Icma.az
close
up
RU
“Bunlar göstərir ki, doğru yoldayıq və davam etməliyik”

“Bunlar göstərir ki, doğru yoldayıq və davam etməliyik”

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasında sabah İsveçə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablayıb:

– Məqsədinizin DÇ-2028-ə qatılmaq olduğunu demisiniz. Millinin heyətinin və gənclərin bunu bacaracaq potensialı var?
– Əlbəttə, güclü heyət qurmaq, qələbələr qazanmaq istəyirik. Son üç matçda oyunumuzda böyük dəyişiklik var. Bunlar göstərir ki, doğru yoldayıq və davam etməliyik.

– Qəbələdəki oyundan sonra üç oyunçu heyətdən kənarda qaldı. İsveçə qarşı fərqli taktiki sxemdən istifadə edə bilərsiniz?
– Taktika yox, fəlsəfə vacibdir. Hər oyununun öz taktikası var. Ola bilsin, bəzi dəyişikliklərə gedək. Rəqib də hər oyuna xüsusi yanaşır. Onların sxeminə uyğun çalışırıq düzgün taktika seçək. Elə heyət olmalıdır ki, həm müdafiədə yaxşı olsun, həm hücumda. Bura gələndən qələbə qazana bilməmişəm. Demək olar, bütün oyunlarda yaxşı çıxış etmişik, hücumlar qurmuşuq.

– Gələcəyi düşündüyünüzü deyirsiniz. Sabahkı oyunda millinin gələcəyi olan, ancaq ehtiyatda qalan uşaqlara şans verməyi düşünürsünüz?
– Dərhal bunu etsək, istədiyimiz heyət inkişaf etməz. Dərhal belə dəyişiklik olmaz. Müəyyən heyət milli səviyyəsində inkişaf etməlidir. Əlbəttə, milli komanda klub kimi deyil. Futbolçular daim bərabər olmur. Yığmada müəyyən vaxt məşq edirsən, sonra kluba qayıdırsan. İl ərzində az görüşlər olur. Mərhələ-mərhələ gəncləri adaptasiya etməyə çalışacağıq. Sabahkı matçda dəyişikliklər ola bilər. Bəzi oyunçular yorğun ola bilər. Hər şey gözlənilir. Əlbəttə, İsveç millisi Estoniya ilə müqayisədə fərqli oyun nümayiş etdirir. Buna uyğun bəzi alternativlər edə bilərik. İstədiyimiz nəticə üçün hər şeyi edə bilərik.

– Mahir Emreli cüzi olsa da, şansların olduğunu dedi. Siz necə düşünürsünüz, C Liqasında qalmaq mümkün olacaq?
– Bunun üçün mübarizə aparacağıq. Oyundan əvvəl nəyisə demək olmaz. Çalışacağıq ki, qələbə qazanaq. Güclü rəqibə qarşı oynayacağıq. Keyfiyyətli futbolçuları var. Oyundan əvvəl nə uduzursan, nə qalib gəlirsən. Özümüzə və fəlsəfəmizə inanmalıyıq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 18 Noyabr 2024 20:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri