Icma.az
close
up
RU
Bunu etməyənlərə məhdudiyyətlər tətbiq ediləcək

Bunu etməyənlərə məhdudiyyətlər tətbiq ediləcək

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

"Bazarlar heyvanların sıx toplandığı və yoluxucu xəstəliklərin yayılması üçün yüksək risk yaradan ərazilər hesab olunur. Bu cür məkanlarda baytarlıq-sanitariya normalarına əməl olunmaması və effektiv baytarlıq nəzarətinin təmin edilməməsi epizootoloji vəziyyətin nəzarətdən çıxmasına səbəb ola bilər. Bu baxımdan, heyvan bazarlarının girişində baytarlıq nəzarəti tədbirlərinin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir".

BAKU.WS AZƏRTAC-a istinadla xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdentifikasiya və İzlənilmə Mərkəzinin müdiri Yavər Məmmədov bildirib.

O deyib ki, heyvanların identifikasiyası baytarlıq tədbirlərinin görülməsinə nəzarətin effektiv həyata keçirilməsi üçün əsas alətlərdən biridir:

"Əvvəlki dövrlərdə heyvan bazarlarında mövcud infrastrukturun qeyri-qənaətbəxş vəziyyəti baytarlıq nəzarəti tədbirlərinin tam həcmdə tətbiqinə imkan vermirdi. Bu səbəbdən heyvan satış bazarlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılmış və onların fəaliyyətinin bərpası üçün "Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 50 saylı Qərarının tələblərinin yerinə yetirilməsi əsas şərt kimi müəyyən edilib.

Sözügedən qərarın tələblərinin icrası təmin edildikdən sonra heyvan satış bazarlarının fəaliyyəti bərpa olunub.

Hazırda yenilənmiş və müasir tələblərə cavab verən infrastruktur bazarların girişində satışa gətirilən heyvanların sağlamlıq vəziyyətinə və identifikasiyasına effektiv nəzarət həyata keçirməyə imkan yaradır. Bununla əlaqədar olaraq, bildiririk ki, identifikasiya olunmamış heyvanların bazara daxil olmasına yaxın vaxtlarda məhdudiyyətlər tətbiq ediləcək. Bu səbəbdən heyvan satış bazarlarının iştirakçıları, o cümlədən sahibkarlar və heyvan mülkiyyətçiləri əvvəlcədən müvafiq tədbirlər görməli və heyvanların bazara gətirilməzdən əvvəl identifikasiyasını təmin etməlidirlər", - deyə Yavər Məmmədov diqqətə çatdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://baku.ws
archiveBu xəbər 27 Aprel 2026 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri