Icma.az
close
up
RU
“Bütün inanclar məktəbin kənarında qalmalıdır”

“Bütün inanclar məktəbin kənarında qalmalıdır”

Axsham.az saytına istinadən Icma.az xəbər verir.

“Liatris Holding”in rəhbəri Ruhiyyə Əliyeva vahid məktəbli forması ilə bağlı müzakirələrə münasibət bildirib.

Axşam.az xəbər verir ki, iş xanımı sosial media hesabında paylaşım edərək azyaşlı qızların gələcəyindən narahatlığını ifadə edib. R.Əliyeva dini inanclara hörmətlə yanaşdığını, lakin dövlətin müəyyən etdiyi qaydalara hər kəsin əməl etməli olduğunu vurğulayıb:

“Məktəbli forması vahiddir, özü də çox gözəl və səliqəlidir. Uşaqlarımız bu formada daha saf, gözəl və çalışqan görünür. Məktəb dünyəvidir. Qızlarımız dövlətə, Azərbaycanın gələcəyinə qarşı kimlərinsə əlində vasitə olmalı deyil. Onların beyinləri kənar müdaxiləyə məruz qalmamalıdır.

Bəzən hicablı qızlarımızın ağlamağına baxıb mən də çox pis oluram. Amma əminəm ki, dövlət onların gələcəyini düşünür və bəzi valideynlərin tutduğu yolun zərərli nəticələrini əvvəldən görür və müəyyən tədbirlərlə onun qarşısını alır. Bu uşaqlar hələ çox şeyi dərk etmirlər, onların beyninə radikallıq, dövlətə itaətsizlik, habelə ona dərs deyən müəllimə hörmətsizlik yeridilməməlidir.

Məktəb bir elm ocağıdır. Bütün inanclar o məktəbin kənarında qalmalıdır. Vahid geyim forması bu qızların uşaqlığını yaşamağa imkan verir. Bundan başqa, hamı bilməlidir ki, məktəblərdə qadağan olunan tək hicab deyil, həmçinin qısa və sinəsi açıq geyimlər, bəzək aksesuarları, bahalı zinət əşyaları və sair... Millətimizin gələcəyi bu uşaqlardan çox asılıdır. Uşaqları qoruyaq ki, gələcəkdə dövlətimiz və millətimiz firavan olsun".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://axsam.az
archiveBu xəbər 14 Oktyabr 2026 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see882

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see321

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see313

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see306

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see293

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see269

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see256

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see223

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see220

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see203

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see203

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see200

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see199

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see199

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see198

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see193

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see186

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see186

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see184

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri