Dr.İlqar Tahiroğlu konfransın panel müzakirəsində fəal iştirak edib FOTO
Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.
Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq İlqar Tahiroğlu 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi “Medinex 2025” çərçivəsində təşkil olunmuş konfransın “TAVİ: Müasir Kardiocərrahiyyədə minimal invaziv yanaşma” mövzusunda keçirilən panel müzakirəsində fəal iştirak edib. SİA xəbər verir ki, dr.İlqar Tahiroğlu müzakirələrdə minimal invaziv kardioloji müdaxilələrin müasir tibbdə əhəmiyyətindən, bu sahədə əldə olunan nailiyyətlərdən və Transkateter Aortal Qapaq İmplantasiyası metodunun xəstələrin həyat keyfiyyətinə göstərdiyi müsbət təsirlərdən bəhs edib. Həmçinin, İlqar həkim Mərkəzi Gömrük Hospitalında bu istiqamətdə görülən işlər və tətbiq edilən innovativ yanaşmalar barədə ətraflı məlumat verib.
Panel müzakirəsində fəal iştirakına görə Dr.İlqar Tahiroğluya təşəkkürnamə ilə təltif edilib. Təşəkkürnamə TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva tərəfindən təqdim olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 31 Oktyabr 2025 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















