Icma.az
close
up
RU
Bütün kommunikasiya xətlərinin birbaşa Naxçıvana keçməsi tarixi bir zərurətdir AÇIQLAMA

Bütün kommunikasiya xətlərinin birbaşa Naxçıvana keçməsi tarixi bir zərurətdir AÇIQLAMA

Icma.az bildirir, Manset saytına əsaslanaraq.

"Azərbaycan Prezidentinin Türkiyəyə səfəri və İğdır-Naxçıvan qaz kəmərinin açılışı mühüm tarixi hadisədir. Çünki, Azərbaycanın Naxçıvanla quru əlaqəsi yoxdur və tarixən Naxçıvanın blokadaya alınmasının şahidi olmuşuq. Bu səbəbdən, bu strateji boşluğu doldurmaq məqsədilə Naxçıvana Türkiyə vasitəsilə qaz kəməri çəkilir. Naxçıvanın qorunması və orada əhalinin rifahının yaxşılaşdırılması üçün bu qaz kəmərinin çəkilməsi vacibdir. Eyni zamanda, gələcəkdə Qars-İğdır-Naxçıvan dəmir yolunun tikilməsi məsələsi də gündəmdədir və bunun reallaşması Azərbaycanın hədəflərindən biridir".

Bu sözləri Manset.az-a açıqlamasında deputat Hikmət Babaoğlu Azərbaycan Prezidentinin Türkiyəyə səfərini şərh edərkən deyib:

Deputat qeyd edib ki, Naxçıvanın təqribən 100 il əvvəl, Azərbaycan xalqının iradəsindən kənar olaraq, Zəngəzur bölgəsinin iki yerə parçalanıb Qərb hissəsinin Ermənistana verilməsi qeyri-legitim bir qərar idi:

"Bu, Sovet bolşeviklər partiyasının qərarı ilə həyata keçirildi. Heç bir halda, başqa bir ölkənin siyasi qurumunun qərarı ilə başqa bir ölkənin ərazisi ikinci bir ölkəyə verilə bilməz. Bu, qeyri-legitimdir. Azərbaycan Prezidenti də məhz bu məsələyə toxunaraq, İğdır-Naxçıvan dəmir yolunun açılışında Zəngəzur dəhlizinin ermənilərə qeyri-qanuni verilməsindən danışdı. Bu həm beynəlxalq hüquqa, həm də o dövrün yaradılmaqda olan SSRİ Konstitusiyasına zidd idi. Bu gün də, həm hüquqa, həm ədalətə, həm də BMT Nizamnaməsinə ziddir".

Hikmət Babaoğlu vurğulayıb ki, Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın bütün kommunikasiya xətlərinin birbaşa Naxçıvana keçməsi bu gün də aktualdır və tarixi bir zərurətdir:

"Bu təkcə Azərbaycanın maraqları deyil, həm də bütövlükdə Türk dünyasının maraqlarıdır, çünki coğrafi baxımdan Türk dünyasının ərazisinin quru yolu ilə birbaşa əlaqələndirilməsi vacibdir. Ona görə də, Azərbaycanın Zəngəzur dəhlizinin xatırlanması və onun Ermənistana qeyri-qanuni verilməsinin qeyd edilməsi, Zəngəzur dəhlizindən maneəsiz keçişin təmin olunması ilə bağlı yeni hüquqi əsasların yaradılmasına təkan verə bilər".

Seyranə Quliyeva 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 06 Mart 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri