Icma.az
close
up
RU
Bürokratik yük, hesabatçılıq tələbləri müəllimlərin yaradıcılıq azadlığını məhdudlaşdırır AÇIQLAMA

Bürokratik yük, hesabatçılıq tələbləri müəllimlərin yaradıcılıq azadlığını məhdudlaşdırır AÇIQLAMA

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Son bir neçə il ərzində aparılan müxtəlif sorğular və ictimai rəy ölçmələri göstərir ki, müəllimlik peşəsinə olan münasibət əvvəlki illərlə müqayisədə xeyli dəyişib. Cəmiyyətin bir hissəsi bu peşəni artıq əvvəlki kimi hörmət və dəyər simvolu kimi görmür.

Bəs buna səbəb nədir?

Mövzu ilə bağlı Redaktor.az-a fikirlərini bildirən təhsil eksperti Rasim Həsənzadə dedi ki, ölkəmizdə müəllimlik peşəsinə münasibətin zamanla dəyişməsi təsadüfi deyil və bu, bir neçə sosial, iqtisadi və mədəni amilin təsiri ilə formalaşıb:

"Belə ki əvvəllər müəllim peşəsinin nüfüzu daha çox idi, çünki cəmiyyətdə müəllim elm, bilik və mənəvi dəyərin daşıyıcısı kimi qəbul edilirdi. Müəllim sözü həm ailə, həm məktəb, həm də ictimai şüur səviyyəsində xüsusi statusa malik idi. Son illərdə isə bir sıra obyektiv və subyektiv səbəblər bu statusu zəiflədib. Ən vacib amillərdən biri müəllim əməyinin iqtisadi baxımdan yetərincə stimullaşdırılmamasıdır. Təhsil sistemi nə qədər vacib sahə olsa da, əməkhaqqı və sosial təminat baxımından müəllimlər hələ də istədikləri dəyəri hiss etmirlər. Nəticədə insanlar ixtisas seçərkən gələcəkdə yaxşı imkanlarının olmasına xüsusi diqqət yetirirlər. Gənclər üçün müəllimlik peşəsi çox zaman maddi sabitlik və karyera inkişafı baxımından cəlbedici görünmür.

Digər tərəfdən, təhsil sahəsində artan bürokratik yük, hesabatçılıq tələbləri və tədrisin “sənəd üzərində nəticə”yə çevrilməsi müəllimlərin yaradıcılıq azadlığını məhdudlaşdırır. Nəticədə müəllim öz peşəsində dəyərini hiss etmir və bu da həm motivasiyanı, həm də gənclərin bu sahəyə marağını azaldır. Bununla yanaşı, cəmiyyətin özündə də müəllim obrazı müəyyən qədər dəyişib, müəllim peşəsinin nüfuzu zəifləyib. Sosial mediada və cəmiyyətdə bəzən müəllimlər tənqid obyektinə çevrilir, amma eyni zamanda onların üzərinə böyük gözləntilər qoyulur. Müəllimlərdən həm yüksək nəticə, həm səbir, həm də innovativ yanaşma tələb olunur, lakin bu gözləntiləri dəstəkləyəcək sistemli şərait hər zaman təmin edilmədiyini bir çoxumuz bilirik".

O, əlavə etdi ki, bütün bunlara baxmayaraq müəllimlik hələ də cəmiyyətin ən vacib peşələrindən biridir və bu statusu bərpa etmək mümkündür. Rasim Həsənzadənin fikrincə, bunun üçün üç istiqamətdə addımları təklif etmək olar:

"Maddi və sosial dəyərləndirmə: Müəllimlərə yaxşı əməkhaqqı, sosial rifah və karyera yüksəlişi imkanları yaradılmalıdır. Peşə imicinin bərpası: Təhsil sistemində və cəmiyyətdə müəllimə hörmət mədəniyyəti gücləndirilməli, onların rolu daha çox önə çəkilməlidir, diqqət mərkəzində olmalıdır. Tədrisdə azadlıq və innovasiya: Müəllimlərə yaradıcılıq imkanları verilməli, onlar təkcə proqram icraçısı deyil, həm də təhsil prosesinin “memarı” kimi qəbul edilməlidirlər. Əgər bu istiqamətlərdə real dəyişikliklər baş verərsə, insanların müəllimlik peşəsinə münasibəti də dəyişəcək. Müəllim yenidən cəmiyyətin aparıcı dəyər daşıyıcısına çevriləcək, necə ki, əvvəllər olduğu kimi".

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Oktyabr 2025 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri