Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Pensiyalar yanvarda bu qədər artacaq

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

5 ilə nələr dəyişdi? Fotolar

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Mərhum Xalq artistinin yaxın qohumu imiş

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

“Qoca sinyora”dan gələcək üçün böyük addım

Cammudan İrəvanadək: Hindistan Ermənistanın qisas arzularına belə dəstək verir

Cammudan İrəvanadək: Hindistan Ermənistanın qisas arzularına belə dəstək verir

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Milli.Az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

2025-ci ilin mart ayında Ermənistan hərbi nümayəndə heyətinin Hindistana səfəri baş tutdu. Səfər çərçivəsində Gülmargda yerləşən dağlıq müharibə üzrə ixtisaslaşmış HAWS (High Altitude Warfare School) məktəbinin rəhbərliyi və Hindistanın elit "Şatrudjit" xüsusi təyinatlı briqadası ilə danışıqlar aparıldı. Bu hadisə Cənubi Qafqazdakı ekspert dairələrinin diqqətini cəlb etdi. Çünki bu səfər 2020 və 2022-ci illərdəki məğlubiyyətlərdən sonra Ermənistanın asimmetrik güclənməyə yönəlmiş hərbi doktrinasında dəyişikliklərin baş verdiyini göstərir.

Ermənistanla Hindistan arasında formalaşan əməkdaşlıq təsadüfi epizodlar silsiləsi deyil, düşünülmüş strategiyanın göstəricisidir. Ermənistan öz təhlükəsizlik arxitekturasını yenidən qurmağa çalışır, Hindistan isə Cənubi Qafqazı strateji maraq zonası hesab edərək geosiyasi təsirini genişləndirmək istəyir. Bu kontekstdə Ermənistanın xüsusi təyinatlı qüvvələrinin HAWS-da hazırlanması yalnız taktiki deyil, həm də geosiyasi addım kimi qiymətləndirilir.

Sual yaranır: bu ittifaq regionda hərbi balansı dəyişməyə qadirdirmi və o, Azərbaycan üçün hansı təhlükəni yaradır? Bu suala cavab vermək üçün erməni strategiyasının transformasiyasından tutmuş Hindistanın maraqları və regionun hərbi reallıqlarına qədər bütün amilləri nəzərdən keçirmək lazımdır.

Hindistanın maraqları və Ermənistanın motivasiyası

Hindistan üçün Cənubi Qafqaz üç əsas aspektdə maraq doğurur:

Geoiqtisadi: Hindistan Çin və Pakistandan yan keçən tranzit marşrutlarında, xüsusilə də Ermənistanın özünü tranzit həlqə kimi təqdim etməyə çalışdığı Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin (INSTC) alternativ qollarında maraqlıdır.
Bakı-Ankara-İslamabad "oxu"nun hərbi-strateji cilovlanması: Pakistan Ermənistanı tanımır və açıq şəkildə Azərbaycanı dəstəkləyir, Türkiyə isə hər zaman Azərbaycanın təhlükəsizliyinin təminatçısı olub. Hindistan bu ittifaqı, xüsusilə də İslamabadla münasibətlərin gərginləşdiyi bir dövrdə, regional liderliyinə potensial təhdid kimi görür. Ermənistanla əməkdaşlıq Nyu-Dehliyə Pakistanın aktivliyinə cavab vermək imkanı yaradır.
Müdafiə ixracı və qlobal aktor imici: Hindistan öz hərbi texnologiyalarını (dronlar, artilleriya, hava hücumundan müdafiə sistemləri) fəal şəkildə ixrac edir və Ermənistan bu silahları almağa hazır olan azsaylı ölkələrdən biridir. Eyni zamanda Nyu-Dehli NATO-nun "periferiya"sında aktivlik nümayiş etdirərək Qərbə öz rolunu göstərir.

Ermənistan: diversifikasiya və yeni himayədar axtarışı

2022-ci ildən bəri Ermənistan Moskva ilə məsafəni qorumağa çalışır, KTMT-nin passivliyindən və Kremlin regional siyasətindən narazılığını gizlətmir. Bu fonunda Ermənistan:
· Fransa və Hindistanla hərbi əməkdaşlığı dərinləşdirir;
· Hindistandan Pinaka reaktiv yaylım atəşi sistemləri, kamikadze döyüş sursatları, radarlar və tank əleyhinə raket sistemləri alır;
· Şəxsi heyətin xarici tədris mərkəzlərində hazırlanması ilə bağlı danışıqlar aparır.

