Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Burun əməliyyatından sonra ağıl itə bilər? Psixiatr danışdı

Burun əməliyyatından sonra ağıl itə bilər? Psixiatr danışdı

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ötən günlərdə gənc qızın burun əməliyyatından sonra depressiyaya qapıldığı, hallüsinasiyalar gördüyü, evdən çıxmadığı və sonda da eyvandan yıxılaraq ölməsi ilə bağlı xəbərlər yayıldı. Bundan öncə başqa qadında da əməliyyatdan sonra psixikanın zədələnməsi halı yaşanmışdı.

El arasında “ağlını itirmək” kimi adlanan hala səbəb həqiqətən estetik əməliyyatdırmı? Nəyə görə əməliyyatdan sonra, hətta aylar keçsə belə, bəzilərində psixi problemlər yaranır?

Psixiatr, uzman doktor Azər Bağırov Lent.az-a açıqlamasında bildirib ki, əməliyyatdan sonra psixoz vəziyyəti, yəni ağlını itirmək halı 100-200 insandan birində yarana bilir:

“Estetik-plastik əməliyyatlarda anatomik olaraq birbaşa beyinə təsir edən vəziyyət yoxdur, amma məhz əməliyyatdan sonra insanın psixoloji stress yaşaması mümkündür. Bu halla tez-tez qarşılaşırıq.

Burun üzün tam mərkəzində olan orqan olduğu üçün insanlar əməliyyatdan sonra öz görüntülərində kəskin dəyişikliklə qarşılaşırlar. Düzdür, bəzən həkimlər öncədən həmin dəyişimi pasiyentlərə göstərirlər, amma buna baxmayaraq, gözləri ilə reallığı gördükdə, sanki özlərini tanımırlarmış kimi bir hissə qapılırlar. Bəzən əməliyyatın nəticəsi gözləntiləri qarşılamadığı üçün emosional stress də, keçirirlər. Bu stresslərin nəticəsində ən çox depressiya və anksiyetə deyilən halla rastlaşırıq. İnsanlarda təşviş yaranır: bundan sonra "özümü bəyənməyəcəm", "sonum necə olacaq?" və s. düşünürlər. Seanslarda nəfəs ala bilmirəm, burnum tıxanıb, sanki içində nə isə qalıb halları olan pasiyentləri daha çoxmüşahidə edirəm.

Ağıl sağlığının itirilməsi deyilən vəziyyət psixiatriyada psixoz vəziyyət adlanır. Bu da reallığı dəyərləndirmə qabiliyyətinin pozulmasıdır. Olmayan şeylərdən şübhələnmə, sayıqlama şəklində hallarla müşahidə olunur. Onlara ətrafdan hər şeyi məntiqli formada izah etsələr də, yenə də öz “həqiqət”lərindən qopmurlar. Əməliyyatdan sonra psixoz vəziyyəti nadir hallarda görürəm, nəinki depressiya və anksiyetəni. Psixoz 100 yaxud 200 nəfərdən birində müşahidə olunur.

Kimlər risk altındadır?

Əvvəldən psixoloji problemi olan insanlar, müxtəlif şəxsiyyət tipləri, o cümlədən borderline, narsistik, obsessiv-kompulsiv pozuntuları olan şəxslərin psixologiyaları emosional stresslərə daha həssasdır. Ona görə də, həmin insanlar bu cür əməliyyatlardan sonra sözügedən vəziyyəti yaşaya bilərlər və onlarda əhval-ruhiyyə oynaqlığı, təşviş halları çoxala bilər.

Depressiyaya səbəb olan digər faktorlar

Əməliyyatlarda anesteziyanın (narkoz) tərkibindəki müəyyən dərmanlar insan psixologiyasına təsir edə bilir. Həmçinin əməliyyatdan sonra verilən kortikusteroid, opioid qrupuna daxil olan dərmanlar insan psixologiyasına təsir edib keçici olaraq ruhi sağlamlığın pozulmasına səbəb ola bilər”.

Həkim qeyd edib ki, digər ölkələrdə əməliyyatdan sonra psixi problem yaşaya biləcək şəxsləri cərrahlar qəbul etmirlər:

“Dünya praktikasında estetik əməliyyatlardan (bədənşəkilləndirmə, burun, sinə böyütmə-kiçiltmə, cinsiyyət dəyişdirmə və s.) öncə xəstə mütləq psixiatr tərəfindən dəyərləndirilir. Xəstələrdə bədən dismorfit deyilən vəziyyətin olub-olmamasına baxılır. Bəzi insanlar bədənlərindəki xırda qüsurları gözlərində çox böyüdərək, davamlı əllərində güzgü ilə bütün diqqətlərini ortaya verirlər. Çalışırlar ki, həmin qüsurları düzəltsinlər. Bu səbəbdən davamlı estetik əməliyyatlara müraciət edirlər, lakin nəticədən razı qalmırlar. Çünki onların beynində kiçik qüsurları böyütmə vəziyyəti olduğu üçün heç bir əməliyyatla rahatlığa qovuşa bilməyəcəklər. Belə insanlarda əməliyyata icazə verilmir. Psixiatr rəyində bu diaqnoz yazıldıqda, cərrah əməliyyat öhdəliyi götürməməyə üstünlük verir, çünki həmin şəxsin gələcəkdə psixoloji problem yaşama ehtimalı daha yüksəkdir.

Təəssüf ki, bu prosedur Azərbaycanda aparılmır, ona görə də, bir çox estetik əməliyyatdan sonra problemlər yaşanır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:254
embedMənbə:https://lent.az
archiveBu xəbər 20 Noyabr 2025 20:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see318

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see289

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see286

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see267

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see260

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see248

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see243

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see241

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see234

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see217

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see212

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see201

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see195

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see191

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see189

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see188

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see181

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see175

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see172

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri