ABŞ a uçan təyyarədə təhlükəli anlar yaşanıb
Icma.az, Reyting.az saytına istinadən bildirir.
Meksikanın Kankun şəhərindən ABŞ-ın Nyu-Cersi ştatına uçan “JetBlue” Hava Yollarına aid “Airbus320” təyyarəsi qəfil hündürlük itkisi ilə üzləşib.
Reyting.az xəbər verir ki, bu barədə məlumatı ABŞ Federal Aviasiya Administrasiyası (FAA) yayıb.
Məlumata görə, 162 sərnişin daşıyan “Airbus A320” təyyarəsi Florida ştatının Tampa beynəlxalq hava limanına təcili eniş edib.
Aviaşirkət açıqlama yaysa da, xəsarət alanların sayı barədə məlumat verməyib. Təcili yardım işçiləri hava limanında sərnişinləri və heyət üzvlərini müayinə edib, bəzi sərnişinlər xəstəxanaya aparılıb.
LiveATC.net saytının əldə etdiyi hava nəqliyyatı qeydlərinə görə, ən azı üç nəfər xəsarət alıb.
FAA rəsmiləri hadisənin araşdırıldığını bildiriblər.
V. QULİYEV
Bu mövzuda digər xəbərlər:Moskvadan Kalininqrada uçan təyyarədə naviqasiya problemi yaşanıb
09 Aprel 2025 11:22
Sərnişin Yaponiyadan ABŞ a uçan təyyarədə qapıları açmağa çalışıb
26 May 2025 11:59
Göyərtəsində rusların olduğu təyyarədə problem yaşanıb...
25 Mart 2025 20:25
Moskvadan Tbilisiyə uçan təyyarədə həyəcanlı anlar yaşandı
19 Fevral 2025 20:40
Moskvadan İrəvana uçan təyyarədə HƏYƏCANLI ANLAR VİDEO
12 Yanvar 2025 19:19
Baxış sayı:109
Bu xəbər 31 Oktyabr 2025 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