Hindistan Ermənistan üçün Rusiya ilə müqayisədə daha sərbəst seçimdir - müttəfiqlik öhdəlikləri yoxdur, lakin müasir hərbi texnologiyalar və resurslara malikdir. Ermənistan "nöqtəvi gücləndirmə" strategiyasına - xüsusi təyinatlı bölmələrin inkişafına ümid edir və bunu Azərbaycanla ordular səviyyəsində olan ümumi fərqi kompensasiya etməyin yolu kimi görür.

Niyə məhz xüsusi təyinatlılar?

İkinci Qarabağ müharibəsindən və 2022-ci ildəki Sünik toqquşmalarından sonra Ermənistan hərbi rəhbərliyi aşağıdakı faktları etiraf etdi:
· Ordunun aşağı manevr qabiliyyəti və köhnəlmiş döyüş taktikaları;
· Manerv döyüşlərinə və dağ şəraitində əməliyyatlara hazırlıqsızlıq;
· Müstəqil şəkildə fəaliyyət göstərə bilən taktiki döyüş qruplarının olmaması.

Xüsusi təyinatlı qüvvələrin inkişafı sayəsində Ermənistan aşağıdakı çatışmazlıqları kompensasiya etməyə ümid edir:
· Avtonom şəkildə fəaliyyət göstərə bilən yüksək mobil qrupların yaradılması;
· Diversiya, kəşfiyyat, artilleriya korreksiyası və arxa cəbhədə əməliyyatlar üzrə ixtisaslaşmış dəstələrin hazırlanması;
· Psixoloji effektin gücləndirilməsi və düşmənin demoralizasiyası.

Xüsusilə dağlıq rayonlarda - Qarabağ, Sünik, Geqarkunik və Lori - fəaliyyət göstərməyə qadir olan bölmələr xüsusi əhəmiyyət kəsb edir.

HAWS məktəbi: Hindistanın dağ döyüşü təcrübəsi

High Altitude Warfare School (HAWS) - 3000-6000 metr yüksəkliklərdə döyüş əməliyyatlarına hazırlıq üzrə dünyanın ən nüfuzlu mərkəzlərindən biridir. Kursun əsas komponentləri:
· 5000 metrə qədər yüksəkliklərdə akklimatizasiya;
· Qayalı və qarlı ərazilərdə döyüş hazırlığı;
· Yaşamaq, hərəkət etmək, gecə əməliyyatları üzrə təlimlər;
· Alpinizm və dağ texnikalarının tətbiqi;
· Pusquya qarşı tədbirlər, maskalanma və radiosəssizlik texnikaları.

HAWS britaniyalı, fransız və amerikalı təlimatçılarla fəal əməkdaşlıq edir. Ermənistan hərbçilərinin bu məktəbdə aldığı hazırlıq onların fərdi bacarıqlarını artıra bilər, lakin bu yalnız ümumi ordu strukturlarına sistemli inteqrasiya halında effektiv olacaq.

Potensialların müqayisəsi: Azərbaycan və Ermənistan ordularının dağ əməliyyatları sahəsində imkanları

2020-ci ildən sonra Azərbaycan ordusu yalnız uğurlarını möhkəmləndirməklə kifayətlənməyib, həm də aşağıdakı istiqamətlərdə dərin modernizasiya həyata keçirib:
· Qarabağda daimi hərbi qruplaşmanın yaradılması və dağ şəraitində ilboyu döyüş növbətçiliyi üçün infrastrukturun qurulması;
· BPİ (dronlar), artilleriya və raket atəşi sistemlərinin inteqrə olunmuş idarəetmə mexanizmlərinin formalaşdırılması, süni intellekt və real vaxt kəşfiyyat məlumatlarından istifadə;
· Türkiyə və Pakistan xüsusi təyinatlıları ilə birgə təlim keçmiş döyüş təcrübəsinə malik Azərbaycan xüsusi təyinatlılarının gücləndirilməsi;
· Ən çətin relyeflərdə belə logistik təminat və rabitə imkanlarının təkmilləşdirilməsi;
· Dağ relyefi və yüksəklik fərqlərində hücuma keçməyə qadir çevik taktiki qrupların formalaşdırılması.

