Icma.az
close
up
RU
“Bununla çox uşağın keyfiyyətli məktəbəqədər təhsilə cəlbi hədəflənir”

“Bununla çox uşağın keyfiyyətli məktəbəqədər təhsilə cəlbi hədəflənir”

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, “Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi Qaydaları” təsdiq edilib.

“Qafqazinfo”  xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb.

Bildirilib ki, yeni maliyyələşmə modeli məktəbəqədər təhsilin əlçatanlığının artırılmasına, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edir. Model çərçivəsində valideynlərə uşaqları üçün geniş seçim imkanı yaradılır və daha çox uşağın keyfiyyətli məktəbəqədər təhsilə cəlb olunması hədəflənir. 

Qaydalara əsasən, Elm və Təhsil Nazirliyi tərəfindən hər il müsabiqə keçiriləcək. Müsabiqədə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məktəbəqədər təhsil fəaliyyətinə lisenziya verilmiş özəl təhsil müəssisələri iştirak edə biləcəklər. Müraciət edən müəssisələr müəyyən edilmiş meyarlar əsasında qiymətləndiriləcək, qaliblər müəyyənləşdiriləcək və seçilmiş özəl məktəbəqədər təhsil müəssisələri ilə maliyyələşdirmə müqavilələri bağlanacaq. Dövlət dəstəyi həmin müqavilələr çərçivəsində maliyyələşdirilməsi nəzərdə tutulmuş yerlərə qəbul edilən təhsilalanlara şamil olunacaq. 

Belə ki, hər bir təhsilalana göstərilən təhsil xidmətlərinə görə dövlət dəstəyi təhsil haqqının 70 faizi həcmində, lakin Bakı şəhəri üzrə aylıq 350 manatadək, digər şəhər və rayonlar üzrə isə aylıq 250 manatadək müəyyən edilib. Təhsil haqqının dövlət tərəfindən qarşılanmayan hissəsi valideyn tərəfindən ödəniləcək.

Müsabiqənin elan olunacağı tarix, müraciət qaydası, qiymətləndirmə meyarları və digər zəruri məlumatlar barədə ictimaiyyətə Elm və Təhsil Nazirliyi tərəfindən əlavə məlumat veriləcək.

Qeyd edək ki, son illərdə məktəbəqədər təhsil sahəsində həyata keçirilən ardıcıl islahatlar çərçivəsində yeni dövlət məktəbəqədər təhsil müəssisələri yaradılıb, mövcud müəssisələrin maddi-texniki bazası gücləndirilib, məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi məqsədilə alternativ xidmət modelləri tətbiq olunub.

Bu istiqamətdə həyata keçirilən mühüm təşəbbüslərdən biri olan icma əsaslı məktəbəqədər təhsil modeli məktəbəqədər təhsil müəssisələrinin olmadığı və ya əlçatanlığın məhdud olduğu yaşayış məntəqələrində minlərlə uşağın erkən təhsilə cəlb edilməsinə və məktəbəqədər təhsilin əhatəliliyinin artırılmasına mühüm töhfə verib. 

Bununla yanaşı, 2024-cü və 2025-ci illərdə Elm və Təhsil Nazirliyi tərəfindən özəl məktəbəqədər təhsil müəssisələri üçün keçirilmiş qrant müsabiqələri nəticəsində minlərlə uşağın dövlət dəstəyi hesabına özəl məktəbəqədər təhsil müəssisələrində təhsil alması təmin edilib. Həmin müsabiqələr özəl sektorun məktəbəqədər təhsil xidmətlərinin göstərilməsində iştirakını genişləndirməklə yanaşı, dövlət və özəl sektor arasında əməkdaşlığın yeni mexanizmlərinin formalaşdırılması baxımından da uğurlu təcrübə yaradıb.

Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş yeni maliyyələşmə modeli məhz bu uğurlu təcrübələrin davamı olaraq dövlət dəstəyinin daha sistemli, şəffaf və davamlı mexanizm əsasında həyata keçirilməsini təmin edəcək, özəl məktəbəqədər təhsil müəssisələrinin potensialından daha səmərəli istifadə olunmasına, valideynlərin seçim imkanlarının genişlənməsinə və məktəbəqədər təhsilin əhatəliliyinin artırılmasına xidmət edəcək.

Nazirlər Kabinetinin qərarının tam mətni ilə keçiddən tanış olmaq mümkündür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 21 İyul 2026 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see737

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see670

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see251

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see247

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see244

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see224

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see218

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see216

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see211

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see200

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see192

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see192

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see187

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see184

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see176

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see175

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see174

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see169

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see169

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri