C vitamininin 5 əsas faydası açıqlandı
Pravda.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Vitamin və minerallar – zülal, karbohidrat və yağ kimi makro qidaların funksiyalarına dəstək olan mikro qidalardır. Hər iki qida növünün orqanizmə kifayət qədər və balanslı şəkildə qəbul edilməsi ümumi sağlamlığın qorunması üçün mühüm əhəmiyyət daşıyır.
Pravda.az bildirir ki, soyuqdəymə və qrip kimi infeksiyaların artdığı mövsümlərdə xüsusilə C vitamininin qəbulu prioritetə çevrilir.
Gündəlik ehtiyac və C vitamini mənbələri
Böyüklərdə qadınların gündə 95 mq, kişilərin isə 110 mq C vitamini qəbul etməsi tövsiyə olunur. Fərqi digər mənbələrlə tamamlayaraq çatışmazlığın qarşısını almaq mümkündür. Orqanizmimiz bu vitamini özü istehsal edə bilmədiyindən, onu mütləq qidalarla qəbul etməliyik. Qırmızı bibər, itburnu, brüssel kələmi, brokoli, yaşıl bibər, çiyələk, qırmızı kələm, kivi, gül kələmi, qarpız, pomidor, albalı və portağal kimi meyvə və tərəvəzlər bu vitaminin zəngin mənbələridir.
Siqaret çəkmək ehtiyacı artıra bilər
C vitamini ilə zəngin qidaların kifayət qədər istehlakı normal ehtiyacı qarşılayır. Lakin stres, ətraf mühitin çirklənməsi, siqaret istifadəsi, hamiləlik, əmizdirmə dövrü, infeksiyalar və xroniki xəstəliklər C vitamini tələbatını artırır. Belə hallarda mütəxəssis məsləhəti ilə düzgün dozada əlavələr qəbul edilə bilər.
Qidaların düzgün hazırlanmadığı hallarda vitamin itkisi baş verə bilər. C vitamini dəmir və ya mis tərkibli qablarla təmasda, oksigen və işığa məruz qaldıqda, kəsilmə, doğranma, yuyulma və ya konservləşdirilmə zamanı təsirini itirə bilər. Bu səbəblə buxarda, paslanmayan polad qablarda bişirilməsi tövsiyə olunur.
C vitamininin 5 əsas faydası
Dəmir, kalsium və fol turşusunun sorulmasını artıraraq böyüməni dəstəkləyir, sümük sağlamlığına müsbət təsir göstərir.
Həzmə kömək edir, orqanizmdən toksinlərin atılmasını təmin edən öd istehsalını artırır.
İmmunitet sistemini gücləndirərək infeksiyalara qarşı mübarizə aparır.
Kollagen istehsalını artıraraq dərini qoruyur, yaşlanma prosesini yavaşladır və yaraların daha tez sağalmasını təmin edir.
C vitamini çatışmazlığı piylənmə, xərçəng, şəkərli diabet, psixi pozuntular, sümük və dəri xəstəlikləri, göz və reproduktiv sistem problemləri, eləcə də nevroloji və ürək-damar xəstəlikləri ilə əlaqələndirilir.
Əminə Bayramova