Bundan əlavə, Azərbaycan Türkiyə və Pakistanla birgə bir sıra irimiqyaslı dağ təlimləri keçirmişdir:
· "Sarsılmaz Qardaşlıq" (2021): dağlıq ərazilərdə hücum əməliyyatları üzrə təlim;
· "Mustafa Kamal Atatürk 2023": 3000 metr hündürlükdə diversiya ssenariləri;
· Tuncelidə Türkiyə komandoslarının dağ hazırlığı bazasında keçirilən xüsusi kurslar.

Qarabağda real döyüş təcrübəsinə, uyğunlaşdırılmış komandanlıq strukturuna və təminat zəncirlərinə malik olan Azərbaycan ordusu yüksək dağlıq şəraitdə döyüş aparmaq bacarığı baxımından tam üstün mövqedə qalmaqdadır.

Əksinə, Ermənistan ordusunu səciyyələndirən əsas xüsusiyyətlər bunlardır:
· Kadr çatışmazlığı və demoralizə olunmuş şəxsi heyət;
· Təlim və rotasiya üzrə vahid sistemin olmaması;
· Xüsusilə gecə görmə cihazları, rabitə və atəş idarəetmə vasitələri baxımından zəif texniki təminat;
· İzolə olunmuş dağ rayonlarında logistika problemləri;
· Effektiv olmayan ehtiyat və səfərbərlik sistemi.

Hətta erməni hərbçiləri HAWS-da hazırlıq keçsələr belə, onlar ordu daxilində sistemli dayağı olmayan "nöqtəvi resurs" olaraq qalacaqlar. Azərbaycan ordusunun havada, kəşfiyyatda və idarəetmədə üstün olduğu bir şəraitdə, xüsusi təyinatlıların rolu adekvat dəstək olmadan minimal olacaq.

HAWS-da hazırlıq erməni ordusunun vəziyyətini dəyişə bilərmi?

Qısa müddətli perspektivdə Ermənistanın xüsusi təyinatlılarının Hindistanda hazırlığı aşağıdakıları təmin edə bilər:
· Fərdi döyüş hazırlığının artırılması;
· Yüksək dağlıq şəraitdə taktiki bacarıqların inkişafı;
· Çətin relyefdə sağ qalmaq və hücum üzrə yeni yanaşmaların mənimsənilməsi.

Bu, xüsusilə diversiya riskinin yüksək olduğu dar sahələrdə, məsələn, Sünik sərhəd zonasında, yerli səviyyədə Ermənistan bölmələrinin güclənməsinə səbəb ola bilər.

Lakin...
Reallıqda mövcud olan bir sıra məhdudiyyətlər balansın dəyişəcəyinə ümid etməyə imkan vermir:

Resursların məhdudluğu: Ermənistan nə xüsusi təyinatlıların genişmiqyaslı hazırlanması üçün infrastruktura, nə də onların döyüş sisteminə inteqrasiyası üçün mexanizmlərə malikdir.
Miqyasın məhdudluğu: Yerevanın hər il Hindistana 100-150 nəfərdən artıq hərbçi göndərə biləcəyi inandırıcı deyil. Bu isə tamdəyərli xüsusi təyinatlı korpusun yaradılması üçün yetərli deyil.
Tətbiq imkanlarının məhdudluğu: Cənubi Qafqazda real müharibədə həlledici rol taktiki reydlərə deyil, artilleriya, HHM, PUA-lar və mobil manevr briqadalarının üstünlüyünə məxsusdur.
Xarici aktorlardan asılılıq: Ermənistan suveren müdafiə sənayesi olmayan, xarici təchizat və təlimlərə söykənən bir dövlətdir. Bu isə logistik zəncirlər bloklandıqda onu tam asılı və həssas vəziyyətə salır.

Başqa sözlə, HAWS kursu maksimum effektiv olsa belə, bu, sistemli yenidənqurma deyil, yalnız lokal zəifliklərin qismən kompensasiyasıdır.

Azərbaycanın mövqeyi və mümkün cavabı

Azərbaycan aşağıdakı riskləri nəzərə almalıdır:
· Sərhəd bölgələrində, xüsusilə arxa cəbhədə fəaliyyət göstərə bilən erməni diversiya qruplarının formalaşdırılması;
· Hindistanın pusqu, gizli sızma və logistik obyektlərin sıradan çıxarılması taktikasının tətbiqi;
· Ermənistan-Fransa-Hindistan üçlüyünün anti-Azərbaycan xarakterli hərbi-texniki ox kimi formalaşması - bu ölkələrin hər biri Ermənistan ordusunun təchizatına və hazırlığına öz töhfəsini verir.

