Icma.az
close
up
RU
Çap mediasının əsas PROBLEMLƏRİ: Rəqəmsallaşma qəzetləri necə sıxışdırır? AÇIQLAMA

Çap mediasının əsas PROBLEMLƏRİ: Rəqəmsallaşma qəzetləri necə sıxışdırır? AÇIQLAMA

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünyada ənənəvi çap mediasından getdikcə daha çox imtina edilir. Qəzetlər əsasən çap yerinə “onlayn” versiyada fəaliyyət göstərməyə başlayıblar.

Azərbaycanda da qəzetlərə olan maraq əvvəlki illərlə müqayisədə kəskin azalıb, köşklərdən qəzet alanların sayı çox azdır.

Vaxtilə evlərin baş köşəsində saxlanılan qəzetlər bu gün artıq tozlu künclərdə unudulub. O dövrlərdə qəzet oxuyan insanlara ziyalı şəxs kimi baxılırdı.

Hazırda qəzet köşkləri daha çox siqaret, su və digər məhsulların satışı üçün istifadə olunur. Metroda və ya avtobusda qəzet oxuyan birini görsək, sanki nadir bir varlıqla qarşılaşmış kimi təəccüblənirik.

Bəs görəsən, niyə bu gün qəzetlərə maraq əvvəlki illər qədər deyil?

Qəzetlərin bugünkü durumu ilə bağlı məsələləri şərh edən araşdırmaçı jurnalist Rəsul Mirhəşimli Gununsesi.info–ya açıqlamasında qeyd edib ki, bir neçə gündən sonra 150 illik yubileyi qeyd ediləcək Azərbaycan mətbuatında bir zamanlar yazılı media (qəzetçilik) mühüm yer tutub.

Onun sözlərinə görə, Həsən bəy Zərdabinin təməli qoyduğu “Əkinçi”dən başlayan Azərbaycan mətbuatı ötən əsrin 80-ci illərinin sonu və 1990-cı illərin əvvəllərində önəmli tarixi proseslər yaşayıb.

“Həmin dövrdə dəqiq informasiyaların qəzetlərdən əldə edilməsi və dərin media araşdırmaları qəzetlərin tirajına da xüsusi təsir edirdi. Bu günümüzdə həmin qəzetlərin 400-450 min tirajla dərc edildiyini söyləsək, gənc nəsil bu fakta şübhə ilə də yanaşa bilər. Qəzetçilik eyni zamanda, Azərbaycan mətbuatında parlaq imzaların ortaya çıxmasında mühüm rol oynayıb. O dövrə şahidlik edən oxucular və jurnalistlər bu imzaları gözəl xatırlayır”, – deyə o bildirib.

R.Mirhəşimli qeyd edib ki, yazılı medianın, yəni qəzetlərin sıradan çıxmasının obyektiv və subyektiv səbəbləri var:

“Hər şeydən öncə qeyd etmək gərəklidir ki, rəqəmsallaşmanın sürətlə inkişafı, mütaliə vərdişlərinin dəyişməsi, sosial medianın təsiri kimi faktorlar qəzetlərin sosial təsirini zəiflədib. Məlumdur ki, uzun illər çap mediası cəmiyyətlər üçün əsas xəbər və informasiya mənbəyi olub. Xüsusilə qəzetlər təkcə xəbər verməklə kifayətlənməyib, həm də ictimai rəyi formalaşdırmaq, ideya yaratmaq, ictimai məlumatlandırmaq kimi mühüm funksiyaları öz üzərinə götürüb. Bununla belə, 21-ci əsrdə media sahəsində yaşanan sürətli transformasiya çap mediasının əhəmiyyətini tədricən azaldıb”.

Jurnalist əlavə edib ki, internetin yayılması media istehlak vərdişlərində köklü dəyişikliklərə səbəb olub. Onun sözlərinə görə, onlayn xəbər saytları, mobil proqramlar və sosial media platformaları xəbərlərə anında çıxış imkanı təqdim edir.

“Bu, qəzetlərin xəbər çatdırma rolunu zəiflədib, onları ikinci dərəcəli informasiya mənbələrinə çevirib. Artıq insanların xəbərlərə münasibəti də dəyişib. Bu gün insanlar məlumatı dərhal əldə etmək istəyirlər. Qəzetlər təbii olaraq, günün hadisələrini anında oxucuya çatdırmaq imkanlarından uzaqdır. Bu gün baş verən hadisəni oxucuya bir gün sonra çatdırmaqla xəbərin mahiyyəti artıq itmiş sayılır. Bu vəziyyət müasir oxucuların gözləntiləri ilə uzlaşmır, qəzetləri arxa planda qoyur. Rəqəmsal media daim yenilənən strukturu ilə bu ehtiyaca daha tez cavab verə bilir”, – deyə o qeyd edib.

R.Mirhəşimli vurğulayıb ki, yeni nəsillərin oxu vərdişləri rəqəmsal məzmuna doğru dəyişib:

“Vizual yönümlü, qısa və interaktiv məzmun ənənəvi qəzet məqalələrindən daha çox diqqəti cəlb edir. Xüsusilə gənc auditoriya xəbərləri sosial şəbəkələrdə izləməyə üstünlük verir və onların çap mediasına marağı getdikcə azalır.

Sosial media sayəsində istifadəçilər anında şərhlər yaza, xəbərləri müzakirə edə və öz gündəmlərini yarada bilirlər. Bir sözlə, sosial media istifadəçilərin nəinki məlumat qəbul etdiyi, həm də onu yaradıb paylaşdığı platformaya çevrilib”.

Ekspert sonda qeyd edib ki, ölkədə qəzetlərin əvvəlki nüfuzunu qaytarmaq nə qədər çətin olsa da, hansısa vasitələrlə qəzetlərin varlığını qoruyub, saxlamaq vacibdir.

“Onlayn mediada əhəmiyyətli jurnalist imzaları yoxa çıxır, anlıq xəbər yaymaq vərdişi araşdırma məqalələrin yazılmasını gündəmdən çıxarır. Bu amilləri nəzərə alıb, hansısa formada qəzetlərin inkişafına dövlət dəstəyinin daha geniş formaları tapılmalıdır. Çünki rəqəmsal platformada yarana biləcək kiçik bir problem onlayn medianın arxivinin yoxa çıxmasına səbəb ola bilir, lakin qəzetlər vasitəsilə yaranan media arxivi uzun illər qorunub saxlanılır”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 18 İyul 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri