025 10:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