Bakının cavabı

Azərbaycan artıq bu cəhdlərin qarşısını almaq üçün lazımi resurslara malikdir, lakin strateji yanaşma tələb olunur:

Monitorinq və kəşfiyyat: Ermənistan-Azərbaycan sərhədində texniki kəşfiyyatın gücləndirilməsi, xüsusi təyinatlı qrupların erkən aşkar edilməsi.
Əks-diversiya hazırlığı: Türkiyə və Pakistanla birlikdə dağlıq ərazilərdə düşmən qruplarına qarşı döyüşlər üzrə təlimlərin təşkili.
Diplomatik təzyiq: Hindistana ikitərəfli və çoxtərəfli kanallar vasitəsilə regionun militarizasiyasının təhlükəli nəticələrini anlatmaq.
Simmetrik cavab: Azərbaycan xüsusi təyinatlılarının gücləndirilməsi, Türkiyə və Pakistanda birgə hazırlığın dərinləşdirilməsi, həmçinin yerli yüksək dağ hazırlığı mərkəzinin yaradılması imkanlarının nəzərdən keçirilməsi.
İnformasiya strategiyası: Ermənistan militarizminin ifşası və Bakının konstruktiv mövqeyinin beynəlxalq ictimaiyyətə təqdim olunması.

Azərbaycan baxımından tövsiyələr

HAWS təliminin əhəmiyyətini şişirtməmək, lakin Yerevanın xüsusi təyinatlıları diversiya məqsədilə istifadə etmə cəhdlərini diqqətlə izləmək.
Xüsusi təyinatlı qüvvələrin, xüsusilə dağlıq şəraitdə fəaliyyət qabiliyyətinin artırılması, Türkiyə və Pakistan təcrübəsinə əsaslanaraq Qafqaz təlim mərkəzi təşəbbüsünün inkişaf etdirilməsi.
Hindistanın hərbi-texniki fəallığının destabilizəedici xarakter daşıdığını Qoşulmama Hərəkatı və İƏT kimi platformalarda diplomatik yollarla gündəmə gətirmək.
Ermənistan-Fransa-Hindistan ittifaqına qarşı Bakı-Ankara-İslamabad xəttini gücləndirmək və onu regional koalisiya strategiyasının əsası kimi qəbul etmək.
Müdafiə sənayesinin sistemli inkişafı - yüksək dəqiqlikli atəş vasitələri, PUA-lar, rabitə basdırma sistemləri və gecəgörmə texnologiyaları kimi xüsusi təyinatlılara qarşı effektiv silahların istehsalına diqqət yönəltmək.

Erməni hərbi nümayəndə heyətinin Hindistana səfəri və HAWS-da mümkün hazırlıq prosesi Ermənistanın yeni hərbi strategiyasının - asimmetrik güclənməyə yönəlmiş mərhələsinin simvolik ifadəsidir. Lakin struktur islahatları, səfərbərlik sistemi və logistika yenilənmədən bu cəhdlər yalnız "taktiki kosmetika" olaraq qalacaq və Ermənistanın dərin strateji zəifliklərini gizlədə bilməyəcək.

Azərbaycan isə hərbi əməliyyatlar teatrında həlledici üstünlüyünü qorumaqdadır. Bu üstünlük yalnız peşəkar orduya deyil, eyni zamanda Türkiyə və Pakistanla strateji ittifaqa söykənir. Bakı, siyasi iradəni qoruduğu, texnologiyalara sərmayə qoyduğu və diplomatik təşəbbüskarlığını davam etdirdiyi təqdirdə, Ermənistanın "nöqtəvi gücləndirmə" cəhdlərini effektiv şəkildə neytrallaşdıra bilər.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 03 Aprel 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see421

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see285

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see273

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see175

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see155

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see152

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see152

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see141

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see141

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see141

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see133

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see131

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see131

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see131

5 ilə nələr dəyişdi? Fotolar

18 Noyabr 2025 21:22see127

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see125

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see124

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see123

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see120

“Qoca sinyora”dan gələcək üçün böyük addım

19 Noyabr 2025 21:37see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri