Cahangir Hacıyevlə bağlı Prezidentə müraciət olundu ABB nin SABİQ ŞEFİNİN SƏHHƏTİNDƏ PROBLEMLƏR YARANIB
Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Beynəlxalq Bankının həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevin səhhətində ciddi problemlər yaranıb.
Gununsesi.info bildirir ki, bu barədə onun bacısı Əminə Hacıyeva Prezident İlham Əliyev və Vitse-prezident Mehriban Əliyevaya yazdığı məktubunda bəhs edib.
Əminə Hacıyevanın redaksiyamıza təqdim etdiyi məktubda deyilir:
Hörmətli cənab Prezident!
Hörmətli Mehriban xanım!
Mən, Cahangir Hacıyevin bacısı olaraq, Sizə dərin narahatlıq və böyük ümidlə müraciət edirəm.
Oktyabr ayının 5-dən 6-na keçən gecə, 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən qardaşım Cahangir Hacıyevin səhhətində ciddi problem yaranmış, onda güclü ürək aritmiyası baş vermiş və o, müəssisənin tibb məntəqəsinə köçürülmüşdür. Bir neçə saat ərzində həkimlər onun vəziyyətini sabitləşdirmək üçün müdaxilələr etmişlər.
Səhər saatlarında həkimlər tərəfindən ətraflı müayinə aparılmış, analizlər götürülmüş və elektrokardioqramma (EKQ) çəkilmişdir. Müayinələr nəticəsində orqanizmdə oksigen çatışmazlığının olduğu və bunun belə ağır tutmalara, eləcə də səhhətinin pisləşməsinə səbəb ola biləcəyi bildirilmişdir.
O, Haşimoto sindromundan, qalxanabənzər vəzinin xəstəliyindən, aortanın genişlənməsindən və digər xroniki xəstəliklərdən əziyyət çəkir. Yaşı(65 yaş),mövcud xəstəlikləri, saxlanma şəraiti və səhhətində yaranmış ciddi problemlər onun sağlamlığı üçün böyük təhlükə yaradır və vəziyyətini daha da ağırlaşdırır.
Hörmətli cənab Prezident və hörmətli Mehriban xanım!
Bütün bunları nəzərə alaraq, Cahangirin səhhətinin daha da pisləşməsinin və mümkün faciəli nəticələrin qarşısının alınması üçün Sizdən kömək etməyinizi xahiş edirəm.
Əvvəlcədən diqqətinizə və anlayışınıza görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Dərin hörmət və ehtiramla,
Əminə Haciyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 15 Oktyabr 2026 11:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















